Həm şad, həm də çətin gündə xalqla birlikdə
Bu gün Azərbaycan dünyanın sayılıb-seçilən ölkələri sırasında addımlayır. Ölkəmizin sosial-iqtisadi sahədə nail olduğu davamlı inkişafı bütün dünya görür, beynəlxalq qurumlar bunu dəyərləndirir, onların reytinq cədvəllərində Azərbaycanın adı ildən-ilə daha irəliyə çıxır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal layihələrə imza atıb. Bütün bunlar Azərbaycan dövlətinin, dövlət başçısı İlham Əliyevin yeritdiyi düzgün, məqsədyönlü siyasətin, gələcəyə hesablanmış islahatların nəticəsində mümkün olur.
Prezident nailiyyətlərdən əldə edilmiş gəlirləri, maliyyə resurslarını ilk növbədə vətəndaşların rifahına yönəltməyə çalışır. "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır” - deyir. Bu yanaşma həm də dövlət-vətəndaş münasibətlərinin tərkib hissəsidir.
Bir sıra vacib kənd təsərrüfatı sahələrini, o cümlədən pambıqçılığı bərpa edən Prezident İlham Əliyev bununla yüzlərlə ailəyə "çörək” bəxş etdi, minlərlə insanı sevindirdi. Bunlar öz yerində. Həmin böyük addımı atan Prezidentin pambıq tarlasında zəhmətkeş qızlarla, qadınlarla səmimi söhbət etməsinin, dərd-sərlərindən, qayğılarından xəbər tutmasının da öz yeri var.
Mübaliğəsiz demək olar ki, Prezidentin xalqla çoxsaylı görüşlərinin hər biri yaddaqalandır. Bu səmimi görüşlərdə insanlarla - balaca uşaqdan ixtiyar qocayadək hamı ilə dövlət başçısının qarşılıqlı münasibətlərini əks etdirən maraqlı məqamlar uzun müddət yaddaşlardan silinmir.
2014-cü ilin payızında Prezident Gəncədə səfərdə olarkən bu şəhərin 11 yaşlı sakini Ümid dövlət başçısından soruşdu ki, mənim ad günümə gələrsinizmi? Prezident "Çalışacağam ki, gələm” dedi və vədini unutmadı.
Ümidin Novruz bayramına təsadüf edən ad gününü dövlət başçısı öz xanımı və övladları ilə birlikdə Prezident sarayında qeyd etdi. 11 yaşlı oğlanın şərəfinə tort kəsildi, ona qol saatı bağışlandı.
Ad günü demişkən, Prezident İlham Əliyev özünün doğum günlərini də bir qayda olaraq xalqın nümayəndələri ilə birlikdə keçirir. Hamımız Prezidentin özünün doğum günlərində cəbhə xəttində əsgərlərin, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, sadə vətəndaşların yanında olmasının şahidiyik. Bu, sadəliyi və təvazökarlığı, səmimiyyəti və xoş ünsiyyəti həyat tərzinə çevirən, "Mən xalqın birinci xidmətçisiyəm və bütün məmurlar belə işləməlidir” deyən İlham Əliyevin sözü ilə əməlinin ayrılmaz olduğunu təsdiqləyir.
İnsanların ağır, çətin günlərində də Prezident onların yanındadır. 2016-cı ilin zəfərli aprel döyüşlərindən sonrakı ilk günləri xatırlayaq. O darmacalda dövlət başçısı, Ali Baş Komandan dərhal vaxt tapıb hospitala gəldi. Torpaq uğrunda qan axıtmış yaralı döyüşçülərin ayrı-ayrılıqda hər birinin vəziyyətini soruşdu, hər birinin şücaətini ayrıca dəyərləndirdi, hamısına şəfa dilədi, tezliklə sağalmalarını arzuladı, hamısına minnətdarlığını bildirdi. Həmin ağrılı-qürurlu günlərdə şəhidlərin doğmalarını da unutmadı. Dərhal şəhid ailələrinin üzvləri ilə, yaralıların doğmaları ilə görüşdü. Onlara ürək-dirək verdi.
Prezident hər yerdə - Azərbaycanın hər bölgəsində, hər kəndində körpələri beləcə məhəbbətlə bağrına basır. Hər yerdə qocalara diqqət və qayğı ilə, hörmətlə yanaşır. Onları səbirlə dinləyir, ehtiyaclarını, problemlərini öyrənir. "Mən hər bir azərbaycanlının Prezidentiyəm” dediyi gündən bugünə kimi belədir. Bu yaxınlarda Şamaxıda zəlzələdən zərər çəkmiş insanlarla görüşündə də bunun əyani şahidi olduq. Təbii fəlakətdən sonra 9 nəfərlik ailə üzvləri ilə birlikdə balaca bir otağa sığınan Saray nənənin həmin çətin anlarda "kaş İlham Əliyev indi gəlib dadımıza çata” deyə ürəyindən keçirməsi nə qədər təbii hissdir! Və bu təsadüfi bir hiss deyil! Çünki Azərbaycan vətəndaşı dar məqamda Prezidentinin onun imdadına çatacağını dəqiq bilir! Belə bir vaxtda Saray nənə də yanılmamış və Prezidentin qapını açıb daxil olduğunu görəndə ürəyi dağa dönmüşdü.
Bu günlərdə Prezident İlham Əliyev Beyləqan rayonunda da səfərdə oldu.
Ali Baş Komandan yeni inşa edilmiş "N” saylı hərbi hissədə yaradılan şəraitə baxdı. Əsgərlərin süfrəsində onlarla birlikdə çörək kəsdi. Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunu açaraq 7 yaşayış məntəqəsinə dəyərli bir hədiyyə bəxş etdi. Beyləqan Olimpiya İdman Kompleksinin açılışı isə bölgənin gənclərinə böyük hədiyyə oldu. Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin açılışından sonra isə Prezident yenə də öz ənənəsinə sadiq qaldı. Muzeyin yerləşdiyi parkda istirahət edən rayon sakinləri ilə görüşdü.
Bu görüş də həmişə və hər yerdə olduğu kimi maraqlı və yaddaqalan oldu. Vətəndaşlar dövlət başçısına onlara yaradılan şəraitə görə, o cümlədən bu günlərdə minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırıldığına görə minnətdarlıqlarını bildirdilər. Rayon Mədəniyyət mərkəzinin işçisi olan müğənni öz duyğularını xoş avazla, musiqinin dili ilə ifadə etdi. Azərbaycanı vəsf edən məşhur mahnılardan birini oxumağa başladı. İzdiham da ona qoşuldu, dövlətin başçısı da... Bu, çox maraqlı, çox təsirli və mənalı bir məqam idi! Dövlət-vətəndaş birliyini bir daha göstərən, Prezident-xalq münasibətlərini təcəssüm etdirən, rəhbərin daim insanlarla birlikdə, həm şad, həm də dar gündə onların yanında olduğunu təsdiqləyən bir məqam!..
Flora SADIQLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
Təhlükəsizlik təmin olunacaqmı?
04 May
Ölkəmizdə ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
04 May
Gənc rəssamın rənglər dünyası
04 May
Ən çox alqışlanan "balaca əsgər"
04 May
"Su axar, çuxurunu tapar"
04 May
BP-dən Azərbaycanda kibertəhlükəsizlik üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!