08 Aprel 2025 16:40
419
CƏMİYYƏT
A- A+
Daşgil palçıq vulkanları ətrafında ekoloji aksiya təşkil olunub  

Daşgil palçıq vulkanları ətrafında ekoloji aksiya təşkil olunub  


Aprelin 8-də Dövlət Turizm Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində yerləşən Daşgil palçıq vulkanlarının ətrafında ekoloji aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, müvafiq qurumların əməkdaşlarının, turizm sənayesi və media nümayəndələrinin, eləcə də turizm könüllülərinin iştirakı ilə təşkil olunan aksiya zamanı ərazi tullantılardan təmizlənib.

Qeyd edək ki, vulkanların təbii özünübərpa prosesi üçün tələb olunan zəruri müddət nəzərə alınaraq, mütəxəssislərin rəyi əsasında əraziyə giriş müvəqqəti dayandırılıb və burada informasiya, mühafizə köşkü fəaliyyətə başlayıb.

Daha sonra tədbir Palçıq Vulkanları Turizm Kompleksində davam etdirilib.

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib ki, fərqli turizm məhsulu olan Palçıq Vulkanları Turizm Kompleksi paytaxta gələn turistlərin ən çox səfər etdikləri məkanlar sırasındadır. Unikal təbiət hadisəsi kimi turistlərin diqqətini cəlb edən palçıq vulkanları ilə tanış olmaq üçün kompleks daxilində hərtərəfli şərait yaradılıb.

Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini 2024-cü ildə bilet alaraq ziyarət edənlərin sayı 663 459 nəfər (460 331 nəfəri xarici vətəndaş, 203 128 nəfər Azərbaycan vətəndaşı) təşkil edib. Əvvəlki illərdən fərqli olaraq, 2024-cü ildə ziyarətçilərin təxminən 70 faizini əcnəbilər təşkil edib. Bununla da 2023-cü illə müqayisədə xarici turistlərin sayında 48 faiz artım müşahidə olunub.

Qeyd edək ki, məktəblilər, əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailələri, 12 yaşınadək xarici turistlər qeyd edilən kompleks, qoruq və muzeylərə ödənişsiz giriş haqqına sahibdirlər. 2024-cü il ərzində ödənişsiz giriş haqqı olan 107 213 nəfər müvafiq kompleks, qoruq və muzeyləri ziyarət edib.

Cari ilin ilk üç ayı ərzində isə Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini, o cümlədən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu, Şəki Dövlət Rəsm Qalereyası, “Kiş” Tarix-Memarlıq Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Lahıc Tarix Diyarşünaslıq Muzeyi, “Diri baba” türbəsi və Palçıq Vulkanları Turizm Kompleksini ümumilikdə 123 761 xarici, 30 430 yerli turist bilet alaraq ziyarət edib.

2025-ci ilin birinci rübünün bu göstəriciləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, ümumi turistlərin sayında 73 faiz, sadəcə xarici turistlərin sayında isə 99 faiz artım deməkdir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!