13 Sentyabr 2025 15:22
694
DÜNYA
A- A+
Fransa və Əlcəzair: Müstəqillikdən bəri ən böyük böhran

Fransa və Əlcəzair: Müstəqillikdən bəri ən böyük böhran


İki ölkə arasında diplomatik çəkişmə uzanır, münasibətlər pisləşir

Fransa hökumətindəki mənbələr Euronews telekanalına bildiriblər ki, Paris və Əlcəzair arasında münaqişə keçmiş Fransa koloniyası 1962-ci ildə müstəqillik qazandıqdan sonra "ən böyük diplomatik böhrana" çevrilib.

Keçən il alovlanan Qərbi Sahara ərazisinin suverenliyi ilə bağlı mübahisələrdən qaynaqlanan münaqişə Əlcəzair məhkəməsinin yazıçı Bualem Sansal və fransız jurnalist Kristof Gleyzi həbs cəzasına məhkum etməsindən sonra daha da pisləşib.

O vaxtdan bəri vəziyyət daha da gərginləşib, hər iki ölkə diplomatların qovulduğunu elan edib.

Avqust ayında Fransa Prezidenti Emmanuel Makron Əlcəzair diplomatları və hökumət rəsmiləri üçün daha sərt viza tələblərini tələb edərək, 2013-cü ildə imzalanmış ikitərəfli razılaşmanı "artan miqrasiya çətinlikləri" səbəbilə dayandırıb.

Bundan sonta mübahisə Fransa sərhədlərindən kənara çıxıb: Daxili işlər naziri Bruno Retayyo Şengen tərəfdaşlarına yeni məhdudiyyətlər barədə məlumat verərək, əlcəzairli diplomatın İspaniyaya tətilə buraxılmamasına səbəb olub.

Oksford Universitetinin Şimali Afrika tarixi professoru Ceyms Makduqal Euronews-a deyib ki, bütün əlcəzairlilərə Fransaya vizasız giriş imkanı verən müstəqillik müqaviləsi nəzərə alınmaqla, Əlcəzair diplomatlarının viza almalı olması “utancverici və alçaldıcıdır”.

Paris və Əlcəzair arasındakı gərgin münasibətlər Fransanın Şimali Afrikadakı müstəmləkəçiliyinin birbaşa nəticəsidir.

Məsələ ilə yaxından tanış olan keçmiş yüksək rütbəli fransız diplomat bildirib ki, münasibətlər mürəkkəbdir, çünki keçmişi, tarixi, həm də gələcəyi nəzərə almaq lazımdır.

Əlcəzairin 60 il əvvəl yüz minlərlə insanın ölümünə səbəb olan səkkizillik müstəqillik müharibəsi və fransızların 130 ildən çox nəzarət etdikləri ölkədən qaçması hələ də diplomatik döyüşlərdə əks-sədasını verir.

Müstəqillik əldə etdikdən sonra Əlcəzair anti-müstəmləkəçilik və müstəqillik hərəkatlarının mərkəzinə çevrilib. Bu gün Əlcəzair küçələrində Fələstin Azadlıq Təşkilatının (FAT) və Qərbi Sahara müqavimət hərəkatı olan Polisario Cəbhəsinin ofislərini görmək olar.

Qlobal Məsələlər üzrə Yaxın Şərq Şurasının politoloqu və proqram direktoru Dalia Ganemin izah etdiyi kimi, bu hərəkatları dəstəkləmək “milli psixikada dərin kök salan və Əlcəzairin regional mövqeyini və ittifaqlarını formalaşdıran fundamental məsələ” olaraq qalır.

2017-ci ildə seçki kampaniyası zamanı yeni “siyasi autsayder” Emmanuel Makron Fransanın Əlcəzairdə törətdiyi insanlığa qarşı cinayətlər haqqında danışaraq, məsuliyyət və daha isti münasibətlərin yeni dövrünü vəd edib.

İki il sonra milyonlarla əlcəzairli siyasi dəyişiklik tələbi ilə Afrikanın ən böyük ölkəsində küçələrə çıxıb va yeni prezident seçilib.

Əbdülməcid Tebbun ittihamlara cavab verərək, tarixi saxtalaşdırmağın yolverilməz olduğunu deyib və əlavə edib ki, Fransa lideri "tamamilə mənasız bir şəkildə köhnə münaqişəni canlandırıb".

Əlcəzair səfirini geri çağırıb və Saheldə "terrorla mübarizə əməliyyatları" daxil olmaqla, öz hava məkanını müvəqqəti olaraq Fransız təyyarələri üçün bağlayıb.

İndi, son mübahisədən sonra hər iki tərəfdə ən yüksək səslər barışıqdan daha çox eskalasiyaya çağırır.

Məsələn fransalı sabiq diplomat deyir: "Əlcəzair ancaq gücü başa düşür. Odur ki, onların kürəyini sığallamaq və dost olduğumuzu söyləmək əbəsdir".

Əlcəzair tərəfində də nə hökumət, nə də əhali güzəştə getmək niyyətində deyil.

Məşhur Əlcəzair yazıçısı Kamal Davudun bu yaxınlarda qeyd etdiyi kimi: “Mən hər dəfə gənc əlcəzairliləri görəndə bir daha əmin oluram ki, onlar Fransaya müstəmləkəçilikdən əziyyət çəkən valideynlərimdən daha çox nifrət edirlər”.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!