28 İyul 2025 16:47
514
CƏMİYYƏT
A- A+
FHN rəsmisi: Cüzi ehtiyatsızlıq böyük yanğınlara səbəb ola bilər  

FHN rəsmisi: Cüzi ehtiyatsızlıq böyük yanğınlara səbəb ola bilər  


Son günlər ölkəmizdə havaların kəskin isti və quraq keçməsi səbəbindən açıq sahələrdə və meşəlik ərazilərdə yanğın təhlükəsi artıb. Xüsusilə meşə fondu ilə zəngin olan işğaldan azad edilmiş ərazilərdə cüzi ehtiyatsızlıq böyük yanğınlara və təbii mühitə ciddi ziyan vuracaq nəticələrə yol aça bilər. Üstəlik, ərazilərin mina və partlamamış sursatlarla çirklənməsi yanğınların söndürülməsi prosesini daha da çətinləşdirir.

Bu fikirləri AZƏRTAC-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev səsləndirib.

FHN rəsmisi təəssüf hissi ilə bildirib ki, nazirlik tərəfindən mütəmadi aparılan maarifləndirici tədbirlərə baxmayaraq, son günlər ölkənin bir sıra bölgələrində, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında açıq sahələrdə və meşə massivlərində bir sıra yanğın halları qeydə alınıb. Lakin FHN-in yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı nəticəsində bu yanğınların qarşısı vaxtında alınıb və onların genişlənərək daha ciddi fəsadlar yaratmasına yol verilməyib.

“Xüsusilə yay mövsümündə təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunmalıdır. Fərdi yaşayış sahələri, təsərrüfat və istehsalat obyektlərinin ətrafı qurumuş ot və yanar tullantılardan mütəmadi şəkildə təmizlənməlidir. Siqaret və kibrit yalnız tam söndürüldükdən sonra tullantı qablarına atılmalı, ətraf mühitə atılmasından qəti şəkildə çəkinilməlidir. Günəş şüalarının təsiri ilə yanğına səbəb ola biləcək şüşə qabların və qırıntıların təbiətə atılması yolverilməzdir. Təbiət qoynunda tonqal yalnız təhlükəsiz və xüsusi ayrılmış yerlərdə qalanmalıdır. Eyni zamanda, ağacların altında və qurumuş ot, kol-kosla örtülü sahələrdə ocaq qalamaq qadağandır. Ərazi tərk olunmazdan əvvəl tonqal tam şəkildə söndürülməli, üzərinə su tökülərək torpaqla örtülməlidir. Kənd təsərrüfatı texnikası saz vəziyyətdə saxlanmalı, nasaz və təhlükəli texnikaların istifadəsinə yol verilməməlidir. Eyni zamanda, küləkli hava şəraitində, xüsusilə meşəlik ərazilərdə açıq alovdan istifadə qəti şəkildə yolverilməzdir”, - deyə FHN rəsmisi vurğulayıb.

Qeyd edək ki, FHN-in mətbuat xidmətinin məlumatına əsasən, Ağdam və Füzuli rayonlarında, eləcə də Xocavəndin Yenikənd, Şuşanın Böyük Qaladərəsi, Xocalının Aşağı Yemişcan kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğınlar nazirliyin qüvvələri tərəfindən tam söndürülüb. Hazırda isə Ağdərənin Talış və Goranboyun Tapqaraqoyunlu kəndləri istiqamətində baş verən yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Vətəndaşların təhlükəsizliyi və təbiətin qorunması üçün nazirliyin bütün qüvvələri səfərbər olunaraq müvafiq işlər həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!