03 Noyabr 2025 21:08
400
İQTİSADİYYAT
A- A+
Ekspert: Azərbaycan Avrasiya nəqliyyat arxitekturasının əsas qovşağına çevrilir

Ekspert: Azərbaycan Avrasiya nəqliyyat arxitekturasının əsas qovşağına çevrilir


AZƏRTAC-a müsahibəsində rusiyalı siyasi analitik, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Azərbaycan nəqliyyat təşəbbüslərinin strateji əhəmiyyəti və Bakının yeni Avrasiya logistika sisteminin formalaşmasındakı rolu barədə danışıb.


- Şimal-Cənub nəqliyyat təşəbbüsləri ilə Zəngəzur dəhlizinə vahid kontekstdə baxdıqda, belə demək olarmı ki, məhz Azərbaycan yeni Avrasiya nəqliyyat arxitekturasının formalaşmasında mərkəzi halqaya çevrilir?

- Obyektiv olaraq, Azərbaycanın geosiyasi mövqeyi və onun nəqliyyat-logistika infrastrukturu ölkəni həm Şimal-Cənub dəhlizinin, həm də Şərq-Qərb marşrutlarının fəaliyyətində əsas iştirakçıya çevirir. Regiondan keçən istənilən nəqliyyat xətti əlaqələndirmə və logistika baxımından Azərbaycandan asılıdır. Azərbaycan artıq səmərəli siyasi və iqtisadi inkişaf modelinə malik orta gücə sahib dövlətlər kateqoriyasına daxildir və dünya infrastruktur layihələrinin həyata keçirilməsi ilə bu status daha da yüksələcək. Ərazi bütövlüyünün bərpasından və iqtisadiyyatın gücləndirilməsindən sonra bu proseslər Azərbaycanı dünya iqtisadiyyatının dayanıqlılığının həlledici dərəcədə asılı olduğu ölkələrdən biri kimi rolunu daha da artırır.


- Rusiya, Azərbaycan və İran faktiki olaraq Rəşt-Astara dəmir yolu xəttinin inşasının yekun mərhələsindədirlər. Bu dəhlizin Qərb logistika marşrutlarına real alternativə çevriləcəyini demək mümkündürmü?

- Şimal-Cənub dəhlizi həm Rusiya, həm də onun ərazisindən keçən bütün ölkələr üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Rəşt-Astara hissəsinin modernləşdirilməsi Şimal-Cənub marşrutu üzrə fasiləsiz və səmərəli dəmir yolu xəttinin yaradılmasına imkan verəcək. Onun iqtisadi, siyasi və geosiyasi əhəmiyyəti son dərəcə yüksəkdir. Bu layihə regionun bütün ölkələrinə fayda gətirəcək, eyni zamanda, digər marşrutlarla rəqabət yaratmadan və ya onlara zərər vurmadan həyata keçiriləcək.

Sanksiya təzyiqlərinə gəldikdə isə istənilən ölkə Qərbin ona qarşı məhdudiyyətlər tətbiq etdiyi vəziyyətlə üzləşə bilər. Buna görə də logistika sahəsində müstəqillik və suverenlik dərəcəsi nə qədər yüksək olarsa, Şimal-Cənub kimi multimodal nəqliyyat dəhlizlərinin bütün iştirakçıları üçün qazanc da bir o qədər çox olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!