09 Yanvar 2026 11:39
332
CƏMİYYƏT
A- A+
Daşaltı və Tuğ kəndlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin, Şuşa şəhərinin turizm inkişaf konsepsiyaları hazırlanıb  

Daşaltı və Tuğ kəndlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin, Şuşa şəhərinin turizm inkişaf konsepsiyaları hazırlanıb  


Qarabağ və Şərqi Zəngəzurun zəngin turizm potensialı bölgənin Azərbaycanın əsas turizm zonalarından birinə çevrilməsinə imkan verir. Bərpa-quruculuq işlərinin aparılması və sakinlərin doğma yurda qayıdışı ilə paralel olaraq bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün də tədbirlər görülür.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-ın bölgə müxbirinin sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad edilmiş əraziləri daxili turizm üçün əlçatan və keyfiyyətli destinasiyaya çevirmək, perspektiv imkanlardan səmərəli istifadəyə nail olmaq əsas strateji baxış kimi müəyyənləşdirilib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın məqsədlərindən biri kimi, “Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq” müəyyən edilib. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda strateji çərçivənin müəyyənləşdirilməsi, institusional inkişaf, turizm destinasiyalarının inkişafı, turistlər üçün zəruri infrastruktur layihələrinin icrası, turizm məhsullarının inkişafı, turizm və rekreasiya zonalarının formalaşdırılması, turizm əhəmiyyətli tədbirlərin keçirilməsi, marketinq və kommunikasiya tədbirlərinin həyata keçirilməsi əsas istiqamətlərdir.

Bütövlükdə, bölgənin iqtisadi rayonları üzrə turistik ərazilərin potensialı qiymətləndirilib və burada diqqətçəkən resurslar üzərində konsepsiyalar hazırlanıb, turizm və rekreasiya zonalarının yaradılması ilə bağlı təkliflər təqdim edilib. Daşaltı və Tuğ kəndlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin, Şuşa şəhərinin turizm inkişaf konsepsiyaları hazırlanıb, azad edilmiş ərazilərin mədəni irsi araşdırılaraq mədəni turizmyönümlü inkişafı qiymətləndirilib.

Turizm infrastrukturunun yaradılması istiqamətində görülən işlər çərçivəsində 2023-cü ilin oktyabrında Suqovuşan qəsəbəsində su anbarının ətrafında yaradılan parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb.

Həmçinin Füzuli rayonundan başlayaraq “Zəfər yolu” turizm marşrutu üzrə səfər proqramı hazırlanıb.

Dövlət Turizm Agentliyinin tabeliyində “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılmasını, Qarabağ Regional Turizm İdarəsinin formalaşdırılmasını institusional çərçivədə bölgənin turizm imkanlarının səmərəli istifadəsi üzrə əhəmiyyətli tədbirlərdən hesab etmək olar.

Ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə, onlayn platformalarda Qarabağın turizm potensialı geniş şəkildə marketinq və kommunikasiya tədbirləri keçirilir, beynəlxalq ictimaiyyətə tanıdılır.

“2022-ci ilə Şuşada keçirilən I Beynəlxalq Kulinariya festivalı, 2023-cü ildə Ağdamda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda I elmi-praktiki konfrans, “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans, Şuşa şəhərində təşkil olunan beynəlxalq qastronomiya günü, həmçinin “Azərbaycan sağlamlıq turizmi konfransı: inkişaf imkanları” mövzusunda beynəlxalq konfrans kimi tədbirlər də Qarabağın turizm potensialının tanıdılması işinə dəstək olub. Bu kimi tədbirlər həm də bölgənin gələcəkdə işgüzar turizm imkanlarını tanıdılması işinə töhfədir”, - deyə Agentlikdən bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Misir arasında qadın hüquqları sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

23:55
01 Fevral

Uğurlu gənclər siyasəti dövlətin təhlükəsizliyini və inkişafını təmin edir

20:58
01 Fevral

Denis Şmıqal: Ukraynada enerji işçilərinə qarşı hədəflənmiş hava hücumu edilib, 15 nəfər həlak olub YENİLƏNİB  

20:33
01 Fevral

Ötən il Gürcüstandan rekord sayda xarici ölkə vətəndaşı deportasiya edilib  

19:22
01 Fevral

Almaniya Bundestaqının sabiq sədri vəfat edib

19:06
01 Fevral

Misli Premyer Liqası: "Neftçi" üç xalı dörd qolla qazanıb

17:59
01 Fevral

Xizək yarışı üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  

17:49
01 Fevral

Azərbaycan Qahirədə qadın hüquqlarına həsr olunmuş beynəlxalq konfransda təmsil olunur  

16:08
01 Fevral

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

15:58
01 Fevral

Avropa mediasında yeni təhlükəsizlik müzakirələri: “Avrasiya müqaviləsi” ideyası gündəmdədir  

15:46
01 Fevral

Ukrayna və Rusiya nümayəndələrinin növbəti görüşünün vaxtı açıqlanıb

14:57
01 Fevral

“Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb  

14:28
01 Fevral

BMT-nin Baş katibi: Təcili tədbirlər görülməzsə, təşkilatımızı maliyyə iflası gözləyir  

13:03
01 Fevral

Zelenski: Yanvarda Rusiya Ukraynaya 6 mindən çox dron, 158 raket atıb  

12:58
01 Fevral

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

12:47
01 Fevral

2018-2025-ci illərdə sosial sığorta daxilolmaları 3 dəfəyə yaxın artıb

12:11
01 Fevral

Azərbaycan güləşçilərinin reytinq cədvəli açıqlanıb

11:17
01 Fevral

BMT-də süni intellektin uşaqlar üçün artan təhlükələri barədə xəbərdarlıq edirlər  

10:46
01 Fevral

Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olunub  

23:22
31 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:03
31 Yanvar

Zelenski: Putinlə görüş olmadan ərazi məsələlərinin həlli mümkünsüzdür  

20:31
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!