DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb
Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (BPQMİ) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər nəticəsində müxtəlif ölkələrin vətəndaşı olan ümumilikdə 21 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıb.
Araşdırma zamanı həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə, xüsusən də Polşaya keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyənləşdirilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.
Xarici ölkə vətəndaşlarına qarşı dələduzluq etməkdə şübhəli bilinən E.Camalov barəsində araşdırmalar davam etdirilir.
Qeyd edilib ki, polis əməkdaşları 2024-cü ilin əvvəlindən keçirilən tədbirlər nəticəsində ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 102 əcnəbi vətəndaş müəyyənləşdirib və onların barələrində müvafiq tədbirlər görüb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan savatçısı beynəlxalq turnirdə qızıl medal qazanıb
01 May
Muxtar Babayev: Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında yaşıl iq...
01 May
Prezident İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib YENİLƏNİB
01 May
ANAMA: Ötən ay 2500-dən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib
01 May
Ukraynanın Lvov vilayətinə hücum olub
01 May
Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə edilib...
01 May
Çingiz Hüseynzadə: Bu yarış gənc avarçəkənlərimiz üçün böyük təcrübədir
01 May
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qə...
01 May
Prezident İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə hey...
01 May
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb...
01 May
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!