17 Noyabr 2025 14:45
338
İQTİSADİYYAT
A- A+
Diplomatik korpus nümayəndələri üçün WUF13-ə dair məlumat sessiyası keçirilib  

Diplomatik korpus nümayəndələri üçün WUF13-ə dair məlumat sessiyası keçirilib  


Noyabrın 17-də Bakının 2026-cı ildə ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün hibrid formatda məlumat sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, 2026-cı il mayın 17-dən 22-dək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək Foruma dair məlumatlandırma sessiyasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Xarici əlaqələr, strategiya, bilik və innovasiya departamentinin direktoru Edlam Yemeru çıxış edib və “UN-Habitat”ın icraçı direktoru Anaklaudia Rossbaxın videomüraciəti təqdim olunub. Sessiyanın keçirilməsində məqsəd WUF13 tədbirinin mahiyyəti və hazırlıq prosesi, Forum çərçivəsində planlaşdırılan tədbirlər, tematik dialoqlar və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə iştirakçılara məlumat verməkdir.

WUF13-ün milli koordinatoru Anar Quliyev qlobal əhəmiyyətli Forum çərçivəsində dövlət və hökumət başçılarının, nazirlərin yüksəksəviyyəli tədbirlərdə iştirak edəcəklərini bildirib. O vurğulayıb: “WUF13 ölkəmiz üçün dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, həmçinin Azərbaycanın urbanizasiya sahəsində nailiyyətlərini və gələcəyə baxışını dünyaya təqdim etmək baxımından unikal bir platformadır. Azərbaycan Foruma yeni təşəbbüslər təqdim edib və forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulur. Bu, Azərbaycanın qlobal şəhər gündəliyinə sadiqliyini və şəhərlərin transformasiyasına dair beynəlxalq proseslərdə fəal liderliyini nümayiş etdirir. Biz inanırıq ki, WUF13 şəhərlərin daha dayanıqlı və insan mərkəzli inkişafına mühüm töhfə verəcək”

Daha sonra UN-Habitatın icraçı direktoru xanım Anaklaudia Rossbax videomüraciət ilə bu mühüm toplantının təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O qeyd edib: “WUF13 bütün tərəfdaşların “hər kəs üçün layiqli mənzil”ə çıxışı təmin etmək öhdəliklərini yeniləməsi üçün mühüm bir məqam olacaq, çünki bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsası olan insan ləyaqəti, təhlükəsizliyi və iqlim fəaliyyəti üçün zəruridir. Həmçinin bu tədbir “Yeni Şəhər Gündəliyi” sənədinin qəbulunun onilliyini və bu müddət ərzində əldə olunan inkişafı qeyd etmək, eyni zamanda, növbəti on il ərzində mənzil təminatı məsələsinə fokuslanaraq fəaliyyət göstərmək üçün əhəmiyyətli bir fürsət olacaq”.

Tədbirdə iştirak edən diplomatların diqqətinə çatdırılıb ki, Forumun yüksək səviyyədə təşkili məqsədilə bütün əsas əməliyyat istiqamətləri üzrə hazırlıq və koordinasiya işləri ardıcıl şəkildə həyata keçirilir. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov Forumun keçiriləcəyi Bakı Olimpiya Stadionunda müxtəlif funksional zonaların müəyyən edilməsi, müvafiq infrastrukturun qurulması və tədbirin bütün aspektlərinin yüksək səviyyədə təşkili istiqamətində aparılan işlər barədə ətraflı məlumat verib. O, həmçinin vurğulayıb ki, hazırlıq prosesində dayanıqlılıq, təhlükəsizlik və əlçatanlıq prinsipləri hərtərəfli nəzərə alınmaqla bütün əməliyyat istiqamətləri üzrə koordinasiya işləri ardıcıl şəkildə həyata keçirilir: “Məqsədimiz Bakıda yüksək təşkilatçılıq standartlarına cavab verən, inklüziv və qlobal əməkdaşlığa xidmət edən nümunəvi bir beynəlxalq platforma yaratmaqdır”.

Məlumat sessiyasında “UN-Habitat”inn Xarici əlaqələr, strategiya, bilik və innovasiya departamentinin direktoru Edlam Yeməru Forumun konsepsiyası və proqramı barədə geniş təqdimatla çıxış edib.

Sessiya sual-cavab və açıq müzakirə formatında davam edib.

Hibrid formatda təşkil olunan interaktiv sessiyada Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbər nümayəndələri, ümumilikdə 100-ə yaxın diplomat iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!