28 Sentyabr 2024 15:30
167
DÜNYA
A- A+
Haiti Fransadan təzminat tələb edir

Haiti Fransadan təzminat tələb edir

200 il əvvəl Port-o-Prens müstəqillik üçün Parisə 560 milyon dollar verib


Haiti Fransadan Parisin müstəmləkəçilik siyasətinin ölkəyə vurduğu zərərin ödənilməsini tələb edir. Bunu Karib hövzəsi dövlətinin Keçid Prezident Şurasının sədri Edqar Leblan Fil BMT Baş Assambleyasının iclasında deyib.

Onun bildirdiyinə görə, “1804-cü il yanvarın 1-də vətənimizin qurucu atası general Jan-Jak Desallin Haitinin müstəqilliyini elan edərkən insan hüquqlarını universal etdi... Biz müstəmləkə nizamının və köləliyin aradan qaldırılması prosesini işə saldıq”.

Fil qeyd edib ki, Haiti qaradərililərin dünyada birinci müstəqil ölkəsidir.

Tarixi ədalətsizlik ölkənin inkişafını ləngidib: 1825-ci ildə Haiti Respublikası müstəqilliyin tanınması müqabilində Fransaya böyük bir fidyə ödəməyə məcbur olub və bu, ölkəni yoxsulluğa sürükləyib.

Siyasətçinin vurğuladığı kimi,  bu borc haitililərin köləlik buxovlarından xilas olduqları cəsarətin cəzasının bir növü olub. Bu, bir çox nəsillər üçün ölkənin potensialını boğan ədalətsiz cəza idi...

Haiti liderinin sözlərinə görə, onun ölkəsi ədalət axtarır: "Biz mənəvi və tarixi borcun tanınmasına və xalqımıza bu ədalətsiz keçmişin görünməz buxovlarından qurtulmasına imkan verəcək lazımi təzminatların həyata keçirilməsinə çağırırıq. 

Ödədiyimiz vəsaiti qaytarmağın vaxtı çatmayıbmı? Ölkəmiz bir sıra hökumətlər, eləcə də BMT-nin bəzi qurumları tərəfindən tanınma və keçmişdə dəymiş ziyanla bağlı reparasiyaların ödənilməsinə yönəlmiş konkret tədbirlər çərçivəsində irəli sürülən təklifləri alqışlayır”.

Şura sədri əlavə edib ki, ölkə müstəmləkəçilik siyasətinin qurbanı olan ölkələrlə keçmiş müstəmləkəçi dövlətlər arasında dialoq mexanizminin yaradılması prosesində BMT-yə güvənir.

Haitidə təzminat məsələsi ilk dəfə deyil ki, qaldırılır. Bu ilin aprelində vətəndaş cəmiyyəti qruplarının yerli koalisiyası haitililərin əvvəlki borcunu qaytarmaq üçün Parisin Port-o-Prensə milyardlarla dollar təzminat ödəməli olduğunu bildirmişdi. 2022-ci ildə “The New York Times” qəzeti hesablayıb ki, haitililər azad yaşamaq üçün Fransaya bugünkü pulla təxminən 560 milyon dollar ödəyiblər.

 Qəzet yazır ki, bu məbləğ Haitidə qalsaydı, ölkə 21 milyard dollar qazana bilərdi.

Xatırladaq ki, Haiti aclıqdan, siyasi qeyri-sabitlikdən və təbii fəlakətlərdən əziyyət çəkən dünyanın ən kasıb ölkələrindən biri olaraq qalır.

2010-cu il yanvarın 12-də ölkədə baş vermiş dəhşətli zəlzələ nəticəsində  222000-dən çox adam həlak olub, 300000-dən artıq adam yaralanıb. 1,3 milyon insan evindən məhrum olub. 

Bundan sonra Haitidə ölümcül vəba epidemiyası baş verib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

Çadda saxlanılan rusiyalılar azad ediləcək

16:44
28 Sentyabr

Minifutbol üzrə Azərbaycan çempionatı: Birinci turun oyunları bəlli oldu

16:32
28 Sentyabr

Monteneqroda keçirilən AOK-un 44-cü seminarı öz işini başa vurub

16:06
28 Sentyabr

BRICS onlarla dövləti əhatə edəcək - AÇIQLAMA

15:31
28 Sentyabr

Haiti Fransadan təzminat tələb edir

15:30
28 Sentyabr

Dağıstandakı partlayışda ölü sayı artır   

15:03
28 Sentyabr

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılıb

15:01
28 Sentyabr

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə təlim keçirilib

14:25
28 Sentyabr

Özbəkistan Prezidenti: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu regional inkişafa töhfə verəcək  

14:24
28 Sentyabr

Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü olub

14:22
28 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi bizi sevindirir

14:21
28 Sentyabr

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

14:18
28 Sentyabr

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

13:32
28 Sentyabr

“Philips” yeni monitorunu nümayiş edib

12:35
28 Sentyabr

ABŞ-də qasırğa 40 nəfərin həyatına son qoyub

12:33
28 Sentyabr

Abşeron rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb

12:31
28 Sentyabr

Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir

12:30
28 Sentyabr

Belarus və Rusiya təhlükəsizlik təminatı haqqında saziş imzalamağı planlaşdırır

11:38
28 Sentyabr

“Xiaomi”nin ilk qatlanan smartfonu təqdim edilib  

11:36
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!