28 Oktyabr 2025 08:35
522
İQTİSADİYYAT
A- A+
Dövlətin sosial dəstəyindən heç kim kənarda qalmır

Dövlətin sosial dəstəyindən heç kim kənarda qalmır


Bu il icra olunan 5-ci sosial paket 4 milyon nəfəri əhatə edir


Prezident İlham Əliyevin "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır" sözləri ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm irəliləyişlərdə əməli təsdiqini tapır. 

2025-ci ilin doqquz ayını da ölkəmiz sosial sahədə mühüm uğurlarla başa vurub və bu dövrdə əmək, məşğulluq və sosial müdafiə sahələrində islahatlar, sosial müdafiə sisteminin gücləndirilməsi, aztəminatlı ailələrə və həssas kateqoriyadan olan vətəndaşlara dəstək tədbirləri davam edib. Dövlət başçısının tapşırıqları əsasında 2025-ci ildə növbəti, 2018-ci ildən isə 5-ci sosial islahat paketi icra olunub və 4 milyon vətəndaşı əhatə edən bu paket üzrə sosial ödənişlərdə yeni artımlar üçün illik əlavə 1,4 milyard manat ayrılıb.  

Minimum əməkhaqqı 2025-ci ilin əvvəlindən 16 faiz artırılaraq 345 manatdan 400 manata çatdırılıb. Bir çox qurumlarda çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların, dövlət qulluqçusu olmayan işçilərin maaşları, tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri və s. artırılıb. Yanvarın 1-dən bütün pensiyalar indeksləşdirilərək 8,1 faiz artırılıb, həmçinin sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları 2,2 faiz indeksləşdirilərək artırılıb. Fevralın 1-dən isə minimum pensiya 280 manatdan 14,3 faiz artırılaraq 320 manata çatdırılıb.    

Şəhid ailələrinə, əlilliyi olan şəxslərə, müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə, Azərbaycanın Milli qəhrəmanlarına, beşdən çox uşağı olan qadınların və müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına, valideyn himayəsindən məhrum uşaqların qəyyumlarına və digər bir sıra kateqoriyadan olanlara ödənilən müavinət və təqaüdlər iyulun 1-dən orta hesabla 15 faiz artırılıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin 9 ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən pensiya təminatı üzrə yönəldilən vəsaitin 10 faiz (467 milyon manat) çox olmaqla 5 milyard 326 milyon, dövlət büdcəsi hesabına müavinətlər üzrə yönədilən vəsaitin 7 faiz çox olmaqla 861 milyon, Prezident təqaüdləri üzrə yönəldilən vəsaitin 7 faiz çox olmaqla 551 milyon manata çatdırılması sosial təminata yönələn xərclərin bu il də artmaqda davam etdiyini göstərir. 

Sosial rifahda mühüm amil olan məşğulluğun təminatı proqramları bu il də genişlənməkdə davam edib. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin yanvar-sentyabr aylarında 371200 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub, o cümlədən 137 min işsiz və işaxtaran şəxsin münasib işlərlə təminatı həyata keçirilib, 13500 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Özünüməşğulluq proqramı çərçivəsində 15700 şəxs üçün ailə təsərrüfatları qurularaq kiçik bizneslər yaradılıb.

Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşması üçün görülən kompleks tədbirlər nəticəsində ölkəmizdə əmək müqavilələrinin sayı 2018-ci ilə nisbətən 45 faiz artaraq 1 milyon 275 mindən 1 milyon 851 minə çatıb. İşğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı işləri 2025-ci ilin 9 ayında da davam edib.  Ümumilikdə ötən dövrdə həmin sakinlərdən artıq 6 mindən çox şəxsin məşğulluğu təmin edilib ki, bu da onlardan iqtisadi fəal olanlar arasında məşğulluq göstəricisinin 90 faizi ötməsi deməkdir. 

Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri "bir pəncərə"dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilməkdə davam edib, 9 ay ərzində DOST mərkəzləri, filial və məntəqələrində 658 min vətəndaşa xidmət göstərilib. Bu il həm də Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər rayonunda DOST məntəqəsi istifadəyə verilib.

Vətən müharibəsindən sonra Prezidentin göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı icra edilən sosial dəstək paketi üzrə işlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2025-ci ilin 9 ayında da davam etdirilib. Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü artırılaraq 600 manatdan 700 manata çatdırılıb, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü  artırılıb. Bu ilin oktyabr ayında daha 100 mənzil şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Ümumilikdə ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 16 min mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7800 avtomobil verilib.

Elektron sistemlər üzərindən tibbi-sosial ekspertiza xidmətləri davam etdirilərək 40 mindən çox şəxsə əlillik və əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub. Nazirliyin reabilitasiya mərkəzlərində 9 ayda əlilliyi olan 103 min şəxsə reabilitasiya xidmətləri göstərilib, 11200 nəfər əlilliyi olan şəxsə 104 min reabilitasiya vasitəsi verilib. Qeyd edilən dövrdə həmçinin sosial xidmət müəssisələrində 2200 nəfərə stasionar, 397 nəfərə yarımstasionar qaydada xidmət göstərilib. Uşaq evi və ailə tipli kiçik qrup evi sosial xidmət müəssisələrində 551 nəfər uşağa, 30 şəhər və rayonda yaradılan Günərzi Qayğı Mərkəzlərində 900 nəfər uşağa sosial xidmətlər göstərilib. 4100 nəfər tənha ahıl və əlilliyi olan şəxs isə  evdə (səyyar) sosial xidmətdən faydalanıb.

Son illər aparılan sosial islahatların mühüm uğurları sırasında dövlət sosial xidmətlərinin elektron texnologiyalar üzərində qurulması mühüm yer tutur. İşçi və işəgötürənlər arasında əmək müqavilələrinin "Əmək və Məşğulluq" altsistemi platformasında e-qaydada bağlanması prosesi davam edib və bu müqavilələrin artıq 96 faizi elektronlaşdırılıb. 

Bunlar sosial islahatların ardıcıl xarakter aldığını, sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir. 9 ayın sosial sahədə qeyd edilən yekunları bu il də uğurlu addımların olduğunu göstərir.


Rüstəm KAMAL,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!