11 Sentyabr 2025 09:20
624
İDMAN
A- A+
"Formula-1"in Azərbaycan nümunəsi

"Formula-1"in Azərbaycan nümunəsi


Ölkəmizdə ən müasir tələblərə cavab verən idman infrastrukturu və yarışların təşkili üçün təcrübə formalaşıb


Mötəbər idman yarışlarına evsahibliyi etmək hər bir ölkənin arzusudur. Amma hər ölkənin bütün dünyanın izlədiyi, sayı minlərlə ölçülən idmançıların iştirak etdiyi tədbiri təşkil etməyə, birdən-birə on minlərlə turisti qarşılamağa imkanı çatmır. Hətta bir çox inkişaf etmiş ölkələr belə bu baxımdan müəyyən tələblərə cavab vermir. Bu da təbiidir. Çünki qlobalmiqyaslı idman tədbirinə evsahibliyi üçün kompleks və beynəlxalq standartlara cavab verən infrastruktur olmalıdır. Azərbaycan bu baxımdan örnək sayılacaq ölkələrdən biridir. Çünki respublikamızda ilk növbədə ən müasir tələblərə cavab verən idman infrastrukturu yaradılıb və yarışların təşkili üçün yaxşı təcrübə formalaşıb.

Sentyabrın 19-21-də keçiriləcək və ölkəmizin sayca 9-cu dəfə evsahibliyi edəcəyi "Formula-1"in artıq dünyada Azərbaycan modeli yaranıb. 2016-cı ildən etibarən ölkəmizdə keçirilən "Formula-1" Qran-prisi  həm ölkəmizin tanıdılmasına, həm də iqtisadiyyatın inkişafına böyük töhfə verib. Sürət yarışı Azərbaycanın görməli və tarixi yerlərinin, istirahət-kurort imkanlarının, mükəmməl mətbəx və gözəl təbiətinin təbliğində, eləcə də ölkənin xidmət sektorunun inkişafında müsbət rol oynayıb.

"Formula-1" yarışlarının Azərbaycanın paytaxtında keçirilməsi ilə bağlı FOM (Formula One Management) ilə danışıqlar 2013-cü ildə başlanıb və 2014-cü ilin martında ilkin müqavilə imzalanıb. Azərbaycanda Qran-prinin təşkili ilə dövlət səviyyəsində məşğul olublar. Bu da layihənin statusunu və onun ölkə üçün əhəmiyyətini göstərir. İlk dəfə 2016-cı ildə paytaxtımızda keçirilən "Formula-1" Avropa Qran-prisinin Bakı mərhələsi yeniliklə yadda qalmışdı. Bu, sıralama turları ilə bağlıdır. Əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən ən pis nəticə göstərən 6 pilot mübarizədən kənarlaşdırılırdı. 10 pilot 12 dəqiqəlik üçüncü seansdakı göstəricilərə görə yarışa start verirdi. Yeni qaydaya görə isə seansın sonunda yox, 90 saniyədən bir ən yavaş pilotun mübarizəni dayandırması nəzərdə tutulub.

"Formula-1" mütəxəssislərinin rəylərinə görə, bu yenilik yarışın həyəcanını bir qədər də artırıb. Onu da xüsusi olaraq qeyd edək ki, quraşdırılan tribunalar elə yüksək səviyyədə hazırlanıb ki, daim istifadədə olsa belə dağılıb sıradan çıxmır. Bu mötəbər yarışın yüksək səviyyədə KİV-də işıqlandırılmasına təcrübəli müxbirlər və fotomüxbirlər cəlb edilib. Dünyanın ən böyük informasiya alyansları, eləcə də ölkəmizin xəbər agentlikləri Bakıda keçiriləcək "Formula-1" yarışı barədə xəbərləri dünyaya yayırlar.

Etiraf edək ki, idmanın bu növünün özünəməxsus azarkeş ordusu olsa da, "Formula-1" ölkəmiz üçün yenidir. Azərbaycan Qran-prisinin təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin uğurlu təbliğat kampaniyası ölkəmizdə "Formula-1" idmanını sevənlərin sayını artırıb. Azərbaycanın təbliğini qarşıya məqsəd qoyan Əməliyyat Şirkəti çoxsaylı turistlərin ölkəmizə cəlb edilməsinə nail olub. Ölkəmizdə keçirilən son 8 yarış ərəfəsində paytaxtda hotellərin dolu olması yarışın iqtisadi baxımdan mühüm rol oynadığını nümayiş etdirib. Auditoriyasına görə futbol üzrə dünya çempionatından və Olimpiya Oyunlarından sonra üçüncü yerdə olan "Formula-1" yarışına evsahibliyi etmək, ilk növbədə ölkənin qüdrətindən xəbər verir.

"Formula-1" yarışlarının 2025-ci il mövsümü 24 mərhələdən ibarət olacaq. Azərbaycan yarışların cari mövsümdə 17-ci mərhələsinə evsahibliyi edəcək. Mövsümün ilk yarışı martın 14-də Avstraliyada keçirilib, son yarışı isə dekabrın 5-də Əbu-Dabidə təşkil olunacaq.

Uzunluğu 6 kilometrdən bir qədər artıq olan Bakı Şəhər Halqası trekin uzunluğuna görə dünyada ikincidir. Unikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə təşkil olunub ki, yarış zamanı "Formula-1" avtomobillərinin pilotları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhər Tarix-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən Bakının ecazkar simasını görəcəklər. Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçərişəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2,2 kilometrlik dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikləri ilə yarışı canlı olaraq televiziya qarşısında izləyən "Formula-1" azarkeşləri üçün də əsrarəngiz şouya çevriləcək.

Qeyd olunduğu kimi, Bakı Şəhər Halqası şəhərin düz mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən, ilk növbədə məhz bu məqamı nəzərə almışlar. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edəcək. Start və finiş xətti Azadlıq meydanında olacaq.

"Formula-1" yarışları paytaxtımızda 2016-cı ildən başlayaraq keçirilir. Həmin il Avropa qran-pri yarışlarının Bakı mərhələsi adlandırılan yarış iyunun 17-19-da təşkil olunmuşdu. "Formula-1"in Bakı mərhələsində tarixdə ilk dəfə 21 mərhələdən ibarət yeni mövsümdə 11 komanda və 13 fərqli ölkədən dünyanın ən məşhur pilotları birincilik uğrunda mübarizə aparıblar. Möhtəşəm yarışda dünya çempionu adını qazanmış 5 pilot iştirak etmişdi.

"Formula-1" üzrə dünya çempionatı birnəfərlik, açıq təkərli avtomobillərin yarışıdır. Yüksək statusa malik olan bu yarışlarda sürücülər pilot, avtomobillər isə bolid adlanır. İl ərzində müxtəlif ölkələrdə "Formula-1" üzrə mərhələ yarışları, başqa sözlə, qran-prilər təşkil olunur. 

Daha çox sürət həvəskarlarının maraq dairəsində olan "Formula-1" qran-priləri ilk vaxtlar ancaq Avropa ölkələrində keçirilsə də, hazırda dünyanı əhatə edir. Yarışları Beynəlxalq Avtomobil Federasiyası (FİA) keçirir. 1904-cü ildə Parisdə yaradılmış federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış və tədbirlərə cavabdehdir.

"Formula-1" üzrə ilk rəsmi dünya çempionatı 1950-ci il mayın 13-də İngiltərənin Silverstoun trekində təşkil olunmuşdur. Britaniya kral ailəsinin də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə aparmışdır. Həm təsnifat, həm də əsas mərhələdə finiş xəttinə birinci çatan "Alfa Romeo"nun italiyalı pilotu Cüzeppe Nino Farina "Formula-1" yarışının ilk qalibi kimi tarixə düşmüşdü. Birincilik uğrunda mübarizədə onun əsas rəqibi komanda yoldaşı, argentinalı Xuan Manuel Fanxio olmuşdu. Lakin sonralar Fanxio bu məğlubiyyətin əvəzini yetərincə çıxmışdı. Belə ki, o, karyerası ərzində 5 dəfə (1951-ci, 1954-cü, 1955-ci, 1956-cı və 1957-ci illər) dünya çempionu adını qazanmaqla rəqiblərinə aman verməmişdi.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!