28 Sentyabr 2024 08:20
299
İQTİSADİYYAT
A- A+
Sağlam ekologiya təmiz ətraf mühitdən başlayır

Sağlam ekologiya təmiz ətraf mühitdən başlayır


Turizm mövsümü olan yay başa çatıb. Bu səbəbdən dağ döşündə, meşədə, çay kənarında, bulaq başında, Xəzərin ləpədöyənində istirahət edənlərin sayı xeyli azalıb. Əvəzində isə həmin ərazilərdə  yanmış kömürün külü, yeyilən meyvə-tərəvəzin, yemiş-qarpızın qabıqları, içilmiş su və şirələrin qabları, boşaldılmış sellefon torbaları və ağla gələn və gəlməyən digər tullantılar qalıb.

Və nə yaxşı ki, hamımızın müşahidə etdiyi bu problemin aradan qaldırılması üçün hələ yay fəslinin əvvəllərindən Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Ümumrespublika Təmizlik Marafonu çərçivəsində "Təmiz ölkəm" devizi altında təmizlik aksiyaları keçirilir. May ayından start götürən və könüllülərin də qatıldığı, həftənin 4 və 6-cı günləri keçirilən bu aksiyalar ictimaiyyət tərəfindən razılıqla qarşılanır.

"Xəzəri qoruyaq" devizi altında mövsümün sonuncu kütləvi təmizlik aksiyası Xəzərin Novxanı sahilində keçirilib. "Xəzər həftəsi" ərəfəsində təşkil olunan maarifləndirici aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, dövlət və özəl qurumların təmsilçiləri, könüllü gənclər təşkilatlarının üzvləri, həmçinin tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya zamanı dəniz sahilindən 3 ton tullantı təmizlənərək daşınıb.

Sirr deyil ki, təbiətin və ətraf mühitin çirkləndirilməsi dünyanın ən ağrılı yeridir. Niyə də olmasın?! Təkcə kağız tullantıları bir yana, hər il dünya üzrə təbiətə 57 milyon ton plastik tullantı atılır. Artıq plastik tullantılara ən dərin okeanlardan ən yüksək dağ zirvələrinə qədər ərazilərdə rast gəlmək olur. İngiltərədəki Lids Universitetinin tədqiqatçıları bu barədə geniş araşdırmalar aparıblar. Onlar belə qənaətə gəliblər ki,  dünya əhalisinin 15 faizi, o cümlədən yalnız Hindistanda 255 milyon insan plastik tullantıların fəsadlarından əziyyət çəkir. Universitetin Ətraf mühit mühəndisliyi üzrə professoru Kostas Velisin fikrincə, Nigeriyanın Laqos şəhəri ən çox plastik tullantı olan şəhərdir. Digər ən böyük plastik tullantıya malik şəhərlər isə Yeni Dehli, Luanda, Karaçi və Əl Qahirədir. Dövlət olaraq Hindistan plastik çirklənməyə məruz qalan  "lider" ölkədir. Hindistanda ildə 10,2 milyon ton plastik qablar istehsal edilir ki, bu da heç də təmiz ölkələr sayılmayan Nigeriya və İndoneziyadan iki dəfə çoxdur. Velisin fikrincə, plastik çirklənməyə görə Çin dördüncü yerdədir. Lakin ÇXR tullantıların azaldılması üçün də çalışır. Digər ən çox plastik çirkləndiricilər Pakistan, Banqladeş, Rusiya və Braziliyadır. Bu 8 ölkə dünyanın plastik çirklənməsinin yarısından çoxuna cavabdehdir. Söz düşmüşkən onu da qeyd edək ki, 2022-ci ildə dünya dövlətlərinin əksəriyyəti plastik çirklənmə ilə bağlı ilk hüquqi qüvvəyə malik müqavilə bağlamağa razılaşmışdır. 

Tədqiqatçılar süni intellektdən istifadə edərək diqqəti çirklənmənin təxminən 57 faizini təşkil edən düzgün yandırılmayan plastiklərə və ya sadəcə atılan plastikə yönəldirlər. Hər iki halda kiçik mikroplastiklər və ya nanoplastika inanılmaz dərəcədə  insan sağlamlığına və təbiətə böyük təhlükələr törədir.

Görünən odur ki, insanın təbiətdən istədiyini almaq üçün ətraf mühitə etdiyi müdaxilələr böyük fəsadlarla nəticələnir. Bu baxımdan, ətraf mühitin və təbii sərvətlərin qorunması, onlardan səmərəli istifadə müasir dövrümüzün ən vacib çağırışıdır. Təxminən 200 ölkənin yekdil dəstəyi ilə cari ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 məhz bu çağırışlara cavab verməyə hazırlaşır.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

13:32
28 Sentyabr

“Philips” yeni monitorunu nümayiş edib

12:35
28 Sentyabr

ABŞ-də qasırğa 40 nəfərin həyatına son qoyub

12:33
28 Sentyabr

Abşeron rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb

12:31
28 Sentyabr

Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir

12:30
28 Sentyabr

Belarus və Rusiya təhlükəsizlik təminatı haqqında saziş imzalamağı planlaşdırır

11:38
28 Sentyabr

“Xiaomi”nin ilk qatlanan smartfonu təqdim edilib  

11:36
28 Sentyabr

Dövlət katibi: Birləşmiş Ştatlar Rusiya və Çin arasında iqtisadi demarkasiyaya can atmır

11:34
28 Sentyabr

Niderlandın xarici işlər naziri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

11:32
28 Sentyabr

Azərbaycan-Bosniya və Herseqovina strateji tərəfdaşlığı müzakirə olunub

11:27
28 Sentyabr

Yeni ekzoplanet kəşf edilib

11:10
28 Sentyabr

Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar

11:06
28 Sentyabr

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün giriş vizası tələbini ləğv edir

11:04
28 Sentyabr

Blinken ABŞ və Çin liderləri arasında təmasların olacağını gözləyir

10:49
28 Sentyabr

İcma: Fransa diplomatiyasının Taleyrandan Ermənistandakı səfir səviyyəsinə düşməsi acınacaqlıdır

10:46
28 Sentyabr

Ceyhun Bayramov BMT-nin ali nümayəndəsi ilə COP29-a hazırlıq prosesini müzakirə edib

10:42
28 Sentyabr

Azərbaycan-Afrika İttifaqı əlaqələrinin perspektivləri müzakirə edilib

10:41
28 Sentyabr

Azərbaycan nefti ucuzlaşıb

10:40
28 Sentyabr

VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı açıqlanıb

10:19
28 Sentyabr

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

10:13
28 Sentyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti Nyu-York İqlim Həftəsində iştirak edir

09:41
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!