19 Sentyabr 2025 18:10
466
İDMAN
A- A+
Formula 2: Krouford Bakıda xaotik təsnifat mərhələsində qalib gəlib  

Formula 2: Krouford Bakıda xaotik təsnifat mərhələsində qalib gəlib  



“Formula 2”nin təsnifat mərhələsi trasda aparılan işlər səbəbindən müəyyən gecikmə ilə başlayıb. Ardınca isə bütün bolidlər eyni vaxtda bokslardan çıxıb ki, bu da hər zamankı kimi sıxlığa gətirib çıxarıb.

AZƏRTAC xəbər verir ki, ilk olaraq protokola Cek Krouford başçılıq edib, amma Qabriele Mini və Roman Stanek dərhal onu üstələyib. Lakin Amori Kordilin 13-cü döngədə ağır qəzası səbəbindən sessiya demək olar dərhal qırmızı bayraqlarla dayandırılıb.

Yarış dayandırılmadan əvvəl Aleks Dann sürətli dövrəsini tamamlamağa macal tapdı və 1:55.846 nəticə ilə liderliyə yüksəldi. Təbii ki, bu, hələ başlanğıc idi. Məsələn, ötən il Riçard Fersxor Bakıda təsnifatı 1:54.857-lik nəticə ilə qazanmışdı.

Yarış bərpa olunandan sonra ilk cəhddə Krouford fərqləndi, belə ki, “DAMS” komandasının amerikalı pilotu Fersxorun ötənilki göstəricisini 0.066 saniyə qabaqlayaraq 1:54.791 nəticə göstərdi. Bu vaxt nə Dann, nə də gənclər seriyasının lideri Leonardo Fornaroli səhvlərinə görə nəticələrini yaxşılaşdıra bilmədilər.

Bununla belə, italiyalı pilot növbəti cəhddə səhvini düzəltdi və Krouforddan cəmi 0.019 saniyə geri qalaraq ikinci yeri tutdu.

Daha sonra bütün pilotlar yeni şinlər üçün pit-leynə qayıtdılar və sessiyanın bitməsinə 10 dəqiqədən az qalmış trasa çıxdılar. Vaxt az olduğundan “Invicta” komandası Fornaroliyə tıxacdan minimal itki ilə çıxmağı və asta bolidlərlə çıxış dövrəsindən keçməyi məsləhət gördü.

Amma nəticələri yaxşılaşdırmaq ümidləri boşa çıxdı. Əvvəlcə Viktor Marten ağır qəza törətdi, belə ki, 3-cü döngədə bolidinə nəzarəti itirdi və böyük sürətlə maneələrə çırpıldı. Zərbə o qədər güclü idi ki, maşının sağ ön asqısı tamamilə dağıldı, hətta “Dallara”nın ön hissəsi alovlandı və marşallar yanğını söndürmək üçün dərhal işə qarışmalı oldular. Görünür, təcrübəsinə baxmayaraq, Marten bu mövsüm ard-arda uğursuzluqlarla üzləşir. Yoxsa problemlərinin kökü başqa yerdədirmi?

Sessiyanın bitməsinə dörd dəqiqədən az qalmış hələ bir cəhd etmək mümkün idi. Amma Bakı marşalları trasın baryerlərini bərpa edib pilotlara son şans verdikdən sonra sessiya yenidən qırmızı bayraqlarla dayandırıldı. Bu dəfə səbəb Stanek və “Van Amersfoort Racing” komandasının britaniyalı pilotu Con Bennettin iştirak etdiyi insident oldu.

Stanek birinci döngəyə düzgün daxil ola bilmədi və çıxış zonasına düşdü. Ancaq təhlükəsizliyə əmin olmadan dərhal trasa qayıtmağa çalışdı. Elə həmin an yüksək sürətlə oradan keçən Bennett onunla toqquşdu. Karbon qalıqları hər yana səpələndi, hər iki bolid baryerə çırpıldı və yarış rəhbərliyi sessiyanı dərhal dayandırdı, bərpa etməyin isə artıq mənası yox idi.

Beləliklə, bazar günü keçiriləcək əsas yarışda pouldan Cek Krouford start götürəcək. Bu, onun ən yaxşı təsnifat nəticəsinin təkrarıdır. İlk dəfə ən yaxşı vaxtı isə apreldə cümə günü Ciddədə baş tutan yarışdan əvvəl göstərmişdi. Qeyd edək ki, Səudiyyə Ərəbistanının şəhər trası uzun düz yolları ilə müəyyən mənada Bakı trekini xatırladır.

Bazar günü birinci sıradan Leonardo Fornaroli start götürəcək. İkinci sırada isə Qabriele Mini və bu günün əsas uğursuz pilotlarından biri olan Viktor Marten yer alacaq. Ümid edək ki, onun bolidi ciddi zədə almayıb və “ART” mexanikləri sabahkı sprintə qədər onu bərpa edə biləcəklər.

Şənbə günü keçiriləcək qısaməsafəli sprint yarışında isə nəzəri baxımdan Sebastyan Montoya pouldan start götürməlidir, təbii ki, əgər bugünkü təsnifat nəticələri mümkün cərimələr səbəbindən dəyişdirilməsə. Hazırda o, protokolda 10-cu pillədə qərarlaşıb.

Bundan başqa, “Trident” komandasının iki debütantından biri olan Martinius Stenshorn 8-ci yeri tutaraq kifayət qədər yaxşı nəticə göstərib. Onun niderlandlı komanda yoldaşı Lorens van Hupen isə yalnız 20-ci olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!