17 Dekabr 2021 17:11
1016
CƏMİYYƏT
A- A+

Daşkəsəndə Vətən müharibəsi şəhidi Rüstəm İsmayılovun xatirəsi anılıb  

Daşkəsənin Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi əsgər İsmayılov Rüstəm Üzeyir oğlunun anım mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri Rüstəm İsmayılovun məzarını ziyarət ediblər.

Rüstəm İsmayılov 1995-ci il avqustun 29-da Daşkəsən şəhərində doğulub. O, hərbi xidməti 2013-cü ildə ön xətdə yerləşən hərbi hissələrdən birində keçib. Ali təhsil alsa da, hərbidə çalışmağı seçib. Qısa zamanda öz xidmətində nümunəviliyi, vətənpərvərliyi, yoldaşlarına davranışı ilə seçilən Rüstəm, Vətən müharibəsində - 2020-ci il oktyabrın 2-də Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. Dekabr 17-də isə Daşkəsən rayonunun Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Rüstəm İsmayılov “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video