Dünya yenidən sərt karantin rejiminə qayıdır
Yoluxmaların qarşısının alınması üçün görülən tədbirlərin təsiri hələ ki zəifdir
Koronavirusun “Delta” ştamının sürətlə yayılması artıq dünya ölkələrindəki mövcud epidemioloji vəziyyəti daha da gərginləşdirib. Hələ ötən ilin əvvəlində COVID-ə qarşı vaksinləşdirmə başladıqdan sonra yoluxma hallarının azalacağı ilə bağlı proqnozlar verilsə də, bu ehtimallar özünü doğrultmadı.
Yaz-yay aylarında koronavirusa yoluxma hallarının azalmasını görən bir çox ölkələr sərhədlərini xarici qonaqların üzünə açdı.
Ancaq ötən müddət ərzində həm karantin qaydalarının yumşaldılması, həm də koronavirusun daha sürətlə yayılan “Delta” ştamının yoluxma sayında üstünlüyə sahib olması yeni dalğa təhlükəsinin yaranmasına səbəb oldu. Artıq bir müddətdir ki, dünyada koronavirusa yoluxma halları ilə yanaşı, bu virusdan ölüm halları da artır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus noyabrın 12-də açıqladığı məlumatda bildirib ki, yalnız ötən həftə ərzində Avropada 2 milyona yaxın COVID-19-a yoluxma hadisəsi baş verib ki, bu da pandemiya başlayandan həmin regionda bir həftə ərzində ən çox qeydə alınan göstəricidir.
Xəstəliklərin Qarşısının Alınması və Nəzarət olunması üzrə Avropa Mərkəzi (ECDC) Hollandiya və Belçikada, eləcə də Avropa İttifaqının (Aİ) digər üzv ölkələrində koronavirusun yayılması ilə bağlı vəziyyətin “çox narahatedici” olduğunu açıqlayıb. Artımın müşahidə edilməsi səbəbindən karantin qaydalarında yüngülləşdirmə tətbiq edən bəzi Avropa ölkələri son günlər ərzində yenidən sərtləşdirməyə gedirlər. COVID pandemiyası başlayandan bəri yoluxma sayında ən yüksək həddə çatan Hollandiyada hökumət 3 həftə müddətinə qismən qapanmanın tətbiqinə qərar verib. Bu ölkə mağaza, aptek, ictimai iaşə, mədəniyyət müəssisələrinin iş saatlarını azaltmaqla yanaşı, idman oyunlarının da ən azı dekabrın 4-nə qədər tamaşaçısız oynanılmasına icazə verir. Bir ailədə bir şəxs COVID-ə yoluxmuşsa, digər ailə üzvləri peyvənd olunsalar belə, karantinə alınacaq. Hollandiya hökuməti işçilərinə mümkün qədər evdə qalmağı və evdən işləməyi tövsiyə edir.
Çin hökuməti də noyabrın 24-dək Honq Konqda karantin qaydalarını sərtləşdirdiyini açıqlayıb. Burada səyahət edənlərin əksəriyyəti üçün karantin istisnaları ləğv edilir, ictimai toplantılar dörd nəfərlə məhdudlaşır, toylar, dini mərasimlər, forumlar məkan tutumunun 50 faizində keçirilə bilər. Ancaq iştirakçıların ən azı üçdəikisi COVID-19-a qarşı peyvənd olunubsa, tədbirlərin tam gücü ilə keçirilməsinə icazə verilir. Hökumət əyləncə məkanlarının 85 faiz tutumla işləməsinə qadağa qoymur. Sakinlər bütün ictimai yerlərdə, o cümlədən nəqliyyat vasitələrində maskalardan istifadə etməlidirlər. Çin bundan sonra pandemiya ilə mübarizədə heç bir simptomu olmayan koronavirus daşıyıcılarına da xüsusi diqqət yetirəcək.
Xəstəliklərin sayının sürətlə artdığı Norveç ölkə daxilində COVID-lə mübarizə tədbirlərini sərtləşdirməyə qərar verib. Latviya, demək olar ki, bütün Avropa İttifaqına üzv dövlətlər üçün giriş qaydalarını sərtləşdirib. Bu ölkənin “Təhlükəsiz Səyahət Siyahısı”nda yalnız 3 ölkənin adı var ki, bunlar İspaniya, Malta və Vatikandır.
Azərbaycanda bu il oktyabrın 1-dən xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərindən sonra dövlət rəsmiləri hər hansı sərt qapanmaya gediləcəyi barədə açıqlama verməyiblər. Ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliteni ilə həftə sonlarında sərnişin daşımasına qoyulan qadağa da oktyabrın 1-dən ləğv edilib. Həmin müddətdən müəyyən şərtlər daxilində bir çox istirahət və əyləncə məkanlarının, mədəniyyət obyektlərinin fəaliyyətinə icazə verilib. Fəaliyyəti bərpa edilən iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə əks - göstəriş sertifikatı ilə daxil ola bilərlər.
Oktyabrın 1-dən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən COVID-19-a qarşı birinci doza, noyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb olunur.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, bəzi Avropa ölkələri yoluxmanın qarşısını almaq və bunun səhiyyə müəssisələrinə olan təzyiqini azaltmaq üçün yenidən məhdudiyyətlər tətbiq edirlər. Onun fikrincə, hər bir ölkə öz vəziyyətini mütəmadi olaraq qiymətləndirməli və yanaşmasını buna uyğun tənzimləməlidir. Ölkələr düzgün tədbirlər hesabına virusun bir şəxsdən digərinə ötürülməsini azalda bilərlər.
Baş direktor yoluxmaların qarşısının alınması üçün görülən tədbirlərin dəyişməz qaldığını nəzərə çatdırıb: “Testlərin edilməsini, maskaların taxılmasını, fiziki məsafənin saxlanmasını, izdihamın qarşısını almaq üçün tədbirlərin görülməsini, qapalı məkanlarda ventilyasiyanın yaxşılaşdırılmasını və s. tədbirlərin görülməsini tövsiyə etməkdə davam edirik”.
ÜST rəsmisi hazırkı zamanda COVID-ə qarşı peyvənd olunmanı da olduqca vacib sayır və bildirir ki, hər bir kəs növbəsi çatan zaman peyvənd olunmalıdır. Tedros Adhanom Gebreyesus hesab edir ki, peyvəndlər xəstəxanaya yerləşdirmə, ağır xəstəlik və ölüm riskini azaldır. Lakin onlar ötürülmənin qarşısını tam ala bilmir: “Yalnız peyvənd olunma deyil, kimin peyvənd olunması da çox vacibdir. Hər gün qlobal miqyasda aşağı gəlirli ölkələrdə vurulan ilkin dozalardan altı dəfə çox “buster” dozalar vurulur. Ancaq dünyada hələ ilk dozanın vurulmasını gözləyən tibb işçiləri, yaşlı insanlar və digər yüksək riskli qruplar olduğu halda sağlam yeniyetmələrə və ya uşaqlara gücləndirici dozanın vurulması mənasızdır. Burada istisna yalnız immuniteti zəif olan şəxslərdir”.
İlhamə İSABALAYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!