01 Noyabr 2025 09:10
792
Mədəniyyət
A- A+
Dahi bəstəkarın yubileyinə dəyərli töhfələr

Dahi bəstəkarın yubileyinə dəyərli töhfələr


Xalqımızın hər zaman iftixarla anaraq adını uca tutduğu Üzeyir bəy Hacıbəylinin 140 illik yubileyi bu ilin yaddaqalan mədəni hadisələrindən birinə çevrilib. Dövlət başçısı İlham Əliyev fevralın 3-də "Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb. 

Sərəncamda qeyd olunub ki, Üzeyir bəy Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir: "Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir".

Doğma xalqının tarixini, mədəniyyətini, incəsənətini, mətbuatını çoxşaxəli fəaliyyəti, dühası ilə zənginləşdirən, dünyaya tanıdan bu böyük şəxsiyyətin irsinə  hər zaman ehtiramla yanaşır, bu gün də Üzeyir bəydən öyrənirik. Bu baxımdan  Azərbaycanın milli klassik musiqisinin və professional bəstəkarlıq məktəbinin banisi, ilk milli operanın müəllifi, görkəmli maarifçi, dramaturq və publisist Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Böyük Britaniyanın BP şirkəti təqdirəlayiq işlər həyata keçirib. Belə ki, BP şirkətinin sponsorluğu ilə Üzeyir bəy Hacıbəylinin 140 illik yubileyi çərçivəsində dahi bəstəkarın Bakıdakı ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcovun və muzey əməkdaşlarının birgə təşəbbüsü və əməyi nəticəsində silsilə nəşrlər hazırlanaraq işıq üzü görüb. 

Həmin nəşrlərdən biri "Ömür albomu" adlandırılıb. "Ömür albomu"nun layihə rəhbəri və ideya müəllifi Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, tərtibçiləri isə muzeyin əməkdaşları Nərgiz Qədirova və Xanım Həsənxanovadır. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyndir.

Nəfis tərtibatda nəşr olunmuş "Ömür albomu" Üzeyir bəyin həyat və yaradıcılığını, ictimai fəaliyyətini, musiqi irsini əks etdirir. Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcovun kitaba yazdığı "Ön söz"də bildirdiyi kimi, bu böyük şəxsiyyətin - Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılıq salnaməsi mənalı ömür dəqiqələri, ecazkar ilhamının böyük uğurları, maarif və mədəniyyətimizin tərəqqisi yolunda yorulmadan apardığı gərgin mübarizə anları, xalqına və doğma yurduna sonsuz məhəbbəti ilə bağlıdır. 

Kitabdakı fotoşəkillər, sənədlər, illüstrasiyalar, afişalar Üzeyir bəyin ömür yolunun müxtəlif mərhələlərini, ailə üzvlərini, dostlarını, əməkdaşlıq etdiyi insanları, həmçinin böyük şəxsiyyətin pedaqoji və publisistik fəaliyyətini, Azərbaycan musiqisinin inkişafına verdiyi əvəzsiz töhfələri bir daha tanıdır. Eyni zamanda "Ömür albomu" bu görkəmli sənətkarın xalqına olan məhəbbətini, onun milli-mədəni irsinə bağlılığını əks etdirir.

"Unudulmaz incilər" (partituralar) adlı digər nəşrin redaktoru Sərdar Fərəcov, məsul redaktoru Fərid Hüseyn, ingilis dilinə tərcümə edən Tamam Bayatlıdır.

Bu kitaba yazdığı "Ön söz"də Sərdar Fərəcov Azərbaycanın dünyaşöhrətli bəstəkarı Üzeyir bəy Hacıbəylinin yaradıcılığının hər zaman diqqət mərkəzində olduğuna, öyrənildiyinə və araşdırıldığına diqqəti çəkib. Qeyd edib ki, bütün bunlara rəğmən bəstəkarın arxivində hələ də öz tədqiqatçılarını gözləyən xeyli əsərlər vardır ki, onların arasında opera, kantata, mahnı və digərlərini göstərə bilərik. "Unudulmaz incilər" kitabı bu mənada dahi bəstəkarın yubileyinə dəyərli töhfədir. 

"Unudulmaz incilər"ə "Milli marş", "Şeyx Sənan" operasından üç fraqment ("Müqəddimə", "Qızların xoru", "Şeyx Sənanın eşq etirafı"), "Çırpınırdın, Qara dəniz", "Simfonik rəqslər ¹1", "Simfonik rəqslər ¹2", "Bahar nəğməsi", "Aşıqsayağı" əsərləri daxildir.

BP şirkətinin sponsorluğu ilə işıq üzü görmüş digər nəşr - "Uşaqlara hədiyyə (səs və fortepiano üçün mahnılar)" Üzeyir bəy Hacıbəylinin 140 illiyinin qeyd olunduğu bir vaxtda uşaqlara əvəzolunmaz hədiyyədir. Sərdar Fərəcovun qeyd etdiyi kimi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli yaratdığı möhtəşəm operalar, operettalar, kantatalar, kamera və orkest əsərləri ilə yanaşı, uşaqları da unutmamış, onların mənəvi aləmini zənginləşdirən çox gözəl, oynaq və mənalı mahnılar bəstələmişdir: "İstər Hadrutda, istərsə də Bakıda "Səadət" məktəbində çalışdığı illərdə Üzeyir bəy uşaqları xüsusi sevgi, diqqət, qayğı ilə əhatə etmiş, onların təlim və tərbiyəsində musiqinin əhəmiyyətini hər zaman ön planda tutmuşdur". 

Üzeyir bəy Hacıbəylinin uşaq mahnılarının mövzularının çoxşaxəli olduğunu diqqətə çatdıran Sərdar Fərəcov yazıb: "Bu mahnılarda təbiət, insan əməyi, ailə-məişət səhnələri, bayramlar və digər mövzular əksini tapmışdır. Bu gözəl mahnıların sözləri görkəmli Azərbaycan şairləri Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Abbas Səhhət, Mirmehdi Seyidzadə və başqalarına aiddir. Hətta ədəbiyyatşünas Firudin bəy Köçərli 1910-cu ildə Abdulla Şaiqin yazdığı "Gözəl bahar" pyesi əsasında yeni bir operetta yazmaq təşəbbüsü ilə Üzeyir bəyə müraciət etmişdir".

Üzeyir Hacıbəylinin ev-muzeyinin Ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri, gənc bəstəkar Vəfa Bağırzadənin tərtib etdiyi məcmuədə 8 mahnı  - "Uşaqlara hədiyyə"də "Çıxdı günəş", "Ninni", "Pilotlar", "Səhər-səhər yaz çağı", "Beşik başında", "Bir quş düşdü havadan", "Bayram günü", "Şəfəq sökülərkən"  mahnıları yer alıb.

Bu nəşrin də redaktoru Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, məsul redaktoru Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn, ingilis dilinə tərcümə edəni Tamam Bayatlıdır.

Yeni nəşrlərin təqdimatı ilə bağlı şirkətin yaydığı məlumatda bildirilib ki,  BP Azərbaycanın mədəniyyət tarixinin zirvəsində duran nəhəng şəxsiyyətlərdən biri, xalqın milli klassik musiqisinin və professional bəstəkarlıq məktəbinin banisi, ilk milli operanın müəllifi, görkəmli maarifçi, dramaturq və publisist Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140 illiyini Azərbaycan xalqı ilə birlikdə bayram etməkdən qürur duyur. "Bu əlamətdar hadisə münasibətilə BP dahi bəstəkarın misilsiz irsinin qorunmasına töhfə olan xüsusi kitablar komplektinin nəşrinə dəstək verib.

Layihə Azərbaycanın mədəni irsinin, o cümlədən onun zəngin tarixinin və əsrarəngiz sənət xəzinəsinin təbliği və tədqiqinə dəstək istiqamətində BP-nin davamlı öhdəliyini əks etdirir".


Z.FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!