“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Noyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində "Əbədiyyət günəşi” adlı məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, "Nəsimi ili” çərçivəsində dahi şairin 650 illiyi münasibətilə reallaşan müsabiqə "Kaspi” qəzetinin layihəsi əsasında "Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə təşkil edilib.
Tədbir çərçivəsində "Kaspi nəşrləri” seriyasından olan iki kitabın - redaktoru filologiya elmləri doktoru Sona Vəliyeva olan "Əbədiyyət günəşi” və müəllifi Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev olan "Nəsimi dünyası rənglərin işığında” adlı kitabların təqdimatı da keçirilib.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıb. Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin ölkəmizdə təntənəli şəkildə qeyd edildiyini deyən Ə.Amaşov bildirib ki, Nəsimi xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib.
"Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bağlı görkəmli şairin 650 illiyi ölkə daxilində və ölkədən kənarda çoxsaylı tədbirlərlə qeyd edilib, Moskvada, Kiyevdə Nəsiminin abidəsi ucaldılıb. Həmçinin şairin xatirəsinə həsr edilən müxtəlif müsabiqələr təşkil olunub. Belə müsabiqələrdən biri də "Əbədiyyət günəşi” adlı məqalə müsabiqəsidir. Bu müsabiqəyə 60 yazı göndərilib. Münsiflər heyəti tərəfindən üç yerin qalibi müəyyənləşib, səkkiz iştirakçı isə həvəsləndirici mükafata layiq görülüb”, - deyə Ə.Amaşov söyləyib.
"Kaspi nəşrləri” seriyasının rəhbəri, filologiya elmləri doktoru Sona Vəliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin 2019-cu ili "Nəsimi ili” elan etməsi haqqında sərəncamı Azərbaycanın dünyəvi, bəşəri ideyalarla yaşayan ölkə olduğunu bir daha sübut etdi. Çünki Nəsimi ideyaları ilə yaşamaq dünyanı vahid vətən kimi qəbul eləmək, göy üzünü böyük bir çətir sanmaq, yer üzünü hüdudsuz bir meydan hesab etmək deməkdir. S.Vəliyeva söyləyib ki, "Nəsimi ili” xalqımıza sarsılmaz Nəsimi ruhu aşılayır. Ənənəvi olaraq ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilir, ədibin yaradıcılığına həsr edilən müxtəlif təyinatlı müsabiqələr reallaşır. İmadəddin Nəsiminin 650 illiyinin qeyd edilməsi haqqında ölkə başçısının müvafiq sərəncamı ədiblə bağlı görülməkdə olan işlərin həyata keçirilməsi üçün uğurlu və məqsədyönlü addım olub.
"Nəsimi yaradıcılığına ən böyük, dürüst qiymət verənlərdən biri Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev olub. Ulu Öndər hər zaman işləri ilə örnək olar, klassiklərimizə qayğısını əməli müstəvidə göstərərdi. Məhz Ümummilli Liderin təşəbbüsü ilə Nəsiminin 600 illiyi UNESKO-nun tədbirləri siyahısına daxil edilərək 1973-cü ildə beynəlxalq müstəvidə qeyd olunub. Heydər Əliyevin tapşırığı ilə Nəsiminin Hələbdəki məzarı bərpa edilib, şairin portretini yaratmaq üçün beynəlxalq müsabiqə elan olunub, gözəl bir film ərsəyə gəlib. Dahi ədibin böyük miqyasda təbliği, əsərlərinin dünya miqyasında çapı və ardıcıl tədqiqata cəlb olunması da Ulu Öndərin qayğısı nəticəsində reallaşıb. Bütün bunlar tariximizin, ədəbi-mədəni həyatımızın səhifələrində Ulu Öndərin çoxsaylı silinməz izlərindəndir”.
"Kaspi” Təhsil Şirkəti və "Kaspi” qəzetinin dəstək və təşəbbüsü ilə baş tutan "Əbədiyyət günəşi” müsabiqəsinin əhəmiyyətinə toxunan Sona Vəliyeva diqqətə çatdırıb ki, müsabiqə bu il Nəsimi yaradıcılığına həsr edilmiş ilk məqalə müsabiqəsi olub. O, müsabiqədə iştirak edən hər kəsə təşəkkür edib, qaliblərə uğurlar arzulayıb.
Sonra müsabiqənin qalibləri mükafatlandırılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!