Dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatlar təqdim olunub
Noyabrın 8-də Təhsil Nazirliyində dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Təhsil naziri Ceyhun Bayramov, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Tədbirdə çıxış edən Ceyhun Bayramov Prezident İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Nazir son illərdə ölkəmizdə insan kapitalının inkişafı, o cümlədən təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışıb.
Ceyhun Bayramov Ümummilli Lider Heydər Əliyevin müəllim peşəsinə sonsuz diqqət göstərdiyini xatırladıb, müəllimlərə dövlət qayğısının göstərilməsi istiqamətində görülən işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Nazir deyib ki, son illərdə Təhsil Nazirliyinin fəaliyyətində müəllimlərlə bağlı siyasət prioritet sahəyə çevrilib. Ən ciddi uğurlar da məhz müəllim nüfuzunun, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində əldə edilib.
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsindən ötən dövr ərzində bütün pillə və səviyyələr üzrə inkişafı diqqətə çatdıran nazir bildirib ki, qarşıda duran ən vacib vəzifələr təhsilin hər bir vətəndaş üçün əlçatanlığının təmin edilməsi, keyfiyyət göstəricilərin yüksək və rəqabətli olması, eyni zamanda təhsil vasitəsilə dəyərlər sisteminin formalaşdırılmasıdır. Bununla əlaqədar hər bir müəllim, təhsil işçisi qeyd edilən məsələləri əsas fəaliyyət istiqamətləri kimi nəzərə almalı və təmin etməlidir.
Ötən il təhsil sahəsində aparılan islahatların böyük bir mərhələsinə yekun vurulduğunu deyən nazir bildirib ki, diaqnostik qiymətləndirmə tamamlanıb, əməkhaqqı islahatının birinci mərhələsi başa çatdırılıb. Artıq müəllimlərin əməyinin stimullaşdırılması davamlı və silsilə xarakter daşıyır. Bu il Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən sentyabrın 1-dən müəllimlərin əməkhaqları növbəti dəfə artırılıb. Nəticədə Azərbaycan məktəblərində, ümumtəhsil sistemində müəllimlərin orta əməkhaqqı 600 manata çatıb, 1000 manatdan artıq əməkhaqqı alan müəllimlərin sayı isə 5 min nəfəri ötüb və bu sahədə islahatlar davam etdiriləcək.
Azərbaycan müəllimlərinin 15-ci qurultayında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının yaradılması barədə qərar qəbul edildiyini xatırladan nazir ötən müddət ərzində bu istiqamətdə xeyli sistemli işin görüldüyünü diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov qeyd edib ki, təhsil sistemində, məktəblərin maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində ötən dövrdə işlər davam etdirilib. Son 15 ildə 3 min 200-dən çox, son 5 ildə 600-dən artıq, bu il isə 84 yeni məktəb binası inşa edilib və əsaslı təmir olunub.
Təhsil sistemində yeniliklərdən danışan nazir bildirib ki, bu tədris ilində buraxılış və qəbul imtahanları ilk dəfə olaraq yeni formata uyğun həyata keçirilib, 400-dək ümumtəhsil məktəbləri üçün yeni dərsliklər hazırlanıb və istifadəyə verilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Mərasimdə təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi işində yüksək əzmlə çalışacaqlarını qeyd ediblər.
Sonra təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2019-cu il 3 oktyabr tarixli sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə 126 nəfər "Tərəqqi” medalı və "Əməkdar müəllim” fəxri adı ilə təltif edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!