06 Avqust 2025 18:41
665
DÜNYA
A- A+
Donald Trampın təşəbbüsü ilə Ağ Evdə tarixi görüş olacaq

Donald Trampın təşəbbüsü ilə Ağ Evdə tarixi görüş olacaq


Prezidenti İlham Əliyev ABŞ-yə səfər edəcək. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə reallaşan bu səfər zamanı İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. 

Ağ Evdən "Bloomberg" agentliyinə göndərilən daxili planlaşdırma sənədində bu barədə açıq qeyd olunub. Bildirilir ki, Donald Tramp bu həftənin cümə günü Azərbaycan və Ermənistan liderləri ilə görüş keçirəcək. Sənədə əsasən, avqustun 8-də (cümə günü) Tramp Bakı vaxtı ilə saat 22:30-da Ermənistanın baş naziri ilə, 23:20-də isə Azərbaycan Prezidenti ilə ikitərəfli görüşlər keçirəcək. Ardınca isə Bakı vaxtı ilə saat 00:00-da hər iki liderin iştirakı ilə birgə bəyanat veriləcək.

Bu onu göstərir ki, Donald Tramp Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına və Zəngəzur dəhlizinin açılmasına çox maraqlıdır. İkinci Qarabağ müharibəsinin başa çatmasından 5 ilə yaxın zaman keçsə də, tərəflər arasında sülh müqaviləsinin imzalanmamasının səbəbi bəllidir. Yəni, sülh müqaviləsi ancaq Azərbaycan Prezidentinin tələbləri yerinə yetiriləcəyi halda imzalana bilər. 

Azərbaycan-ABŞ tərəfdaşlığının 33 ildən artıq tarixi var. Bu illər ərzində ölkələrimiz arasında bərabərlik, qarşılıqlı hörmət və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq ənənələri formalaşıb. ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb, diplomatik münasibətlər isə 28 fevral 1992-ci ildə qurulub. Azərbaycanın ABŞ-də səfirliyi 1992-ci il martın 6-dan, ABŞ-nin Azərbaycanda səfirliyi isə həmin il martın 16-dan fəaliyyət göstərir. Bu illər ərzində Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında 90-a yaxın sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb. 1997-ci ildən Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Hazırda iki ölkə arasında siyasi əlaqələr dinamik olaraq inkişaf edir. İki ölkənin liderləri arasında olan səmimi münasibətlər Azərbaycan-ABŞ əməkdaşlığında yeni səhifə açıb.

Məhz Donald Trampın birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənib. Bunu Prezident İlham Əliyevin seçkilərdə qələbə qazanması münasibətilə Donald Trampa açdığı telefon  zamanı liderlərin danışığında eşitmişik. İlham Əliyev seçkilərdə inamlı qələbənin Amerika xalqının Donald Trampın yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsi olduğunu vurğulayaraq qeyd etmişdi ki, Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq. Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirmişdi. Prezident Donald Tramp isə öz növbəsində səmimi təbriklərə görə İlham Əliyevə dərin təşəkkürünü bildirərək ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini vurğulamışdı.

Bir qədər də əvvələ baxsaq, Prezident İlham Əliyevin hələ İkinci Qarabağ müharibəsinin gedişində -  2020-ci ilin 25 oktyabrında ABŞ-nin "Fox News" televiziya kanalına müsahibəsində Donald Trampın Cənubi Qafqaz siyasətini yüksək dəyərləndirməsini görərik: “Donald Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik" fikirləri həmin dövrdəki gərgin diplomatik situasiyada Ağ Ev rəhbərinin tutduğu ədalətli mövqeyi isbatlayır. "Biz görürük ki, ABŞ-nin mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Biz çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Lakin eyni zamanda Prezident Trampın açıq siyasəti burada - Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tərəfindən də dəstəklənir", - deyə İlham Əliyev bildirmişdir. 

Ötən il iyulun 21-də Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda dünyada geniş tüğyan edən dezinformasiya, böhtan və yalan informasiyalar bəlasından danışan Prezident İlham Əliyev bir daha amerikalı həmkarını xatırlamışdır: "Prezident Tramp "Vaşinqton Post"u və "Nyu York Tayms"ı feyk-nyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır”.

Ardınca isə İlham Əliyev onun qarşıdakı seçkilərdə hansı namizədin qalib gəlməsini arzulaması barədə sualı belə cavablandırmışdı: “Çalışıram, əlimdən gələni edirəm ki, maksimum dərəcədə fikirlərimi səmimi ifadə edim. İstənilən auditoriya qarşısında, istər mətbuat qarşısında və yaxud da Azərbaycan ictimaiyyəti qarşısında keçirilən tədbirlərdə mən heç bir halda yanlış məlumat paylaşmıram. Lakin siyasi mədəniyyət anlayışı var və bu anlayış sizin sualınıza birbaşa cavab verməyə imkan yaratmır. Ancaq sizin sualınız başa düşürəm ki, tamamilə ritorikdir. Biz bir-birimizi onilliklərdir tanıyırıq və tamamilə əminəm, siz də yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim. Düşünürəm ki, Azərbaycanda mən bu məsələdə, bu mövqedə yeganə deyiləm". Əlbəttə ki, bu cümlələrdən İlham Əliyevin Donald Trampa dəstəyi məlum olmuşdu. Prezident İlham Əliyev eyni zamanda ABŞ-dəki seçki marafonunu dəyərləndirərək demişdi ki, Donald Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də onun vaxtında heç bir müharibənin olmayacağıdır: “Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”.

Bütün bunlar, eləcə də əlamətdar günlərdə göndərilən qarşılıqlı rəsmi məktublarda qeyd edilən səmimi fikirlər iki ölkənin liderlərinin bir-birilərinə olan münasibətini açıq şəkildə ortaya qoyur. Donald Tramp Azərbaycan Prezidentinin böyük liderlik rolunu qəbul edir, İlham Əliyevin islahatlar kursuna dəstəyini bildirir, ölkəmizin bütün region üçün meyar olduğunu söyləyir. 

Ötən ay Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə İlham Əliyevin amerikalı həmkarı ilə bağlı səsləndirdiyi fikirlərin Donald Tramp tərəfindən özünün şəxsi “Truth” sosial şəbəkə səhifəsində paylaşması da deyilənlərin təsdiqidir. Qeyd edək ki, Prezident İlham Əliyev çıxışının həmin hissəsində Donald Trampın Azərbaycan xalqı ilə ortaq fundamental, o cümlədən ailə dəyərlərini paylaşdığı və buna görə də ABŞ-də onun prezident seçilməsini istədiyini bildirib. Həmçinin Trampın müharibə başlatmayan, əksinə, müharibələrə son qoymaq məqsədi güdən yeganə ABŞ Prezidenti olduğunu söyləyib. İlham Əliyev eyni zamanda daha böyük qlobal təhlükəsizlik məsələləri ilə məşğul olmasına baxmayaraq, Trampın Ermənistanla Azərbaycanın yekun saziş əldə etməsi istiqamətindəki niyyətinə görə ona minnətdarlığını ifadə edib.

Bu fikirlərdən heç bir ay keçməmiş Donald Tramp hər iki ölkənin liderini ABŞ-yə dəvət edərək onlarla görüş təyin etdi.   

Beləliklə, İlham Əliyevin ABŞ-yə səfəri yalnız Azərbaycan-Amerika ikitərəfli münasibətləri baxımından deyil, həm də regional sabitliyin təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artması və regionda balanslı xarici siyasət kursunun davam etdirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilməlidir. 

İlham Əliyevin ABŞ-yə səfəri həm də Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından simvolik əhəmiyyət daşıyır. Bu, informasiya cəbhəsində əldə olunmuş diplomatik qələbədir və Azərbaycan dövlətinin milli maraqlarını qətiyyətlə qorumaq qabiliyyətinin daha bir təzahürüdür.

Əgər ABŞ-də tərəflər arasında hər hansısa bir sənəd imzalanarsa, hansısa razılıq əldə olunarsa, bu, həm regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni fürsətlərin yaranmasını şərtləndirə bilər.


Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moskvada Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

23:27
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:26
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  

22:22
08 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

22:20
08 Dekabr

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib  

22:09
08 Dekabr

Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib  

21:54
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar YENİLƏNİB  

21:53
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər  

21:41
08 Dekabr

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib  

21:19
08 Dekabr

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

21:06
08 Dekabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

20:49
08 Dekabr

Macarıstan Türkiyəyə 600 at satıb

20:29
08 Dekabr

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

20:29
08 Dekabr

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

20:23
08 Dekabr

Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

20:11
08 Dekabr

Ekspert: Orta Dəhliz son illər ərzində heyrətamiz artım nümayiş etdirir  

19:58
08 Dekabr

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

19:39
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

Prezident: Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir

19:20
08 Dekabr

Azərbaycan Prezidenti: Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək

19:18
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!