16 Aprel 2025 17:12
448
DÜNYA
A- A+
Delfinlərlə ünsiyyət üçün «DolphinGemma» süni zəka modeli təqdim edilib

Delfinlərlə ünsiyyət üçün «DolphinGemma» süni zəka modeli təqdim edilib


Planetin ən ağıllı canlılarından biri hesab olunan delfinlər birr-birlərinə yeni bacarıqlar öyrədir və güzgüdə özlərini tanıya bilirlər. Onilliklərdir ki, alimlər delfinlərin ünsiyyət üçün istifadə etdikləri mürəkkəb fit və çıqqıltı səslərini anlamağa çalışırlar. “Google”un yeni açıq mənbəli süni zəka modeli və “Pixel” smartfonları bu məsələdə mühüm rol oynayıblar. Generativ süni zəkanın tətbiq oluna biləcəyi yeni sahələr axtaran “Google” “Wild Dolphin Project” (WDP) ilə əməkdaşlığa maraq göstərməyə başlayıb. Bu tədqiqat qrupu 1985-ci ildən bəri Atlantik ləkəli delfinlərinin davranışlarını və ictimai münasibətlərini öyrənir. WDP-nin qarşısında duran əsas vəzifələrdən biri delfinlərin çıxardıqları səslərin onların sosial qarşılıqlı əlaqəsinə necə təsir etdiyini təhlil etməkdir.

Delfinlərin “səsli ünsiyyət” strukturu və nümunələrini anlamaq, bu ünsiyyətin tam bir dil səviyyəsinə çatıb-çatmadığını müəyyənləşdirmək üçün vacibdir. İndiyədək toplanmış sualtı yazılar sayəsində tədqiqatçılar bəzi əsas hərəkətləri müəyyən səslərlə əlaqələndirə biliblər. Məsələn, onların müəyyən etmiş olduqları fit səsləri var ki, görünür, bunlar fərdi “adlar” kimi istifadə olunur və bu da iki fərqli delfinin uzaq məsafədən bir-birini tapmasına imkan verir. Delfinlər, həmçinin münaqişə zamanı alimlərin “çığırtı” adlandırdıqları səslənmə nümunələrini davamlı olaraq çıxarırlar. WDP-nin əsas məqsədi delfin dilində “danışmaq”dır.

Generativ süni zəka modeli “DolphinGemma” “Google” tərəfindən hazırlanmış açıq süni zəka modelləri olan “Gemma” əsasında qurulub. Bu model “Google”un hazırladığı “SoundStream” adlı audio texnologiyasından istifadə edir və “Wild Dolphin Project” tərəfindən toplanmış akustik arxivlə öyrədilib. Komanda ümid edir ki, “DolphinGemma” mürəkkəb ünsiyyət nümunələrini aşkar etməyə kömək edəcək və nəticədə ümumi bir lüğət yaratmaq mümkün olacaq.

Mütəxəssislər hesab edirlər ki, bu proqnozlaşdırılmış tokenlər elə səs ardıcıllıqları ola bilər ki, onları delfinlər anlaya bilsinlər. “Google DolphinGemma” modelini WDP-nin tədqiqat yanaşmasını nəzərə alaraq hazırlayıb. Alimlər sahə tədqiqatlarında “Pixel” smartfonlardan istifadə edirlər ki, bu da model üçün əlavə texniki tələblər yaradır. Süni zəka modellərini smartfon üzərində işə salmaq çətin vəzifədir, çünki bu cihazların resursları məhduddur. Model nə qədər böyük və funksional olarsa, bir o qədər çox operativ yaddaş və hesablama gücü tələb olunur.

Son bir neçə il ərzində WDP komandası Corciya Texnologiya İnstitutunda hazırlanmış və “Pixel 6” smartfonu əsasında qurulmuş “CHAT” (Cetacean Hearing Augmentation Telemetry) adlı cihazdan istifadə edir. Komanda “CHAT”ı delfin səslərini yazmaq, dinləmək və sintez etmək üçün tətbiq edir. 2025-ci ilin yay tədqiqat mövsümü üçün “Google WDP” komandasının üzvlərinə “Pixel 9” smartfonları təqdim edəcək. Bu, “CHAT” cihazına eyni anda həm dərin öyrənmə modellərini, həm də nümunə uyğunlaşdırma alqoritmlərini işə salmağa imkan verəcək.


 Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!