04 Oktyabr 2025 08:50
763
İQTİSADİYYAT
A- A+
Hədəflərə çatmaq üçün vahid tarif və "darboğaz"larla bağlı qərar qəbul edilib

Hədəflərə çatmaq üçün vahid tarif və "darboğaz"larla bağlı qərar qəbul edilib


Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM - Orta dəhliz) qlobal ticarətdə əsas dəhlizlərdən birinə çevrilib. Bu da səbəbsiz deyil. Hazırda Orta dəhliz mövcud beynəlxalq ticarət marşrutları içərisində həm təhlükəsiz, həm də iqtisadi cəhətdən ən səmərəlisidir. Bununla yanaşı, dəhliz çox geniş coğrafiyanı əhatə edir, yəni daha çox ölkələrin bu marşrutdan istifadə etmək imkanı var.

Azərbaycan Orta dəhlizlə bərabər, "Şimal-Cənub" marşrutunda da qovşaq ölkə olduğu üçün xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz bu dəhlizin səmərəli fəaliyyət göstərməsində siyasi təşəbbüslə çıxış etməklə yanaşı, infrastruktura ən çox sərmayə qoyan dövlət kimi də qəbul olunur. Bununla bağlı Prezident İlham Əliyev "Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusunda 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına göndərdiyi müraciətində demişdir: "Biz Orta dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar yatırmışıq. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması - bütün bunlar Orta dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır. Orta dəhlizin Azərbaycan seqmentində infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması, modernləşdirilməsi və ötürücülük qabiliyyətinin genişləndirilməsi prosesi hazırda da davam etməkdədir".

Xəbər verildiyi kimi, TBNM ölkələrinin nümayəndələri Almatıda keçirilən "New Silk Way" forumu çərçivəsində dəhlizin inkişafına yönələn bir sıra mühüm sazişlər imzalamışlar. Sazişlər Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, həmçinin Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Gennadi Arveladze tərəfindən imzalanmışdır.

Öncə bir məsələyə aydınlıq gətirək. Məlumdur ki, dünyada logistika marşrutları ilə bağlı "darboğaz" termini işlədilir. Bəs "darboğaz" nə deməkdir? Mütəxəssislər marşrut üzrə hər hansı bir yerdə yüklərin tranziti zamanı texniki və təbii maneələr üzündən tıxac yaradan və marşrutun səmərəliliyini azalda bilən əraziyə "darboğaz" deyirlər. Elə buna görə də  qeyd etdiyimiz tərəflər "TBNM-də "darboğaz"ların aradan qaldırılması üzrə Tədbirlər Planı"nı imzalamışlar. Bu plan Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolu idarələrinin razılaşdırılmış fəaliyyətini, həmçinin EBRD və "Aktau Beynəlxalq Dəniz Ticarət Limanı" SC arasında liman infrastrukturunun maliyyələşdirilməsi və STS kranlarının alınmasına dair sazişi nəzərdə tutur. Əldə olunan razılaşma iştirakçı ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə, daşımaların müntəzəmliyinin təmin edilməsinə və Orta dəhlizin tranzit potensialının artırılmasına əlavə təkan verəcək.

Tranzit tarifi hər bir qlobal ticarət marşrutunda yükgöndərənləri ən çox maraqlandıran məsələdir. Çünki hər bir subyekt çalışır ki, daşınmalar zamanı nəqliyyat xərcləri az olsun. Bu səbəbdən ölkəmizin apardığı tranzit siyasətinin əsas istiqamətlərindən biri də tərəfdaş ölkələrlə birlikdə vahid tarifin müəyyənləşdirilməsinə nail olmaq idi. Qazaxıstanda keçirilən tədbirdə bu razılaşma əlavə edilmişdir. Belə ki, Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu operatorları Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun bütün marşrutu boyunca vahid və uzunmüddətli tarif müəyyən etmək barədə razılaşmışlar.

Tərəflər eyni zamanda liman, dəmir yolu və logistika infrastrukturunun inkişafı, "darboğazlar"ın aradan qaldırılması və prosedurların rəqəmsallaşdırılması üzrə birgə fəaliyyətləri əlaqələndirmək barədə razılığa gəlmişlər. Bu razılaşma Orta dəhlizin davamlı, rəqabətqabiliyyətli və strateji baxımdan əhəmiyyətli marşrut kimi inkişafında yeni mərhələnin başlanğıcı olacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov Qazaxıstanda keçirilən biznes-forum çərçivəsində "Avrasiya məkanında dəmiryol infrastrukturunun inkişafı" adlı panel müzakirələrində çıxışı zamanı deyib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə arasında yükdaşımaların əsas xətti olaraq regional nəqliyyat sistemində mühüm rol oynayır. Onun sözlərinə görə, BTQ və Zəngəzur dəhlizi (TRIPP) birlikdə regionun tranzit imkanlarını artıraraq ticarət axınlarını dəstəkləyən vahid şəbəkə yaradacaq.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü qeyd edilib

22:47
21 Sentyabr

"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır

21:26
21 Sentyabr

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb

21:22
21 Sentyabr

Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

20:39
21 Sentyabr

Xəzərdə zəlzələ olub

19:14
21 Sentyabr

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

19:01
21 Sentyabr

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

18:57
21 Sentyabr

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:32
21 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

18:23
21 Sentyabr

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

18:11
21 Sentyabr

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub

17:37
21 Sentyabr

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

17:09
21 Sentyabr

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

16:54
21 Sentyabr

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

16:36
21 Sentyabr

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

16:27
21 Sentyabr

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub

16:14
21 Sentyabr

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

16:09
21 Sentyabr

BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır  

16:08
21 Sentyabr

Fransada silahlı insident: Ölən və yaralanan var

15:58
21 Sentyabr

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

15:53
21 Sentyabr

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

15:39
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!