Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Sankt-Peterburqda Rusiyanın Şimal-Qərb İdarəetmə İnstitutunun təşkilatçılığı ilə “Geosiyasi ziddiyyətlər dövründə dövlət hakimiyyəti, biznes və cəmiyyət sisteminin vəhdəti” mövzusunda VIII Beynəlxalq Nevski Forumu keçirilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə 2016-cı ildən keçirilən bu ənənəvi forumda Rusiyanın bir sıra nazirlik və idarələri, regional hökumət orqanları, yerli və xarici ekspertlər, xarici ölkələrin dövlət qurumlarının, kommersiya və ictimai təşkilatlarının 1000-dən çox nümayəndəsi iştirak edib.
Forum çərçivəsində “Biznes, cəmiyyət, elm və təhsilin konsolidasiyasında dövlət hakimiyyəti sisteminin rolu” mövzusunda plenar iclas keçirilib. İclasda Rusiya, Belarus, Azərbaycan, Slovakiya, Qırğızıstan, Özbəkistan, Serbiya, Çin, Vyetnam və digər ölkələrin nümayəndə heyətləri iştirak ediblər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzinin rəhbəri, DVX rəisinin müşaviri Sərxan Həşimov və Maliyyə baş idarəsinin rəisi Fərhad Hüseynov Azərbaycan nümayəndə heyətinin tərkibində tədbirdə təmsil olunublar.
Forumun əsas məqsədi yeni qlobal çağırışlar və çoxqütblü dünyanın formalaşması kontekstində inkişaf üçün məsələləri nəzərdən keçirmək və təcrübə yönümlü təkliflər hazırlamaqdır. Forum çərçivəsində Rusiya və MDB ölkələrində davamlı inkişafın aktual problemlərinin geniş müzakirəsi üçün beynəlxalq səviyyəli müzakirə platforması yaradılıb. İclasda insan kapitalı sahəsində mövcud vəziyyət, müasir tələblərə cavab verən kadr ehtiyatlarının formalaşdırılması, rəqəmsal transformasiya, bu istiqamətdə regional əməkdaşlığın təşviqi, elm sahəsində gənc mütəxəssislərin sayının artırılması, dövlət qulluğunda çevik qərarların verilməsi, işçi heyətin intellektual potensialının zənginləşdirilməsi, dinamik maliyyələşmə mexanizmlərinin tətbiqi kimi mövzular müzakirə edilib.
DVX-ni təmsil edən nümayəndə heyəti qurumun bu sahədə təcrübəsi, ölkəmizdə tətbiq olunan mexanizmlər və effektivliyi təcrübədən keçirilmiş müasir alətlər barədə fikirlərini bölüşərək, iclas iştirakçılarını məlumatlandırıblar. Azərbaycan nümayəndə heyəti sərmayələrin düzgün yönləndirilməsi, fiziki iş yerlərinin saxlanılması və məsafədən idarəetmə kimi məsələlərlə bağlı öz şərhlərini veriblər. Süni intellektin iş yerləri üçün yaratdığı yeni çağırışların həlli yolları da iclasın gündəliyində yer alıb.
Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI
"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"
Çadda saxlanılan rusiyalılar azad ediləcək
Minifutbol üzrə Azərbaycan çempionatı: Birinci turun oyunları bəlli oldu
Monteneqroda keçirilən AOK-un 44-cü seminarı öz işini başa vurub
BRICS onlarla dövləti əhatə edəcək - AÇIQLAMA
Haiti Fransadan təzminat tələb edir
Dağıstandakı partlayışda ölü sayı artır
Beynəlxalq konfransın iştirakçıları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılıb
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə təlim keçirilib
Özbəkistan Prezidenti: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu regional inkişafa töhfə verəcək
Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü olub
Prezident İlham Əliyev: Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi bizi sevindirir
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir
“Philips” yeni monitorunu nümayiş edib
ABŞ-də qasırğa 40 nəfərin həyatına son qoyub
Abşeron rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb
Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir
Belarus və Rusiya təhlükəsizlik təminatı haqqında saziş imzalamağı planlaşdırır
“Xiaomi”nin ilk qatlanan smartfonu təqdim edilib
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!