22 Aprel 2025 16:19
510
DÜNYA
A- A+
Dünya bazarında neftin qiymətinin dəyişməsi daha çox geosiyasi proseslərdən asılı olur  

Dünya bazarında neftin qiymətinin dəyişməsi daha çox geosiyasi proseslərdən asılı olur  


Dünya bazarında neftin qiymətinin tez-tez dəyişməsi daha çox iqtisadi deyil, geosiyasi proseslərdən asılı olur. Rusiya və İrana qarşı tətbiq olunan sanksiyalar, Yaxın Şərqdə baş verən hərbi toqquşma, Qırmızı dənizdə husilərin ticarət gəmilərinə və neft daşıyan tankerlərə silahlı hücumu və digər amillər dünya bazarındakı qiymətlərə təsir edir. Təsadüfi deyil ki, dünyanın ən iri banklarından biri olan “Goldman Sachs” analitikləri neftin qiymətinin dəyişkənliyini birjaları bürüyən “panika” ilə əlaqələndirirlər. Bankın analitikləri hesab edir ki, qarşıdakı 10 il ərzində dünya dövlətləri ümumi daxili məhsulu (ÜDM) artırmağa və iqtisadi inkişafa can atacaqlar ki, bu da neftə olan tələbatı artıracaq. Bu baxımdan dünya bazarında neftin qiymətinin 1980-cı illərin sonundakı kimi 15-20 dollara düşəcəyini gözləmək çox tezdir.

AZƏRTAC xəbər verir ki, hazırda neftin qiymətinə təsir göstərən ən mühüm amillərdən biri prezident Donald Trampın Çin daxil olmaqla, bir sıra dövlətlərin ABŞ-a ixrac etdiyi məhsula ödədiyi rüsumları kəskin artırmasıdır. Rüsumların artması istehsala və ÜDM-in azalmasına səbəb olur ki, bu da ümumilikdə iqtisadiyyatın zəifləməsinə gətirib çıxarır. Bu və ya digər ölkədə isə iqtisadiyyatın zəifləməsi neftin qiymətinə təsir edir.

Digər amil ABŞ ilə İranın danışıqlara başlamasıdır. Maskatda və Romada hər iki dövlətin nümayəndələri arasında danışıqlar keçirilib. Birjalar ehtiyat edir ki, danışıqlar qarşılıqlı razılaşma ilə başa çatar və ABŞ İrana tətbiq etdiyi sanksiyaları aradan qaldırar. Belə olan halda isə İran dünya bazarına neft ixrac etmək hüququ əldə edə bilər. Bildiyimiz kimi bazarda qiyməti tələb və təklif müəyyən edir. İran dünya bazarına neft ixracına başlasa təklif artar ki, bu da öz növbəsində neftin qiymətinin azalmasına səbəb olar.

Rusiya ilə Ukrayna arasındakı müharibə isə qiymətlərə ziddiyyətli təsir göstərir. Belə ki, Qərb dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq edərək onun dünya bazarına neft ixracını məhdudlaşdırıblar ki, bu da qiymətin yüksəlməsinə və ya sabit qalmasına imkan verir. Digər tərəfdən hərbi əməliyyatlar zamanı istifadə olunan texnikanın (tanklar, təyyarələr, zirehli maşınlar və s.) neftə böyük ehtiyacı yaranır və bu ehtiyac mütləq ödənilməlidir. Deməli tələb artır və neftin qiyməti də yüksəlir. Bütün bunlar yuxarıda deyildiyi kimi birjalarda “panika” yaradır. Trampın hər bəyanatından sonra neftin qiyməti 1,5-2 dollar düşür. Lakin bir müddətdən sonra ABŞ Prezidentinin bəyanatına qarşı Çinin qarşılıqlı addımı neftin qiymətinin yüksəlməsinə səbəb olur.

ABŞ-ın transmilli maliyyə konqlomeratı hesab edilən “J.P. Morgan Chase Co.” bankı analitik hesabat hazırlayaraq 2025-2040-cı illər üçün dünya bazarında neftin qiymətinin 80-90 dollar dəyərində olacağını proqnozlaşdırıb. Dövlətlərə və dünya miqyaslı iri şirkətlərə kredit verən bankın analitikləri hesab edirlər ki, gözlənilən hərbi münaqişələr neftin qiymətinin 120 dollara da yüksəlməsini şərtləndirə bilər.

ABŞ-ın tanınmış neft analitiki Pol Senki “Reuters” agentliyinə bildirib ki, hazırda Asiyada fəaliyyət göstərən neft emalı zavodları ABŞ-dan səslənən bəyanatlar fonunda emalı azaldıblar ki, bu da dünya bazarında neftin nisbətən ucuzlaşmasına səbəb olub. Lakin Asiyaya yatırılan iri investisiyalar bir müddətdən sonra dünya bazarında neftin qiymətinin artmasına səbəb olacaq. Misal üçün, Avropa İttifaqının Mərkəzi Asiya respublikalarına 12 milyard dollar sərmayə qoyuluşu iqtisadi proseslərin sürətlənməsinə və neftə tələbatın artmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində qiymətlərin sabitliyini şərtləndirəcək.

Rusiya hökuməti yanında fəaliyyət göstərən Maliyyə Universitetinin elmi əməkdaşı və aparıcı analitiki İqor Yuşkov yerli mətbuata bildirib ki, artıq dünyada ucuz neft hasilatı başa çatıb: “Asan hesab edilən yataqlarda neft qalmayıb. Yerin dərin təkində və dənizin dibində isə çox həcmdə neftin olması bəllidir. Lakin bu dərinliklərdən neftin çıxarılması əlavə sərmayələr tələb edir. Maya dəyərinin artması neftin bahalaşmasına səbəb olur. Bu baxımdan gələcəkdə də neftin hasilatına yatırılan sərmayələr artmalıdır ki, bazara çıxarılan neftin xərci “borcunu ödəsin”. Bu isə neftə tələbatın uzun müddət qalacağını və qiymətinin də sabit olacağını göstərir.

Bu gün ABŞ-ın tarif siyasəti nəticəsində neft qiymətlərinin aşağı düşməsi geniş iqtisadi təsirlərə səbəb olur. “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib ki, ABŞ-ın ticarət siyasəti nəticəsində ticarət müharibəsi qorxusu qlobal iqtisadi artımın zəifləməsinə və beləliklə, neftə olan tələbatın azalmasına gətirib çıxara bilər. Bununla yanaşı, OPEC+ neft hasilatını artırmaq qərarına gəlib və bu da bazarda təklifi artırır. Bu səbəbdən apreldə “Brent” və WTI neft markalarının qiyməti müvafiq olaraq 65 və 62 dollar səviyyəsinə düşüb. Hesabatda o da vurğulanıb ki, 2025-ci ildə xam neftin qiymətinin aşağı və dəyişkən qalacağı gözlənilir. OPEC və OPEC+ hasilat məhdudiyyətlərini aradan qaldırsa ilin ikinci yarısında qiymətlərin daha da ucuzlaşacağı müşahidə olunacaq. Lakin OPEC ölkələri arasında bununla bağlı vahid mövqe yoxdur. Əksər ölkələr qiymətlərin sabit qalması üçün hasilatın artırılmasının əleyhinədirlər.

Ötən ilin dekabrında OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 38-ci iclası keçirilib. OPEC+ ölkələri neft bazarındakı cari vəziyyəti müzakirə edərək 2026-cı ilin sonunadək hasilat göstəricilərini 39,7 milyon barel həcmində müəyyən ediblər. Bu razılaşmanı Azərbaycan da dəstəkləyib. Azərbaycanın gündəlik 551 min barel həcmində olan mövcud xam neft hasilatı kvotası isə bu dövrdə sabit saxlanılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!