06 Noyabr 2025 09:20
306
İQTİSADİYYAT
A- A+
Göl balıqçılığı: istehsalçı razı, istehlakçı məmnun

Göl balıqçılığı: istehsalçı razı, istehlakçı məmnun


Hazırda Bakı, Sumqayıt, Gəncə və ölkənin digər şəhərlərinin bazarlarında istənilən qədər balıq və balıq məhsulları var. Çəki və belamor balıqlarının bir kiloqramı 6-7, tolstolobunku 4-5 manatadır. Bu qiymət isə ürəyi balıq istəyən hər kəsə imkan verir ki, ondan ala bilsin. Yəni ətdən təxminən 3-4 dəfə ucuz qiymət alıcının cibinə uyğundur. 

Belə bir ucuzluğu yaradanlar əsasən göl balıqçılığı ilə məşğul olanlardır. Balıqçı fermerlər Neftçala, Salyan, Biləsuvar, Sabirabad, Hacıqabul, İmişlidə daha çoxdur. Onlar əkinə yaramayan şoran torpaqlardan icarəyə sahə götürərək dambalar, süni göllər yaradıblar. Bu, onlara heç də ucuz başa gəlməyib. Həmin şoran torpaqlarda ekskavatorlar, buldozerlər işlədiblər. Amma bu, işin yalnız başlanğıcıdır. İndiki şəraitdə həmin göllərin su təminatı da bəzən problemə çevrilir. Lakin dənizə axıdılan şor sulardan istifadə edənlərin işi əkin suyundan istifadə edənlərə nisbətən yüngül olur. 

Əsas məsələlərdən biri də balığın yemidir. Xüsusi yem olmadığından balıqlara əsasən arpa yarması, buğda və yaşıl yem kimi yonca, habelə qamış bitkisinin yarpaqları verilir.

 Fermerlərin dediyinə əsalanaraq göl balığının yetişdirilməsi texnologiyasını belə səciyyələndirmək olar. Aprel ayının birinci ongülüyündə balıq sürfələri bu işlə məşğul olan xüsusi adamlardan paket şəklində alınaraq göllərə vurulur. Həmin sürfələr xüsusi sexlərdə ana balıqların kürüsündən alınır. Bu işlə məşğul olan sahibkarların sayı o qədər də çox deyil. Bəzən də elə olur ki, fermerlər balıq sürfəsini Bərdədən və digər yerlərdən alırlar. Kürüdən mayalanma yolu ilə alınan tozşəkilli həmin canlılar xüsusi göllərə vurularaq qara un və yumurta sarısı ilə mayalandırılır. Bir ay keçəndən sonra, yəni sürfələr balıq şəklinə düşən zaman daha böyük göllərə köçürülür. Bu da təxminən may ayının əvvəllərinə təsadüf edir. Sürfələr gələn il üçün nəzərdə tutulur. Onlar oktyabr-noyabr aylarında göllərdən alınaraq qışlama üçün hazırlanan nisbətən kiçikhəcmli göllərə köçürülür və müəyyən həcmdə yemlənir. Qış aylarında onların qənimi qarabataq quşlarıdır. Xəstəliklər də yayıla bilər. Bütün bunlar - xırda balıqların bəslənməsi böyük diqqət və zəhmət tələb edir. 

Mart ayının gəlişi ilə havalar isinəndə 5-7 balaca balığın 1 kiloqrama çatan vaxtında onlar qışlama gölündən tutulub daşınaraq böyük göllərə - bəsləmə yerinə köçürülür. Burada suyun, yemin dərəcəsindən, keyfiyyətindən asılı olaraq xırda balıqlar inkişaf etməyə başlayır. Balıqyetişdirənlər bu balıqları  xüsusi torla ən azı ayda bir dəfə seçmə üsulla tutaraq inkişaf səviyyəsini, xəstəliyə tutulub-tutulmadığını təyin edir, lazımi tədbirlər həyata keçirir, müvafiq bəsləmə işlərini davam etdirirlər. 

Balıqçı fermer, Salyanın Baranıkənd sakini Samit Əhədov deyir ki, balıq yetişdirmək maraqlı olduğu qədər də çətindir: "İlk növbədə gərək kifayət qədər su olsun. Yem rasionuna ciddi əməl olunması da vacibdir. Bu işləri həyata keçirmək üçün  vəsait tələb olunur. Onu da deməliyəm ki, bir neçə il əvvəl balıq yetişdirmək sərfəli idi. Qoyduğun xərcin, çəkdiyin zəhmətin əvəzində sənə qazanc qalırdı. Bunu görüb çox adam balıq yetişdirməklə məşğul olmağa başladı. Göllərin sayı çoxaldıqca balıq istehsalı da artdı. Aydın məsələdir ki, məhsul çox olanda bazarda qiymətlər aşağı düşür. Qazancımız azalsa da, atalar demişkən, yoxa lənət. Allah bərəkət versin. Bilirik ki, mən də, həmkarlarım Mərdan Feyzullayev, Farid, Nazim, Oqtay Əhədovlar, Alim Eyvazov, Əfsərağa Cavadov da istehsalla, ərzaq bolluğu yaratmaqla xeyirxah bir işin qulpundan yapışmışıq". 

Seyran CAVADOV,  

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!