15 Noyabr 2024 15:47
139
CƏMİYYƏT
A- A+
COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə etiraz aksiyası keçirib

COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə etiraz aksiyası keçirib

COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə Mavi Zonada etiraz aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiyada müstəmləkə güclərinin istismar siyasətinin və onun ağır nəticələrinin, xüsusilə ətraf mühitə və yerli xalqların sağlamlığına vurduğu ziyanın aradan qaldırılması tələb olunub. Yerli xalqların nümayəndələri kolonial dövlətlər tərəfdən Dənizaşırı ərazilərdə insan hüquqlarının kobud pozulması və bu müstəmləkələrdə keçirilən nüvə sınaqlarının yerli xalqlara vurduğu ağır ziyanı qınayıblar.

Aksiya dənizaşırı ərazilərin sakinləri tərəfindən səslərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə təşkil edilib. Nümayəndələr bu ərazilərdə müstəmləkə güclərinin zərərli fəaliyyətlərindən yaranan problemlərin həlli ilə bağlı konkret tələbləri öz şüarlarında əks etdiriblər. Şüarlar arasında “Dənizaşırı ərazilərdə insan hüquqlarının pozulmasını dayandırın”, “Zərərçəkən əhaliyə kompensasiya ödənilsin”, “Ətraf mühitə vurulan ziyan bərpa edilsin”, “Yerli xalqların səsini eşidin” və “dənizaşırı ərazilərdə nüvə sınaqlarının təsirləri insanları öldürür” yer alıb.

Aksiya iştirakçıları müstəmləkəçiliyin müasir dövrdəki təsirlərinin ciddi şəkildə araşdırılmasını və bu məsələ ilə bağlı beynəlxalq birliyin ciddi addımlar atmasının vacibliyini vurğulayıblar. Onlar həmçinin, müstəmləkəçilik dövründən sonra da davam edən istismar və hüquq pozuntularına qarşı təcili tədbirlər görməyin vacibliyini bəyan ediblər. İştirakçılar müstəmləkəçilik əleyhinə daha geniş beynəlxalq həmrəyliyin qurulması və yerli xalqların haqlarının təmin olunması üçün daha güclü siyasi və hüquqi addımlar atılması ilə bağlı çağırış ediblər.

Xatırladaq ki, bu, COP29 çərçivəsində Mavi Zonada Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən birinci aksiyadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: “Mədəniyyətə əsaslanan iqlim fəaliyyətinin dostları Qrupu”nun ilk şərtlər toplusu təsdiqlənib  

20:52
15 Noyabr

COP29: “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı panel iclas keçirilib YENİLƏNİB-3 

20:52
15 Noyabr

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

20:47
15 Noyabr

Tonqanın Qanunvericilik Məclisinin sədri: Kiçik ada dövlətləri iqlim ədalətsizliyi ilə üzləşib  

20:45
15 Noyabr

Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri Milli Azərbaycan Tarixi Muzeyində olub  

20:40
15 Noyabr

Azərbaycan hərbi qulluqçuları "Mavi Balina - 2024" təlimində iştirak ediblər  

20:39
15 Noyabr

Ekspert: COP29-da iştirak etməməsi Fransanın beynəlxalq nüfuzuna zərbə vurur  

20:37
15 Noyabr

Avropa İttifaqının iqlim üzrə xüsusi elçisi: Azərbaycanın yaşıl enerji sahəsində böyük potensialı var  

20:36
15 Noyabr

Qazaxıstan Prezidenti: Azərbaycana planlaşdırılmış taxıl tədarükü başlayıb  

20:34
15 Noyabr

Moskvada Vaşinqtonla dialoqun bərpasına “cüzi ümid” yaranıb  

18:37
15 Noyabr

COP29 çərçivəsində "Bərpa olunan enerjiyə investisiya: Davamlı gələcəyə aparan yollar" mövzusunda tədbir keçirilib  

18:27
15 Noyabr

Leysan yağacaq, rayonlarda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ  

18:26
15 Noyabr

Albaniya Parlamentinin sədri Azərbaycana səfərə gəlib  

17:48
15 Noyabr

“Xiaomi” yeni cihazını satışa çıxartmağa hazırlaşır  

17:42
15 Noyabr

Bu böcəklərin sürfələrinin plastik material emal etdikləri aşkarlanıb  

17:41
15 Noyabr

ABŞ-də ermənilər ayı kostyumunda sığorta dələduzluğu ediblər  

17:40
15 Noyabr

23 yaşadək cüdoçularımız Avropa çempionatına yollanıblar  

17:38
15 Noyabr

Baş nazir Əli Əsədov Ümumdünya Yaşıl İqtisadiyyat Təşkilatının sədri ilə görüşüb  

17:30
15 Noyabr

BMT rəsmisi “ASAN xidmət”də olub  

17:29
15 Noyabr

Azərbaycanda yaşıl enerji və infrastrukturun inkişafı üzrə layihələrin həyata keçirilməsi müzakirə olunub  

17:24
15 Noyabr

“Bavariya”nın futbolçusu həyat yoldaşına təyyarə hədiyyə edib

17:24
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!