29 Oktyabr 2025 08:10
1292
İQTİSADİYYAT
A- A+
"Energy China" ilə əməkdaşlığın tarixi qısa olsa da...

"Energy China" ilə əməkdaşlığın tarixi qısa olsa da...


Azərbaycan və Çin mütəxəssisləri birlikdə uzunömürlü layihələr gerçəkləşdirirlər 


Azərbaycanla Çin Xalq Respublikası arasında enerji əməkdaşlığının tarixi qısa olsa da, bu sahədə əlaqələrin getdikcə genişlənməsi gələcək nailiyyətlərdən xəbər verir. Çinin bir neçə  tanınmış  şirkəti ilə artıq uğurlu əməkdaşlıq qurulub ki, "China Energy Engineering Corporation Limited" ("Energy China") də bu sıradadır.

Prezident İlham Əliyevin Çinə bu il  aprel ayındakı  dövlət səfərini xatırlayaq. Dövlətimizin başçısı aprelin 24-də Pekində "China Energy Engineering Corporation Limited"  şirkətinin sədri Sonq Hailianq ilə görüşmüşdü. Görüşdə  şirkətin Azərbaycanda hazırda bir neçə layihə həyata keçirdiyi vurğulanmışdı.  Belə ki, bu  şirkət Xəzər dənizində 1 qiqavatlıq külək enerjisi meqalayihəsinin podratçısıdır. "China Energy Engineering Corporation Limited" Füzuli rayonunda günəş enerjisi və digər layihələrə isə investisiya yatırıb.

Sonq Hailianqın rəhbərlik etdiyi şirkətin Azərbaycanla birlikdə enerji  dəhlizlərində əməkdaşlığa aid  təkliflərinin  olduğunu deməsi və dövlətimizin başçısının bu  əməkdaşlığın prioritetliyinə və strateji xarakterinə toxunması  böyük perspektivlər vəd edir. Uzunmüddətli birgə enerji planlaşdırma layihəsi də diqqət mərkəzindədir. Qeyd edək ki, Prezidentimizin  Çinə dövlət səfəri çərçivəsində bununla da bağlı sənəd imzalanmışdır. 

Sözügedən görüş zamanı gələcəkdə "Energy China" ilə  birgə ölkəmizdə enerji tədqiqat mərkəzinin yaradılması ilə bağlı məsələlər də müzakirə olundu. Həmçinin şirkətin suyun idarəedilməsində böyük təcrübəsi nəzərə alınaraq, bu sahədə də əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. 

Bundan dörd ay sonra - cari il avqustun 31-də Prezident İlham Əliyev Çinə işgüzar səfəri  çərçivəsində Tiencin şəhərində "China Energy Engineering Corporation Limited"in rəhbərliyi ilə yenidən görüşdü. "Energy China"nın  prezidenti və sədri vəzifəsini icra edən Ni Cen ilə görüşdə ölkəmizlə, həmçinin SOCAR ilə bu şirkət arasında alternativ və bərpaolunan enerji layihələrini əhatə edən səmərəli əməkdaşlıqdan məmnunluq bildirildi.

Bu xüsusda "Energy China"nın "yaşıl enerji" sahəsində, o cümlədən Azərbaycanda günəş-elektrik stansiyalarının, dənizdə külək enerjisi stansiyalarının tikintisi sahəsində əməkdaşlığı vurğulandı.

Digər yeni layihələr barədə də söhbət getdi. Ni Cen ölkəmizdə tullantı sularının təmizlənməsi, emalı və təkrar istifadəsi, su ehtiyatlarının idarə edilməsi ilə bağlı əməliyyatların optimallaşdırılması, həmçinin su hövzələrində fotovoltaik elektrik panellərinin birgə inşası layihələrini həyata keçirməkdə maraqlı olduqlarını bildirdi.

Hər görüş əməkdaşlıq yolunda irəliyə doğru bir addım, yeni layihələr deməkdir. Elə bu günlərdə energetika naziri Pərviz Şahbazovla "China Energy Engineering Corporation Limited" şirkətinin vitse-prezidenti Lu Xunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş də bunu göstərdi. 

Görüşdə şirkətlə enerji sahəsində hərtərəfli strateji tərəfdaşlığa uyğun gündəlikdə olan layihələrin icrası ilə bağlı müzakirələr aparılıb. Prezident İlham Əliyevin istehlak və ixrac məqsədilə bərpaolunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji" zonalarının yaradılması və bu sahədə Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı siyasəti qeyd olunub. "China Energy Engineering Corporation Limited" şirkəti ilə çoxşaxəli əməkdaşlığın Azərbaycanda bərpaolunan enerjinin inkişafına yeni impuls verəcəyi vurğulanıb. Bu xüsusda yeni güclərin elektrik şəbəkəsinə inteqrasiya potensialının müəyyənləşdirilməsində Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə həyata keçirilən tədqiqatların əhəmiyyəti, həmçinin "Yaşıl Enerjinin İnkişafı üzrə Birgə Tədqiqat Mərkəzi"nin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

Müzakirələr zamanı eləcə də dənizdə 200 MVt gücündə külək və quruda 160 MVt gücündə günəş enerjisi layihələri üzrə əməkdaşlığın cari vəziyyəti dəyərləndirilib. Növbəti addımlar müəyyənləşdirilib. Biləsuvar və Neftçalada ümumi gücü 760 MVt olan günəş-elektrik stansiyalarının inşası və avadanlıqlarla təchizatında şirkətin fəaliyyəti yüksək qiymətləndirilib. Bundan başqa, görüşdə Azərbaycanla Mərkəzi Asiya, Türkiyə və Avropa arasında elektrik enerjisinin ötürülməsi layihələrinin inkişafı ilə bağlı məsələlər və şirkətlə əməkdaşlıq imkanları ətrafında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "Energy China" tikinti və mühəndislik şirkətidir, elektrik stansiyalarının inşa edilməsi və onlar üçün avadanlıq istehsalı üzrə ixtisaslaşıb. Belə ki, bu şirkət bütün növ elektrik stansiyalarının layihələndirilməsi və tikintisi, avadanlıq istehsalı, alternativ enerji və su təchizatı, eləcə də sərmayəçiliklə məşğul olur.  Korporasiya kimi 10 ildir fəaliyyət göstərir, eyniadlı qrupun  yenidən qurulması sayəsində yaradılıb.

"Energy China" şirkətinin  147 ölkədə 256 filialı var. Hazırda 416 layihəsi icra olunan şirkət Çinin bərpaolunan enerji bazarının 50 faizinə nəzarət edir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib  

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!