29 İyul 2026 20:14
2046
Təhsil
A- A+
Dövlət Proqramının qalibi: Məqsədim xaricdə qazanacağım bilik və təcrübəni Azərbaycanda tətbiq etməkdir  

Dövlət Proqramının qalibi: Məqsədim xaricdə qazanacağım bilik və təcrübəni Azərbaycanda tətbiq etməkdir  


Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə fakültəsinin tələbəsi Cəmilə Əlizadə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub. Bu çərçivədə Cəmilə Əlizadə Böyük Britaniyanın dünyanın aparıcı ali təhsil müəssisələrindən biri olan Imperial College London Universitetinin “MSc in Public Health” magistr proqramında təhsil alacaq. Bu il ictimai səhiyyə istiqaməti üzrə Dövlət Proqramının qalibi seçilən iki namizəddən biri olan Cəmilə AZƏRTAC-a müsahibəsində Dövlət Proqramına hazırlaşmasından, seçdiyi sahənin özəlliklərindən, gələcək hədəf və planlarından danışıb. Müsahibəni təqdim edirik.

- İlk növbədə, Dövlət Proqramının qalibi olmağınız münasibətilə sizi təbrik edirik. Bu proqrama müraciət etməyə sizi nə həvəsləndirdi və məhz bu ali təhsil müəssisəsini seçməyinizin səbəbi nədir?

- Səmimi təbrikinizə görə təşəkkür edirəm. Dövlət Proqramının qaliblərindən biri olmaq mənim üçün böyük qürur və məsuliyyətdir. İlk növbədə, Prezident İlham Əliyevə Azərbaycan gənclərinə dünyanın aparıcı universitetlərində təhsil almaq imkanı yaratdığına görə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu proqram gənclərin potensialına göstərilən böyük etimadın göstəricisidir. Bizim əldə etdiyimiz bilik və təcrübələr gələcəkdə ölkəmizin inkişafı üçün mühüm zəmin yaradır. Məni bu proqrama müraciət etməyə həvəsləndirən əsas amil ictimai səhiyyə sahəsində beynəlxalq səviyyədə bilik və təcrübə qazanmaq, daha sonra isə həmin bilikləri Azərbaycanda tətbiq edərək, ölkəmizin səhiyyə sisteminin inkişafına töhfə vermək arzusu oldu.

- İctimai səhiyyə sahəsini seçməyinizin səbəbi nədir?

- İctimai səhiyyə sahəsini seçməyimin əsas səbəbi insanların sağlamlığına daha geniş miqyasda xidmət göstərmək istəyim olub. Təhsil aldığım müddətdə anladım ki, sağlam cəmiyyət yalnız xəstəliklərin müalicəsi ilə deyil, onların qarşısının alınması, effektiv profilaktik tədbirlərin həyata keçirilməsi və güclü səhiyyə siyasətinin formalaşdırılması ilə mümkündür. Məhz bu yanaşma məndə ictimai səhiyyəyə böyük maraq oyatdı. Bu sahə təkcə fərdi deyil, bütün cəmiyyətin sağlamlığının qorunmasına xidmət edir və mən özümü məhz bu istiqamətdə daha faydalı görə bilirəm. Gələcəkdə əldə edəcəyim bilik və təcrübəni ölkəmizin səhiyyə sisteminin inkişafına, əhalinin sağlamlığının yaxşılaşdırılmasına və elmi əsaslı qərarların qəbulu üçün istifadə etməyi hədəfləyirəm.

- Dövlət Proqramına qəbul prosesi necə keçdi? Hazırlıq mərhələsində ən böyük çətinlikləriniz nələr oldu?

-Dövlət Proqramına qəbul prosesi mənim üçün məqsədyönlü oldu. Universitetdə təhsil aldığım illər ərzində müxtəlif klinik praktikalar keçmiş, səhiyyə sahəsində təşkil olunan konfrans və tədbirlərdə iştirak etmiş, həmçinin ictimai səhiyyə ilə bağlı layihələrdə və tələbə fəaliyyətlərində aktiv olmuşam. Bu müddətdə həm klinik, həm də səhiyyənin idarə edilməsi istiqamətlərinə marağım daha da formalaşdı. Sonuncu kursda ingilis dili bacarığımı daha da möhkəmləndirərək, IELTS imtahanından tələb olunan nəticəni əldə etdim, daha sonra Imperial College Londondan qəbul aldım və Dövlət Proqramına müraciət etdim. Mənim üçün ən çətin mərhələ müsahibə oldu. Buna ciddi şəkildə hazırlaşmışdım və həyəcanıma baxmayaraq, motivasiyamı, biliklərimi və gələcək hədəflərimi ifadə edə bildim. Sevindirici haldır ki, bu proses uğurla nəticələndi və Dövlət Proqramının qaliblərindən biri oldum.

- Sizcə, Azərbaycanın səhiyyə sistemi üçün ictimai səhiyyə sahəsində hansı bilik və bacarıqlara daha çox ehtiyac var?

- Şəxsi müşahidələrimə əsasən düşünürəm ki, Azərbaycanın səhiyyə sistemində ictimai səhiyyə baxımından profilaktik tədbirlərin və əhalinin sağlamlıq savadlılığının daha da gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. İnsanların sağlam həyat tərzi, xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması ilə bağlı maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi cəmiyyətin sağlamlığına uzunmüddətli müsbət təsir göstərə bilər. Eyni zamanda, hesab edirəm ki, səhiyyə sahəsində qərarların elmi sübutlara və etibarlı məlumatlara əsaslanaraq qəbul edilməsi, eləcə də ictimai səhiyyə üzrə ixtisaslaşmış kadrların hazırlanması bu sahənin daha da inkişafında böyük rol oynayacaq. Son illərdə ölkəmizdə səhiyyə sahəsində mühüm addımlar atılıb və inanıram ki, bu istiqamətdə görüləcək işlər Azərbaycanın səhiyyə sistemini daha da gücləndirəcək. Gələcəkdə rəqəmsal səhiyyə, süni intellekt texnologiyaları, epidemioloji analiz və məlumatlara əsaslanan idarəetmə bacarıqlarının daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edəcək.

- Xaricdə təhsil müddətində hansı istiqamətlər üzrə bilik və təcrübə qazanmağı planlaşdırırsınız? Təhsilinizi başa vurduqdan sonra Azərbaycana qayıdaraq hansı sahələrdə fəaliyyət göstərməyi düşünürsünüz?

- Təhsil müddətində əsas məqsədim ictimai səhiyyənin, xüsusilə profilaktik tibb, səhiyyə siyasəti, səhiyyə sistemlərinin idarəolunması və strateji planlaşdırma istiqamətlərində dərin bilik və praktiki təcrübə qazanmaqdır. Məni daha çox əhalinin sağlamlığının qorunmasına yönəlmiş preventiv yanaşmalar, elmi sübutlara əsaslanan qərarların qəbulu, səhiyyə siyasətinin formalaşdırılması və geniş miqyasda cəmiyyətin sağlamlığına təsir göstərən strategiyaların hazırlanması maraqlandırır. İnanıram ki, bu sahələr üzrə əldə edəcəyim bilik və bacarıqlar gələcəkdə ölkəmizin səhiyyə sisteminin inkişafına və daha effektiv ictimai səhiyyə siyasətinin formalaşdırılmasına imkan yaradacaq. Düşünürəm ki, Dövlət Proqramı Azərbaycanın insan kapitalının inkişafına yönəlmiş ən önəmli təşəbbüslərdən biridir. Bu proqram gənclərə dünyanın nüfuzlu universitetlərində təhsil almaq, beynəlxalq təcrübə qazanmaq və əldə etdikləri bilikləri sonradan ölkəmizin inkişafına yönəltmək imkanı yaradır. İnanıram ki, bu cür investisiyalar gələcəkdə ölkəmizin dayanıqlı inkişafında mühüm rol oynayacaq.

- Gələcəkdə özünüzü akademik fəaliyyət, elmi tədqiqat, yoxsa praktik səhiyyə idarəçiliyi sahəsində görürsünüz?

- Düşünürəm ki, güclü səhiyyə mütəxəssisinin formalaşması üçün akademik bilik, elmi tədqiqat və praktik təcrübə bir-birini tamamlayan istiqamətlərdir. Məhz bu səbəbdən Imperial College Londonu seçdim. Bu universitet tədris, tədqiqat və praktik yanaşmanı bir araya gətirən mühiti təqdim edir və mən də bu imkanlardan maksimum yararlanmağı hədəfləyirəm. Uzunmüddətli perspektivdə isə özümü daha çox səhiyyə siyasəti, preventiv strategiyaların hazırlanması və ictimai səhiyyənin inkişafı istiqamətində görürəm. Məqsədim xaricdə əldə edəcəyim bilik və təcrübəni Azərbaycanda tətbiq edərək, səhiyyə sisteminin inkişafına töhfə verməkdir.

- Azərbaycanın gənclərinə və xüsusilə tibb sahəsində təhsil alan tələbələrə vermək istədiyiniz mesaj nə olardı?

- Gənclərə, xüsusilə də tibb tələbələrinə tövsiyəm odur ki, özlərini yalnız bir istiqamətlə məhdudlaşdırmasınlar və müxtəlif sahələrdə təcrübə qazanmağa çalışsınlar. Mən də universitet illərində elmi tədqiqatlarda, klinik praktikada, pasiyentyönümlü xidmət sahələrində və ictimai səhiyyə ilə bağlı müxtəlif fəaliyyətlərdə iştirak etmişəm. Məhz bu fərqli təcrübələr mənə hansı istiqamətdə inkişaf etmək istədiyimi daha aydın müəyyənləşdirməyə kömək etdi.

Hesab edirəm ki, əldə olunan hər bir təcrübə insanın dünyagörüşünü genişləndirir və peşəkar inkişafına bünövrə yaradır. İlk baxışdan bir-biri ilə əlaqəsiz görünən sahələr belə zaman keçdikcə bir-birini tamamlayır və daha geniş düşünməyi, daha obyektiv qərarlar verməyi öyrədir. Buna görə də öyrənməkdən, yeni imkanları dəyərləndirməkdən və fərqli təcrübələr qazanmaqdan çəkinməmələrini tövsiyə edərdim.

Ən vacib məsləhətim isə odur ki, öyrənməyi heç vaxt dayandırmasınlar, çünki müasir tibb davamlı yenilənmə və geniş dünyagörüşü tələb edən bir sahədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: Rusiyanın Nijnekamsk şəhərinə dron hücumu nəticəsində 10 nəfər ölüb

11:27
10 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

11:25
10 Avqust

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib

11:24
10 Avqust

ƏMAS-da gecə vaxtı yerinə yetirilən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

11:21
10 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

11:12
10 Avqust

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

11:01
10 Avqust

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

10:53
10 Avqust

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü verələcək

10:44
10 Avqust

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:17
10 Avqust

Neft bahalaşıb

10:08
10 Avqust

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

09:51
10 Avqust

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

09:49
10 Avqust

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

09:06
10 Avqust

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

08:53
10 Avqust

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

08:46
10 Avqust

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

08:30
10 Avqust

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

08:14
10 Avqust

İDMAN Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

07:58
10 Avqust

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!