Ermənistanın işğalçılıq siyasəti bu dəfə CNN televiziyasında ifşa edildi
Ermənistanın işğalçılıq siyasəti bu dəfə CNN televiziyasında ifşa olundu. Belə ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan oktyabrın 23-də tanınmış xanım aparıcı Kristin Amanpura müsahibə verib.
AZƏRTAC xəbər verir ki, müsahibə başlamamışdan əvvəl qısa şərh verən aparıcı Dağlıq Qarabağın rəsmi şəkildə Azərbaycanın tərkib hissəsi olduğunu bildirir. Beləliklə, müsahibəyə başlamazdan əvvəl tamaşaçıları problemin mahiyyəti barədə məlumatlandırmış olur. Daha sonra Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun fikirlərindən sitat gətirərək ölkəmizin mövqeyini, BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələrini diqqətə çatdırır. Mnatsakanyan isə beynəlxalq hüquq müstəvisindən deyil, sadəcə, boş fikirlər səsləndirir və guya dinc ermənilərin müharibə zamanı qətlə yetirildiyini bildirir. Elə həmin anda Gəncədə mülki obyektlərə atılan atəş nəticəsində dağılmış evlərin görüntüsü yayımlanır. Bu, erməni nazirin uydurma iddialarına ən tutarlı cavab olur.
Aparıcı yenidən BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktını səsləndirir və 2008-ci il martın 14-də BMT Baş Assambleyasının iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamənin qəbul olunduğunu xatırladaraq, sənəddə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının və azərbaycanlı əhalinin öz evlərinə geri qayıtmasının tələb olunduğunu qeyd edir.
Kristin Amanpur daha sonra baş nazir Nikol Paşinyanın "Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatına istinad edərək bunun Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi niyyətindən xəbər verdiyini deyir və bu millətçi açıqlamanın nəyə hesablandığını soruşur. Erməni nazirin suala konkret cavab vermədiyini görən aparıcı xanım Amanpur bir daha "Bu açıqlama, Ermənistanın Qarabağı özünə birləşdirmək istəməsi kimi qəbul edilə bilərmi?” sualını verir. Müsahibə boyu cavablarında obyektiv yanaşma sərgiləməyi bacarmayan nazir bu suala cavabında da Paşinyanın fikirlərinin gah kontekstdən çıxarıldığını dedi, gah da dolayısı yolla bu açıqlamanın beynəlxalq hüquqa zidd olduğunu etiraf etmiş oldu. Bu müsahibə bir daha göstərdi ki, artıq beynəlxalq ictimaiyyət də Ermənistanın iddialarının heç bir hüquqi əsasının olmadığını qəbul edir və bu ölkənin işğalçılıq siyasətinə son qoymasını tələb edir. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl BBC telekanalında yayımlanan "HardTalk” verilişinə və BBC-nin müxbiri Conah Fişerə müsahibələrində də beynəlxalq hüququ tapdadıqlarını, aqressiv siyasət yürütdüklərini nümayiş etdirmişdi.Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!