12 Sentyabr 2025 12:01
401
CƏMİYYƏT
A- A+
Düzgün seçilməyən məktəbli çantası skolioza səbəb ola bilərmi?  

Düzgün seçilməyən məktəbli çantası skolioza səbəb ola bilərmi?  


Yeni tədris ili ərəfəsində valideynləri maraqlandıran əsas məsələlərdən biri də çanta seçimidir. Bu, çox aktual və vacib mövzudur. Təəssüf ki, bu məsələyə bəzən yetərincə ciddi yanaşılmır. Lakin məktəbli çantası uşağın sağlam inkişafı üçün böyük əhəmiyyət daşıyır. Uşağın daşıdığı çanta dolu halda onun bədən çəkisinin 10-15 faizindən artıq olmamalıdır. Yəni, 30 kiloqramlıq bir uşaq üçün maksimum 3-4 kiloqram normaldır. Çanta boş halda isə yüngül, yəni bir kiloqramdan az olmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Qədir Kərimov səsləndirib.

O bildirib ki, çantanın ölçüsü uşağın boyuna uyğun olmalıdır:“Çantanın kürəyin eni qədər və ya bir az dar olması məsləhət görülür, yəni beldən aşağı sallanmamalıdır. Çünki çanta ağır olsa və tək tərəfli çiyin asqısı istifadə edilsə, əzələlər çətinlik çəkəcək, xüsusilə boyun bir tərəfə əyiləcək. Bir çiyində daşınan çantalar onurğada sağ və ya sola əyilmələr (skolioz) kimi onurğa problemləri, boyun əzələlərində gərginlik, boyun arxasında ağrı və damar dartılmaları, baş ağrısı yaradacaq. Həmçinin valideynlər bilməlidirlər ki, ağır və qeyri-düzgün şəkildə kürək çantası daşıyan və pilləkənləri qalxıb-enən uşaqlarda ayaq ağırıları daha çox olur. Məktəbli çantasının asqı və ya qayışlarının uzun və ensiz olması bütün ağırlığın belə yönlənməsinə şərait yaradır. Bədənin ağırlıq mərkəzinin arxaya sürüşməsi nəticəsində bel əzələləri həddindən artıq yüklənir və ağrı meydana gəlir. Çantadakı çiyin asqılarının geniş və yumşaq olması çiyində yükün bərabər paylanmasına kömək edir, dar və sərt çiyin asqıları isə əzələnin müəyyən nöqtələrinə ağırlığın yüklənməsi deməkdir. Çiyin qayışları ikitərəfli, enli (ən azı 4–5 santimetr) və yumşaq olmalıdır. Uzunluğu tənzimlənməli, hər iki çiyinə bərabər paylanaraq taxılmalıdır.Yalnız bir çiyində daşınan modellər uşaqlar üçün uyğun deyil. Əgər çiyin asqıları incə, ensiz, uzun və çanta ağır olarsa, sinirlərə təzyiq edəcək. Nəticədə, əl və qola gedən sinirlər zədə alacaq”.

Məktəbli çantasının düzgün seçilməsinin uşağın onurğa sağlamlığı üçün son dərəcə vacib olduğuna diqqət çəkən Q.Kərimov əlavə edib ki, çünki uşaqlar hər gün uzun müddət onu daşıyır, çantanın forması, çəkisi və quruluşu onların sağlamlığına birbaşa təsir edir. “Ən vacibi duruş və skelet sağlamlığıdır. Belə ki, ağırlığı düzgün paylamayan çantalar bel, boyun, kürək əyriliklərinə, həmçinin uşaqlarda skolioz, kifoz və lordoz riskinin artmasına səbəb ola bilər. Digər bir səbəb əzələ və oynaqların qorunmasıdır. Ağır və düzgün formalaşmayan çanta çiyin, bel və diz oynaqlarına əlavə yük salır. Bu da, uşaqda tez yorulma, əzələ gərginliyi yaradır. Qeyd etmək istəyirəm ki, rahat çanta şagirdlərə dərs yüklərinin daşımasını asanlaşdırır. Bu zaman uşaq özünü daha rahat və güvənli hiss edir, dərsə həvəslə gedir. Səhv çanta seçimi illərlə davam edən xroniki bel və boyun ağrılarına səbəb ola, hətta gələcəkdə onurğa problemlərinə görə müalicə zərurəti yarana bilər. Yəni, məktəbli çantasının düzgün seçilməsi təkcə rahatlıq üçün yox, uşağın ümumi sağlam inkişafı üçün həyati dərəcədə vacibdir. Uşaqların skelet sistemi inkişaf mərhələsində olduğu üçün ağır, düzgün seçilməyən və ya ortopedik dəstək verməyən çantalar skolioz, kifoz, onurğa əyrilikləri və duruş pozuntuları kimi ciddi ortopedik problemlərə səbəb ola bilər. Düzgün seçilmiş çanta isə onurğaya bərabər yük yayılmasını təmin edir, çiyin, boyun və bel ağrılarının qarşısını alır”, - deyə o vurğulayıb.

Travmatoloq-ortoped deyib ki, çantanın yüngül, ortopedik arxa dayaqlı və tənzimlənən iki çiyin qayışı olmalıdır. Belə olduğu təqdirdə, uşaq çantanı düzgün və sağlam şəkildə daşıya bilir:“Bu problemin həllində valideynlərin rolu əvəzsizdir. Onlar uşağın çantasını gündəlik yoxlamalı, artıq əşyaları çıxarmalıdırlar. Həmçinin uşağa çantanı iki çiyində və düz duraraq daşımağı öyrətməli, düzgün duruş üçün sadə ev məşqləri və çantanın iç çəkisinə müntəzəm nəzarət etməlidirlər. Eyni zamanda, ortopedik ayaqqabılar və idmanla uşağın əzələlərini gücləndirməlidirlər. Bundan əlavə, masa arxasında duruş qaydalarına əməl etməli və mütəmadi olaraq ortopedik müayinəyə aparmaqları tövsiyə olunur. Əgər uşaq çanta daşıdıqdan sonra bel, boyun və ya çiyin ağrısından şikayət edirsə, duruşda əyilmə, bir çiynin digərindən yuxarı olması müşahidə olunursa, habelə tez-tez yorulduğunu deyirsə, gedişində axsama, tarazlıq problemi və ya bel nahiyəsində asimmetriya varsa, bu, artıq yük və ya yanlış çanta istifadəsinə işarədir. Bu zaman travmatoloqa və ya ortopedə müraciət edilməlidir”.

O, həmçinin diqqətə çatdırıb ki, valideynlər çanta seçimini zövqə görə deyil, sağlamlığa görə etməlidirlər. “Uşaq çantasını rahat daşımalı və heç bir narahatlıq hiss etməməlidir. Çünki çanta sağlam gələcəyin vacib detallarındandır. Valideynlər uşaqların çantasını nə qədər diqqətlə seçər, yüklənməsinə nəzarət edər və düzgün daşıma vərdişlərini aşılayarsa, bir o qədər gələcəkdə travmatoloji və ortopedik fəsadların qarşısını ala bilər”, - deyə Q.Kərimov bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!