Demokratiya pərdəsi altında xəyanət
Ölkənin ərazi bütövlüyünü və suveren hüquqlarını müdafiə etmək, dövlət sərhədlərinin təhlükəsizliyini və toxunulmazlığını qorumaq, xalqın milli maraqlarına zidd olan halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək hökumətin, eləcə də hər bir vətəndaşın başlıca vəzifəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər əvəzolunmazdır və xalqımız tərəfindən hərtərəfli dəstəklənir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, erməni təcavüzkar silahlı birləşmələrinin ərazilərimizdən çıxarılması, məhv edilməsi, torpaqlarımızın azğın düşməndən təmizlənməsi bunun əyani ifadəsidir. Dövlətimizin rəhbəri xalqımızın birliyinə və ordumuzun qüdrətinə arxalanaraq tarixi ədaləti bərpa etdi. 30 ildən çox bir dövrdə düşmən tapdağı altında inləyən şəhər və kəndlərimizi, torpaqlarımızı azadlığa qovuşdurdu.
Sülhsevər dövlətlər, hadisələrlə yaxından tanış olan, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, beynəlxalq təşkilatların qərar və qətnamələrinin mahiyyətini, əhəmiyyətini dərindən anlayan, əmin-amanlığa, əməkdaşlığa, Cənubi Qafqazda təhlükəsizliyə böyük önəm verən ölkə rəhbərləri, siyasətçilər, sadə insanlar Azərbaycanın haqq mübarizəsinə tərəfdar olduqlarını bildirdikləri halda, özünü demokratiyanın, insan haqlarının müdafiəçisi adlandıran Fransa dövləti yenə də yanlış mövqe tutdu, təcavüzkar Ermənistanın yanında olduğunu nümayiş etdirdi. Hətta Azərbaycan dövləti öz ərazilərini quldurlardan, insan qatillərindən, təcavüzkarlardan təmizləyəndə, erməni ordusunu geri oturdanda, haqqı, ədaləti bərpa edəndə belə Fransa rəhbərləri Azərbaycana qarşı çıxdılar, erməni faşistlərinin müdafiəsinə qalxdılar.
Fransanın prezidentləri Sarkozi, Makron, parlamentin rəhbərləri, bir çox üzvləri, siyasi dairələr uzun illər hadisələrə birtərəfli qiymət verdilər, təcavüzkar Ermənistanı daim dəstəklədilər, Azərbaycan həqiqətlərini ört-basdır etməyə çalışdılar.
Əlbəttə, bu insanlar və siyasi dairələr Azərbaycan ərazilərinin işğal altında saxlanılmasından, qaçqın və məcburi köçkünlərin acınacaqlı həyatından, erməni təcavüzkarlarının törətdikləri vəhşiliklərdən, qəddarlıqlardan, xalqımızın başına gətirilən faciələrdən xəbərdar idilər. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, bir çox beynəlxalq təşkilatların qərar və sənədlərinin tələblərini yaxşı bilirdilər. Azərbaycanın suveren əraziləri haqqında məlumatlı idilər. Onu da yaxşı bilirdilər ki, ermənilər torpaqlarımıza gəlmədilər, zorla köçürülüblər və daim xalqımızın köməyinə sığınıblar, özlərinə dədə-baba torpaqlarımızda həyat qurublar, yaşayıblar.
Buna baxmayaraq, fransalı siyasətçilər yenə də öz mövqelərindədirlər, Azərbaycana qarşı beynəlxalq hüquqa zidd hərəkətlərini davam etdirirlər. Fransada keçiriləcək prezident seçkilərində namizəd Valeri Pekresin erməni seçiciləri cəlb etmək üçün Qarabağa qanunsuz səfəri, səfər zamanı bəzi erməni nümayəndələri ilə görüşləri beynəlxalq normaların pozulması, Azərbaycan - Fransa münasibətlərinin korlanmasına göstərilən addım idi. Fransanın Avropa və xarici işlər üzrə naziri, Jan-İv Lö Drian tərəfindən verilən açıqlamalar da buna bir nümunədir. Bu diplomata yaraşmayan bir hərəkətdir. Ermənipərəst nazir Fransanın bəzi hökumət və parlament nümayəndələrinin cinayət xarakterli əməllərini pərdələməyə çalışmışdır. Milli Assambleyanın Respublikaçılar Partiyasından olan üzvü Erik Siotlinin həddini aşması və onun susdurulmaması bir daha göstərir ki, bəzi fransalı siyasətçilər artıq öz hədlərini aşmaqda və siyasi mədəniyyətsizliyə yol verməkdədirlər.
Azərbaycan dövləti məgər ölkə sərhədlərini qanunsuz keçən və təxribatçı qruplarla sövdələşmələr aparan Valeri Pekresinə öz etirazını bildirməli və mövqeyini çatdırmamalıdır? Axı, belə ikiüzlü siyasətçilərin çirkin əməlləri, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi nəticəsində torpaqlarımız uzun illər işğal altında qalmış yeni-yeni qarşıdurmalara, insan tələfatına zəmin yaratmışdır.
Bu gün xanım Pekres və onun müşavirləri yenə də təxribatçılıq yolunu tutur, kütləvi informasiya vasitələrində münaqişəyə dini don geyindirir, insanların hissiyyatına, mənəviyyatına toxunur, Azərbaycan xalqına qarşı çirkin əməllərini davam etdirirlər. Prezidentliyə namizədlər erməni seçicilərin səsini qazanmaq üçün əsl şou göstərir, öz sifətlərini dəyişir, riyakarlıq edir, ən qəbuledilməz üsullara belə əl atırlar.
Görəsən onlar erməni xəyanətinin, satqınlığının nəyə qadir olduğunu niyə anlamaq istəmirlər. Pekresin İrəvana və Qarabağa qanunsuz səfəri, sözsüz ki, Ermənistanın hərbi-siyasi dairələrinin razılığı ilə baş tutmuşdur. Əgər prezident seçkilərində xanım Pekres Emmanuel Makrona əsas rəqib hesab olunarsa, deməli, bu gün Ermənistan ona daimi havadarlıq edən, uğursuzluğuna göz yaşı tökən və erməniləri özünün ən yaxın, sədaqətli dostu hesab edən Makrona qarşı xəyanət edir, onu satır.
Fransanın hakim dairələri bunun fərqində olmalı və reallıqları düzgün qiymətləndirməlidirlər. Fransızlar ermənilərin xəyanətkar, satqın, qaniçən olduqlarını bilməmiş deyillər və hazırda da onların faşizm ideologiyasına yiyələndiklərini, onu təbliğ etdiklərini, millətçiliyə böyük önəm verdiklərini yaxşı anlayırlar və dərk edirlər. Onu da yaxşı bilirlər ki, İkinci Dünya müharibəsində Əhmədiyyə Cəbrayılov kimi Azərbaycan oğulları Fransa Müqavimət Hərəkatının tərkibində alman faşizminə qarşı mübarizə aparıb fransızları ölümdən-qandan qurtardığı halda, Nijde kimi yüzlərlə erməni alman faşistləri tərəfində vuruşaraq fransalı uşaqların, qoca və qadınların qanını içmişlər, minlərlə günahsız insanları qətlə yetirmişlər. İkinci Dünya müharibəsində alman faşizminə qarşı Müqavimət Hərəkatına rəhbərlik etmiş, 1959-1969-cu illərdə Fransanın Prezidenti olmuş general Şarl de Qoll onunla çiyin-çiyinə döyüşmüş əfsanəvi partizan, Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovu uzun illərdən sonra axtarıb Moskvada bağrına basdığı, onun qəhrəmanlığından ağızdolusu danışdığı, alman faşizminə qarşı mübarizə aparanların qarşısında, onların abidələrinin önündə ehtiramla baş əydiyi halda, çox təəssüflər olsun ki, Fransanın hazırkı prezidenti, bir çox parlament üzvləri, siyasətçiləri onların atalarını, babalarını, qohum-qardaşlarını qətlə yetirən, insan qanından doymayan faşist Nijdelərin abidəsi önündə baş əyir, cəllad sarkisyanlarla, koçaryanlarla əməkdaşlıq edirlər.
Bu, bəşəriyyətə xəyanətdir, faşizmə rəğbət bəsləyən, təcavüzkar erməniləri dəstəkləyən, onlara mənəvi və maddi yardım göstərən, vaxtaşırı Qarabağa səfərlər edən, erməniləri yeni qarşıdurmalara həvəsləndirən Fransanın siyasətçilərinin öz xalqına hörmətsizliyi, keçmişə sayqısızlığıdır.
İlk növbədə bu, dövlətin, xalqın mənafeyinin şəxsi mənafelərə qurban verilməsidir. Vəzifə tutmaq, prezident, parlament üzvü seçilmək, ermənilərin səsini qazanmaq naminə xalqı satmaqdır, demokratiyanı ayaqlar altına atmaqdır, beynəlxalq hüquq normalarına ləkə vurmaqdır.
Fransanın bəzi rəhbərləri, parlament üzvləri, siyasətçiləri demokratiya pərdəsi altında fransız xalqına xəyanət edirlər, ölkənin imicinə zərbə vururlar, öz şəxsi mənafeləri naminə böyük dövlətçilik ənənəsi olan bir ölkəni uğursuzluğa aparırlar. Əlbəttə, dünya ölkələri bunu görür, hiss edir və qiymətləndirirlər. Fransanın siyasi dairələrinin tutduğu yol, sözsüz ki, təəssüf doğurur.
Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May
Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb
01 May
VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində
01 May
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb
01 May
Səlahiyyətli nümayəndə Naxçıvanda voleybol idman sahəsi üzrə görülmüş işlərlə maraqlanıb...
01 May
“Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” mövzusunda...
01 May
Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki fikirləri Gürcüsta...
01 May
Bakı Forumu: Qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi
01 May
NAFSA-nın prezidenti: Azərbaycan hökumətinin müxtəlif mədəniyyətləri bir araya gətirməsi möhtəşəm bi...
01 May
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı görüşü təşkil olunub...
01 May
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!