28 Noyabr 2025 18:12
329
CƏMİYYƏT
A- A+
“Gələcəyin Peşələri Sammiti: Bakı-2025” tədbiri keçirilib

“Gələcəyin Peşələri Sammiti: Bakı-2025” tədbiri keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən “Gələcəyin Peşələri Sammiti: Bakı-2025” bu dəfə paytaxtda baş tutub.

AZƏRTAC xəbər verir ki, “Gələcəyə tərəf” devizi ilə keçirilmiş sammit əmək bazarında baş verən dəyişiklikləri, yeni peşə və bacarıqlarla bağlı tələbləri peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlarla bağlı bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlığına dəstək məqsədi daşıyıb.

Sammitdə dövlət və özəl sektordan rəhbər şəxslər, yerli və xarici karyera məsləhətçiləri, insan resursları üzrə mütəxəssislər, təhsil ekspertləri, inkişaf mentorları iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev açılış nitqində sammitin əmək bazarında yeni peşə və bacarıqlara dair tələblərin peşəkar müzakirəsi baxımından xüsusi əhəmiyyətini, əmək bazarındakı sürətli dəyişikliklərə çevik adaptasiya imkanlarının qiymətləndirilməsinin prioritet istiqamətlərindən olduğunu qeyd edib. Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində insan kapitalının inkişafı dayanır. Bu isə bir daha sübut edir ki, Azərbaycan artıq insan kapitalı əsaslı iqtisadi inkişaf modelini dövlət strategiyasının prioritet istiqaməti kimi müəyyən edib.

Anar Əliyev süni intellektin sürətli inkişafının, rəqəmsallaşmanın genişlənməsinin dünya əmək bazarının strukturunu köklü şəkildə yenidən formalaşdırmaqda olduğunu deyib. O qeyd edib ki, Dünya İqtisadi Forumunun 2025-ci ildə dərc olunan “İşlərin Gələcəyi Hesabatı”na əsasən 2030-cu ilə qədər bugünkü iş yerlərinin 22 faizinin struktur dəyişikliklərinə məruz qalacağı gözlənilir. Bu reallıq fonunda regionlararası əməkdaşlığın gücləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, qlobal əmək bazarına daha çevik inteqrasiya vacibdir.

Nazir 2018-ci ildən əmək müqavilələrinin sayının 44 faiz artaraq 1,9 milyona çatdığını, son illər sosial ödənişlərdəki artımları diqqətə çatdırıb. Bildirib ki, alıcılıq qabiliyyəti pariteti üzrə ölkəmiz MDB ölkələri ilə müqayisədə minimum pensiyada birinci, minimum əməkhaqqı və orta aylıq pensiya üzrə isə ikinci yerdə qərarlaşıb.

Anar Əliyev 2022-ci ildən keçirilən “Peşələr Festivalı”nın minlərlə yeniyetmə və gəncin düzgün peşə seçimi barədə məlumatlılığının artırılması və əmək bazarına hazırlıqlı daxil olmalarına dəstək olduğunu bildirib. O, hazırkı sammitin dövlət qurumları, özəl sektor və təhsil müəssisələri arasında əmək bazarının cari vəziyyəti və gələcək dəyişikliklərə uyğunlaşması, peşə hazırlığı sahəsində əməkdaşlığın gücləndirilməsində əhəmiyyətini qeyd edib.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov yeni texnologiyaların və xüsusilə də süni intellektin təsiri altında yaranan yeni peşə bacarıqlarının mənimsənilməsi üçün gənc nəslin təşviq olunmasının vacibliyini vurğulayıb və bu istiqamətdə Gələcəyin Peşələri Sammiti kimi platformalara hər zaman ehtiyac olduğunu bildirib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov kadr potensialının gücləndirilməsinin gələcəyin rəqabətqabiliyyətli biznesləri üçün əsas şərtlərdən olduğunu vurğulayıb. O, əmək bazarının yeni çağırışları, peşə bacarıqlarının inkişafı, KOB-ların təlim ehtiyacları və KOBİA-nın bu istiqamətdə fəaliyyəti barədə fikirlərini bölüşüb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev texnologiya və innovasiyaların iş dünyasına təsirlərinin əmək bazarında dəyişiklikləri şərtləndirdiyini və işçi qüvvəsinin bacarıqlarına münasibətdə yeni tələbləri müəyyən etdiyini deyib. Bu barədə tərəfdaşlar arasında fəal müzakirələrin, gənclərin məlumatlandırılması işlərinin aparılmasının önəmini vurğulayıb.

Gələcəyin Peşələri Sammiti işəgötürənlər, dövlət qurumları, təhsil müəssisələri və peşəkarlar arasında sağlam fikir mübadiləsi üçün vahid platforma kimi nəzərdə tutulub. Sammitin hədəfləri gələcəyin peşə və bacarıqlarının müəyyənləşdirilməsi və tanıdılması, iş dünyasının yeni tendensiyalarının paylaşılması, hədəf qrup olan peşəkarların daha çevik, innovativ, rəqabətədavamlı karyera həlləri ilə təminatına şərait yaradılmasıdır.

Tədbir çərçivəsində “Peşələrin gələcəyi bizdən nə tələb edir?”, “Gələcəyin bacarıqları” və “Gələcəyin iş mühiti” adlı üç panel müzakirəsi təşkil olunub. Panellərdə yeni nəsil peşələr, gələcəyə hazır olmaq üçün dəyişikliklərin idarə edilməsi, davamlı öyrənmə və inkişaf, yeni nəsil texniki və yumşaq bacarıqlar, peşəkar inkişafda fərdi dəstək mexanizmləri, iş dünyasında rəqəmsal kooperasiya strategiyaları və s. mövzular müzakirə edilib, suallar cavablandırılıb.

Qeyd edək ki, Gələcəyin Peşələri Sammiti çərçivəsində ilk tədbir bu ilin oktyabr ayının 30-da Naxçıvan şəhərində keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!