10 Noyabr 2025 16:07
748
CƏMİYYƏT
A- A+
Ermənistanla sərhəddə yerləşən İğdır vilayətində Metsamor AES-in tezliklə bağlanmasına çağırış edilir  

Ermənistanla sərhəddə yerləşən İğdır vilayətində Metsamor AES-in tezliklə bağlanmasına çağırış edilir  


Ermənistanla sərhəddə yerləşən Türkiyənin İğdır vilayətində köhnəlmiş və ölkə sərhədindən cəmi 16 kilometr uzaqda yerləşən Metsamor Atom Elektrik Stansiyasının (AES) dərhal bağlanması tələbi səsləndirilir.

AZƏRTAC-ın müxbiri ilə söhbətində İğdır sakinləri sovet dövründə inşa edilmiş bu atom elektrik stansiyasından qaynaqlanan təhlükəyə diqqət çəkərək, xüsusilə uşaqlar və yeniyetmələr arasında müşahidə olunan onkoloji və digər ağır xəstəliklərin yüksək səviyyədə olmasından narahatlıqlarını ifadə ediblər.

İğdırın Qaraqoyunlu rayonunun sabiq bələdiyyə başçısı Ziya Ali Deliktaş Ermənistan ərazisindəki AES-in bağlanmasını “bütün regionun gələcəyi üçün təhlükələrin aradan qaldırılması istiqamətində son dərəcə vacib addım” adlandırıb.

O, istismar müddətini çoxdan başa vurmuş Metsamor AES yüksək seysmik risk zonasında yerləşməsi faktına xüsusi diqqət ayırıb. “Metsamor AES-in inşa olunduğu ərazidə qəza halında soyutma üçün kifayət qədər su ehtiyatı mövcud deyil”, – deyə Z.Ə. Deliktaş bildirib və 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələlərdən sonra radiasiya sızması ilə bağlı kifayət qədər ekspertizanın aparılmadığını xatırladıb.

“Ermənistanda baş vermiş məhz dağıdıcı zəlzələdən sonra Türkiyənin sərhəd bölgələrində əhali arasında onkoloji və digər xəstəliklərin artdığı müşahidə olunur”, – deyə Deliktaş vurğulayıb. Onun sözlərinə görə, bu vəziyyət maldarlıqla məşğul olan fermerlər üçün də ciddi problemlər yaradıb, belə ki, heyvanlarda xəstəlik və tələfat halları artıb.

Sabiq bələdiyyə başçısı bildirib ki, müxtəlif yerli strukturlar və ictimai təşkilatlar dəfələrlə həm Türkiyə hökumətinə, həm də beynəlxalq təşkilatlara müraciət edərək Ermənistan hakimiyyətinə təzyiq göstərilməsi tələbi ilə çıxış ediblər.

“Biz öz mövqeyimizi Türkiyənin Nüvə Tənzimləmə Agentliyinə də çatdırmışıq, lakin hələlik nəticə əldə etməmişik. Bu gün İğdırın hər bölgəsində, xüsusilə uşaqlar və gənclər arasında onkoloji xəstəliklər qeydə alınır”, – deyə Deliktaş qeyd edib və İğdır əhalisinin bu istiqamətdə real tədbirlər gözlədiyini vurğulayıb.

İğdırdakı tibb müəssisələrindən birinin həkimi Mehmet Kum isə öz növbəsində bildirib ki, uzun illər ərzində qarşılaşdığı onkoloji xəstələrin yarıdan çoxu məhz İğdır bölgəsindəndir. Onun sözlərinə görə, Ermənistanla sərhəd bölgələrində, xüsusilə Şərqi Anadoluda onkoloji xəstəliklərin səviyyəsi çox yüksəkdir. “Təəssüf ki, İğdırda müxtəlif növ xərçəng xəstəliklərindən ölüm halları artmaqda davam edir”, – deyə həkim qeyd edib.

M.Kum əlavə edib ki, Türkiyənin Nüvə Tənzimləmə Agentliyinin nümayəndələri İğdıra səfər edərək zəlzələdən sonra Ermənistanda radiasiya səviyyəsinin lazımi qaydada ölçülmədiyini etiraf ediblər. “Böyük ehtimal ki, region əhalisinin sağlamlıq durumunun bugünkü vəziyyətinin əsas səbəbi məhz Metsamor AES-dir”, – deyə o bildirib.

Həkimin fikrincə, vəziyyəti dəyişmək yalnız region ölkələrinin – Azərbaycan, Türkiyə, İran və Rusiyanın birgə səyləri ilə mümkündür.

“Metsamor AES-də baş verə biləcək istənilən qəza təkcə Türkiyə üçün deyil, bütün region ölkələri üçün təhlükədir. Mənə elə gəlir ki, AES bağlanacağı halda, region dövlətləri Ermənistanın elektrik enerjisinə olan tələbatını birgə şəkildə ödəyə bilərlər”, – deyə M.Kum qeyd edib.

İğdırda fəaliyyət göstərən əczaçı Nazim Karadağ isə hesab edir ki, Ermənistan AES-də reaktorların soyudulması üçün istifadə olunan suyun bir hissəsi yeraltı kanallar vasitəsilə Türkiyənin sərhədyanı kəndlərinə çata bilər.

O, Ermənistan sərhədinə yaxın Hacıağa kəndini misal gətirərək bildirib: “Bu kəndin sakinləri içməli suyu quyulardan götürürlər. Həmin kəndin sakinlərindən biri uzun müddət dərman almaq üçün aptekimizə gəlirdi. Sonradan məlum oldu ki, onun həyat yoldaşı, eləcə də 9 və 11 yaşlı uşaqları xərçəng xəstəliyinə tutulub. Təəssüf ki, onların heç birini müalicə etmək mümkün olmadı. Bəxti qara bu ata xəstəliyin səbəbinin məhz quyu sularındakı radiasiya olduğuna əmindi”, – deyə N.Karadağ danışıb.

Ermənistanla sərhəddə mütəmadi səfər edən əczaçının sözlərinə görə, Metsamor AES-in mənfi təsiri təkcə insanlara deyil, bitki örtüyünə də sirayət edir. “Ermənistanla sərhəddə yerləşən kəndlərdə ağaclar İğdırın digər bölgələrinə nisbətən daha tez saralmağa başlayır”, – deyə o qeyd edib və Metsamor AES-i “bütün region üçün partlamağa hazır saatlı bomba” adlandırıb.

Qeyd edək ki, Türkiyənin rəsmi qurumları Metsamor AES-dən qaynaqlanan təhlükə məsələsini mütəmadi olaraq gündəmə gətirir.

2023-cü ilin oktyabr ayında Türkiyə Böyük Millət Məclisində vətəndaşların Ermənistan ərazisindəki Metsamor AES-in bağlanması ilə bağlı çoxsaylı müraciətləri müzakirə olunub. Parlamentdə İğdır vilayətində radiasiya sızması olacağı təqdirdə fəaliyyət göstərəcək Fövqəladə Hallar üzrə Fəaliyyət Planının razılaşdırıldığı bildirilib.

Eyni zamanda, Türkiyə Səhiyyə Nazirliyi Ermənistanla sərhəddə yerləşən kəndlərin sakinlərinə müxtəlif dərman vasitələrinin, o cümlədən yod tərkibli həblərin paylandığını açıqlayıb.

Türkiyə Xarici İşlər Nazirliyi isə Metsamor AES məsələsinin Ankara tərəfindən MAQATE səviyyəsində diqqətlə izlənildiyini bəyan edib. Nazirlik vurğulayıb ki, Ermənistan AES-in texniki standartları nə MAQATE, nə də Avropa İttifaqının təhlükəsizlik meyarlarına cavab verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

17:23
20 Sentyabr

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!