24 Aprel 2025 12:09
391
DÜNYA
A- A+
Dünya liderləri COP30 ərəfəsində iqlim siyasətini gücləndirməyə çağırıblar

Dünya liderləri COP30 ərəfəsində iqlim siyasətini gücləndirməyə çağırıblar

Çərşənbə günü, aprelin 23-də BMT-nin təşkilatçılığı ilə keçirilən virtual sammitdə təşkilatın Baş katibi Antonio Quterreş və Braziliya Prezidenti Luiz İnasio Lula da Silva böyük iqtisadiyyatlardan və iqlimə həssas ölkələrdən 17 milli lideri bir araya gətiriblər. Məqsəd Bakıda baş tutan və mühüm qərarların qəbul edildiyi uğurlu COP29 iqlim konfransından sonra Braziliyada keçiriləcək COP30 ərəfəsində qlobal iqlim ambisiyasını gücləndirmək olub.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, sammit Paris Sazişi çərçivəsində qlobal fəaliyyəti gücləndirmək və 2025-ci ildə elan ediləcək daha güclü milli iqlim planları üçün impuls yaratmaq üçün liderlərin birgə səfərbərlik strategiyasının bir hissəsi idi.

Bağlı qapılar arxasında keçirilən və iki saat davam edən tədbirdə Çin, Avropa İttifaqı, Afrika İttifaqı, Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası və inkişaf etməkdə olan kiçik ada dövlətləri iştirak edib. A.Quterreş bu sammiti milli liderlərin bir müddət ərzində müstəsna olaraq iqlimə yönəlmiş və güclü birləşdirici mesaj daşıyan ən müxtəlif görüşlərindən biri kimi xarakterizə edib. O deyib: “Bu gün eşitdiyimiz kimi, dünya irəliləyir. Tam sürətlə irəlidədir. Heç bir qrup və ya hökumət təmiz enerji inqilabını dayandıra bilməz”. O, bir çox liderin “güclü ümidverici mesaj” adlandırdığı şəkildə rəsmi olaraq Milli Səviyyədə Müəyyən Edilən Töhfələr (NDC) kimi tanınan iddialı yeni iqlim planlarını mümkün qədər tez çatdırmağı vəd etdiyini bildirib.

Tədbirdə videoformatda çıxış edən Çinin Sədri Si Cinpin rəsmi Pekinin yenilənmiş NDC-lərin bütün iqtisadi sektorları və bütün istixana qazlarını əhatə edəcəyini təsdiqləyib. O əlavə edib ki, bu, iqlim fəaliyyəti üçün son dərəcə vacib olan bir amildir. Çin lideri vurğulayıb ki, bu vədlər növbəti onillik üçün cəsarətli bir yol xəritəsi çəkmək üçün həyati bir fürsət təqdim edir və ən əsası, qazıntı yanacaqlarından bərpaolunan mənbələrə ədalətli keçidi sürətləndirməyə şərait yaradır. Si Cinpin ölkəsinin bərpaolunan enerji mənbələrindən istifadə, xüsusən təmiz nəqliyyat vasitələri – elektromobillərin istehsalı üzrə qazandığı nailiyyətlərdən də danışıb.

Bərpaolunan enerji mənbələrinin əsrin iqtisadi fürsəti olduğunu qeyd edən liderlər vurğulayıblar ki, bu, iqlim “cəhənnəmindən” yeganə çıxış yoludur. Sammitdə qeyd olunub ki, hazırda təmiz enerji sektoru inkişaf edir, bu sahədə iş yerləri yaradılır və aparılan elmi tədqiqatlar da bu sektora ciddi dəstək verir.

Sammitə yekun buran BMT-nin rəhbəri qeyd edib ki, bərpaolunan enerji mənbələrinin qiymətləri kəskin şəkildə aşağı düşüb və enerji suverenliyinə və təhlükəsizliyinə ən etibarlı yol olan uçucu və bahalı qazıntı yanacağından istifadəni azaltmaq istiqamətində mühüm addımları atılıb. Onun sözlərinə görə, cari planlar həyata keçirilərsə, 2015-ci il Paris Sazişindən bəri qlobal istiləşmə proqnozları bu əsrdə 4 dərəcə Selsidən 2.6 dərəcəyə qədər azala bilər. Lakin bu, hələ də temperatur artımını sənayedən əvvəlki səviyyəyə - 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaqdan geri qalır.

Baş katib liderləri bu hədəfə uyğun olaraq, bütün istixana qazları və sektorlarını əhatə edən milli planlar təqdim etməyə və 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq üçün tam öhdəlik götürməyə çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!