31 İyul 2025 08:50
6389
Oxucu məktubları
A- A+
Gəlin təbiəti birlikdə qoruyaq

Gəlin təbiəti birlikdə qoruyaq


Yay gələndə insanlar adətən istirahət üçün təbiətin qoynuna - çimərliklərə, dağlara, meşələrə üz tutur, dənizin sərinliyindən, meşənin yaşıllığından, dağların gözəlliyindən zövq alırlar. Amma hər dəfə özlərindən sonra ətrafda əcaib mənzərə qoyurlar - qarpız və yemiş qabıqları, plastik su qabları, çipsi paketləri, siqaret kötükləri, yemək qalıqları… 

Beləcə insan təbiətə gələrək təbiəti yox edib gedir. Düşünmür ki, bu dəniz, bu sahil, bu dağ, meşə  bizimdir, fikirləşmir ki, təbiət də canlıdır, təmizlik sevir. Axı, dənizin, onun sahilinin, meşənin, çayın evimizdən, həyətimizdən nə fərqi var?! Əgər evimizi səliqəli saxlayırıqsa, zibili yerə tullamırıqsa, bəs niyə çöldə, təbiətdə bunu edirik? 

Bu davranış təkcə təbiətə deyil, gələcək nəsillərə də zərbə vurur. Sabah hər birimizin övladı o çimərlikdə ayaqyalın gəzəcək, o dənizdə çiməcək, o meşədə dincələcək, o çaya girəcək. Sənin tulladığın şüşə qabın saxsısı onun ayağına batacaq, atdığın siqaret kötüyü ətrafı yandırıb külə döndərəcək. Bunu düşünmək bu qədərmi çətindir? Dənizin dalğaları, dağların mehi, meşənin sərinliyi bizə rahatlıq gətirsə də, biz onu ancaq zibilləyirik. Sonra da deyirik ki, niyə təbiət çirklənib, niyə su bulanıqdır, niyə çayda balıq qalmayıb, ağaclar niyə quruyub? Daha fikirləşmirik ki, bütün bunlar əməllərimizin fəsadlarıdır. 

İnsafən, bir çox istirahət yerlərində obyekt sahiblərinin ərazinin təmizliyinə ciddi nəzarət etməsini, dolan zibil qutularının tez-tez boşaldılmasını da müşahidə edirik. Amma bu yetmir, hər birimizdə vətəndaş məsuliyyəti olmalıdır. Yoxdursa, xeyri olmayacaq. Ən təhlükəli olan isə bu psixologiyadır: "Onsuz da hamı zibil atır, mən tək nə edə bilərəm?" Bu cür fikirlər məsuliyyətsizliyin, laqeydliyin etirafıdır. Əslində isə hər dəyişiklik insanın özü ilə başlayır. Sən öz zibilini yığışdıranda, balaca bir uşaq onu görür və öyrənir. Sən təbiətə hörmətlə yanaşanda, bu, cəmiyyətə yayılır. Amma biz əksinə edirik - çimərlikdən və ya təbiət qoynundan geri dönəndə arxamızda çökmüş vicdanımızın izlərini buraxırıq.

Bəli, qanunlar var, amma bütün ciddiyyəti ilə tətbiq olunmur. Zibil atanlar həmişə cərimələnmir, nəzarət zəifdir, təmizlik bələdiyyələrin boynuna atılır və s. Əslində təbiətin qoynunda hər dincələnə bir nəzarətçi qoymaq da çətindir, gərək insanın içində ətraf mühitə sevgi, ekoloji mədəniyyət olsun. 

İndi düşünmək və dərk etmək zamanıdır. Bu dəniz də, meşə də, çay da, dağ da  bizimdir, xalqımıza məxsusdur. Təbiəti çirkləndirmək oturduğun budağı kəsmək deməkdir. Gəlin vicdanımızı oyadaq, gəlin uşağımızın sabah ayağına batacaq şüşə parçasını bu gün özümüz təmizləyək, gəlin təbiəti sadəcə sevməyək - onu qoruyaq. Çünki vətəni qorumaq təkcə cəbhədə, səngərdə olmur, bəzən bu, sahildə bir plastik şüşəni götürməkdən keçir. Yay gələn kimi hər kəs dənizə, meşəyə, dağa can atır. Həftəsonu minlərlə insan ailəsi, dostları ilə çimərliklərə, dağ rayonlarına axışır. Gəlin elə edək ki, təbiət də bizimlə görüşməyə can atsın, daha bu görüşdən peşman olmasın, bizi qınamasın.

Biz hər dəfə ölkəmizin təbiətindən danışanda qürurla deyirik: "Dənizimiz var, dağlarımız, meşələrimiz var…" Amma bu varlıqlarla öyünmək azdır, həm də gərək onları qoruyasan. Qorumasan səndən qisas alacaq. Təbiətin qisası isə amansız olur.

 

Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

17:23
20 Sentyabr

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!