24 Oktyabr 2025 13:43
594
CƏMİYYƏT
A- A+
Dövlət Agentliyinin sədri: Azərbaycan yeni çağırışlara hazırdır  

Dövlət Agentliyinin sədri: Azərbaycan yeni çağırışlara hazırdır  

Müasir texnologiyalar və innovasiyalar həyatımızın tərkib hissəsidir. İstər iqtisadiyyatda, istər sosial həyatda, istər şəxsi həyatda, istərsə də dövlət idarəetməsində müasir texnologiyaların tətbiqi labüddür. Çünki süni intellekt hər şeydən öncə bir vasitədir. Məqsəd isə süni intellekt kimi texnologiyalardan istifadə etməklə qarşıya qoyulan hədəflərə, vəzifələrə, vətəndaşların rifahına, inkişafa nail olmaqdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt - insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Dövlət Agentliyinin sədri bildirib ki, son illər müxtəlif beyin araşdırma mərkəzləri, elmi institutlar, beynəlxalq araşdırma mərkəzləri bu sahədə çox ciddi tədqiqatlar aparır, hesabatlar hazırlayır: "Dünya İqtisadi Forumunun 2025-ci il üzrə süni intellekt sahəsində hesabatına baxsaq, orada çox ciddi rəqəmlər və proqnozlar olduğunu görərik. Xüsusilə də süni intellekt tipli texnologiyaların və yaşıl keçid transformasiyasının tətbiqi nəticəsində dünyada 90 milyondan çox iş yerinin ləğvi, lakin onun əvəzində 170 milyona yaxın yeni iş yerinin formalaşdırılmasından söhbət gedir. Sevindiricidir ki, yeni iş yerləri formalaşacaq, ancaq bu, ümumilikdə iş anlayışının strukturuna, arxitekturasına ciddi təsir göstərəcək. Çünki ləğv olunan iş yerlərinə münasibətdə yeni iş yerləri, yeni bacarıqlar, yeni biliklər tələb edəcək. Bu istiqamətdə artıq istər beynəlxalq təşkilatlar, şirkətlər, istərsə də dövlətlər vətəndaşları hazırlamaq üçün ciddi tədbirlər həyata keçirir. Qürurla bildirməliyik ki, Azərbaycan da bu istiqamətdə heç də gecikməyib, tam vaxtında əməli tədbirlər, islahatlar aparılır. Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı buna misal göstərmək olar. Çünki orada konkret hədəflər və tədbirlər var. Orada sosial rifahın artırılması, yeni iş yerlərinin yaradılması istiqamətində süni intellektin əhəmiyyətini, rolunu artıran ciddi tədbirlər nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövlət olaraq yeni çağırışlara hazırdır və bu fonda islahatlarını davam etdirir".

Ülvi Mehdiyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən də bəhs edərək bildirib ki, 13 ildir yaradılan "ASAN xidmət" Prezident İlham Əliyevin dövlət xidmətləri və idarəetməsi sahəsində bir innovasiyasıdır. Həmin innovasiya artıq bu gün 30-dan çox ölkəyə ixrac olunur: “ASAN xidmət" konsepsiyasının mahiyyəti və məqsədi də vətəndaşyönümlü, etik və məsuliyyətli xidmətlərin təşkilidir. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin uğurlu icrasında innovasiyaların, müasir texnologiyaların tətbiqinin rolu var. Məhz buna görə də "ASAN xidmət" bu gün Azərbaycanın intellektual brendi kimi dövlət xidmətləri sahəsində digər ölkələrə ixrac olunur, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Lakin bu o demək deyil ki, biz artıq bununla kifayətlənməliyik. Əlbəttə, süni intellekt tipli yeni texnologiyalar müasir çağırışlar yaradır. Biz bu yeni çağırışlara cavab vermək üçün islahatları, təkmilləşdirmələri aparmalıyıq. Süni intellekt bunun üçün bir vasitədir, məqsəd isə onun vətəndaşmərkəzli, məsuliyyətli, vətəndaşların rifahını yüksəldən, onlara istər iqtisadi, istər sosial, istərsə də inzibati sahələrdə daha yüksək səviyyədə xidmətin göstərilməsində istifadəsi və buna nail olmaqdır".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!