25 Avqust 2025 20:42
406
CƏMİYYƏT
A- A+
Daşkəsəndə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Daşkəsəndə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev avqustun 25-də Daşkəsəndə vətəndaşlarla görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə, əsasən Daşkəsən və Göygöl rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, Böyük Qayıdışla və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib. Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının prioritet istiqamət olduğu, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda vətəndaşlara bir daha xatırladılıb.

Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə onların işğaldan azad edilmiş ərazilərə, doğma yurda qayıdışını sürətləndirmək, orada təhlükəsiz və layiqli həyat şəraiti yaratmaqdır. Qayıdış prosesinin uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi onların diqqətinə çatdırılıb. Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

Azərbaycan səfiri etimadnaməsini Timor-Leste Prezidentinə təqdim edib  

18:19
02 Mart

Zelenski İran ətrafındakı vəziyyət fonunda HHM komplekslərinin tədarükündən danışıb

18:13
02 Mart

Yaxın Şərqdəki vəziyyət Ukraynaya silah tədarükünü gecikdirə bilər

18:03
02 Mart

“Yüksəliş” müsabiqəsinin qalibləri “Ədibin Evi”ndə: milli mətbuatın tarixinə nəzər

17:57
02 Mart

Rusiya XİN İran ətrafındakı gərginliyin artmasına son qoymağa çağırıb  

17:53
02 Mart

Hərbi əməliyyatlar neftin hasilinə, daşınmasına, istehsalına və satılmasına təsir edib

17:46
02 Mart

Zelenski İrandakı hadisələr fonunda Rusiya ilə danışıqlar barədə  

17:32
02 Mart

İqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədrləri görüşüb  

17:29
02 Mart

Almaniyada BMW və “Mercedes”lərin satışlarının qadağan edilməsi istənilir

17:26
02 Mart

BAEA: İranın nüvə obyektlərinə ziyan dəydiyinə dair heç bir əlamət yoxdur, lakin Tehran onlardan birinə hücum olunduğunu iddia edir  

17:18
02 Mart

Senator Lindsi Qrem: Havana məğlub olacaq

17:11
02 Mart

Rəsədxana: Geomaqnit sahəsi aktiv olacaq  

17:06
02 Mart

Azərbaycan və Küveyt XİN başçıları arasında telefon danışığı olub

17:02
02 Mart

Dövlət Agentliyi “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliyə aydınlıq gətirib

16:58
02 Mart

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib

16:51
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!