Elmin idarə olunmasına yeni yanaşma lazımdır
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların attestasiyasına həsr olunmuş yekun iclas keçirilmişdir.
İnstitutdan bildirmişlər ki, attestasiyanın nəticələrinin əks olunduğu hesabata görə, informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə mövzulara dair 31 doktorant və dissertantdan 25 nəfəri attestasiyadan keçmiş, 6 nəfərə isə şərti vaxt verilmişdir.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Azərbaycanda İKT-nin yüksək sürətlə inkişaf etdiyini, institutun fəaliyyətinin mövcud elmi-texniki potensialı inkişaf etdirmək, yüksək ixtisaslı kadrlar hazırlamaq istiqamətinə yönəldiyini bildirmişdir. Alim informasiya texnologiyalarının dinamik inkişaf etdiyi müasir dövrdə elmin rolunun əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırmışdır. İnstitutun elmi potensialının artırılmasının alim və mütəxəssislərin qarşısında duran vacib məsələlərdən olduğunu qeyd edən R.Əliquliyev elektron elmin inkişafının elmin idarə olunmasına yeni yanaşma tələb etdiyini bildirmişdir.
Dissertasiya işində qoyulmuş məsələlərə dair məqalələrin hazırlanmasının zəruriliyini qeyd edən institutun direktoru məqalələrdə aktuallıq, mövcud problemlər, onların həlli yolları, təklif olunan üsul və nəticələrin öz əksini tapmasının vacibliyini vurğulamışdır. O, elmi kadr hazırlığının daha səmərəli həyata keçirilməsi məqsədilə şöbələr səviyyəsində mütəmadi seminarların təşkilinin zəruriliyindən də bəhs etmişdir.
Mövzuya dair müzakirələrdə institutun Elmi Şurasının üzvləri təklif və tövsiyələrin, dissertasiya işlərində qoyulmuş məsələlər üzrə məqalələrin nüfuzlu beynəlxalq jurnallarda dərcinin əhəmiyyətini qeyd etmişlər. Bildirilmişdir ki, doktorant və dissertantlar elmi problemin vəziyyətini tam araşdırmağı, lazımi vasitə və metodlardan istifadə etməyi bacarmalı, inkişaf etmiş ölkələrdə mövcud problemin vəziyyətinin monitorinqinin nəticələri və bu məsələləri araşdıran elmi mərkəzlər haqqında məlumatlara malik olmalıdırlar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!