COP29-a hazırlıq işləri davam edir
Ölkəmizin evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas mövzuları təbiətin, ətraf mühitin qorunması, yaşıllıqların qurulması, biomüxtəliflik, "yaşıl enerji" və digər prioritet sahələrdir.
Bütün dünya üçün olduqca əhəmiyyətli məsələlərin əhatə olunacağı bu beynəlxalq tədbirin respublikamızda təşkil edilməsi mühüm hadisəyə çevriləcək.
Hazırda COP29-a hazırlıq işləri uğurla davam etdirilir. Sözügedən beynəlxalq tədbirlə bağlı aprelin 15-də COP29-un baş qərargahında təşkil olunan ilk mətbuat konfransında edilən çıxışlar da bunu təsdiq etdi. COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev konfransa hazırlıq işlərindən danışdı. Vurğuladı ki, COP29-un ölkəmizdə keçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür. Muxtar Babayev Azərbaycanın dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-a sədrliyi üzərinə götürdüyünü xatırlatdı. O, ölkəmizin COP29-a sədrliyi və evsahibliyi etməsi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət göstərəcəyini bildirdi.
"Yaşıl keçid" Azərbaycanın milli prioritetləri sırasındadır" deyən COP29-un müəyyən olunmuş prezidenti ölkəmizin metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulduğunu və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılmasının hədəf kimi müəyyən edildiyini xatırlatdı: "Azərbaycan baza ili - 1990-cı illə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaldılmasını hədəfləyir".
Muxtar Babayev bu gün Azərbaycanın da qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişikliyinin fəsadları ilə üzləşdiyini söylədi. O, çaylarda və Xəzər dənizində suyun azalması, səhralaşma kimi problemləri qeyd etdi.
Azərbaycanın COP29-a evsahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşdığını vurğulayan COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirdi ki, COP29 danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur, danışıqların uğurlu nəticələnməsi üçün mümkün həll yolları üzərində fəal iş aparılır.
Bu tədbirin "yaşıl enerji"yə keçidin sürətləndirilməsi üçün geniş müzakirə və fəaliyyət platforması olacağını nəzərə çatdıran COP29-un baş icraçı direktoru Elnur Soltanov Azərbaycanın indiyədək bu istiqamətdə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanların yaranacağına əmin olduğunu dedi: "Azərbaycanın rolu sadəcə evsahibliyi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada bu ilin noyabr ayında Bakı bütün dünyanın diqqət mərkəzində olacaq".
Bildiyimiz kimi, ölkəmiz dünyada bir çox beynəlxalq tədbirə evsahibliyi edib. COP29 isə iştirakçı sayına və miqyasına görə ən böyük tədbir olacaq. Bakı Olimpiya Stadionu tədbirin keçiriləcəyi məkan olaraq seçilib. Bu qərar BMT ilə məsləhətləşmələr və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul olunub. Mətbuat konfransında COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova indiyədək bu məkanda keçirilən böyükmiqyaslı tədbirlərdə infrastrukturun effektiv istifadəsi və dayanıqlılığının tam təmin edildiyini diqqətə çatdırdı. Bildirdi ki, COP29 zamanı təşkil olunacaq Göy və Yaşıl zonalar stadion ərazisində kompakt şəkildə təşkilat komandası ilə koordinasiyalı şəkildə hazırlanır. Konfransın bütün plenar sessiyalarının vahid məkanda təşkili üçün stadion ətrafında konstruksiyalar quraşdırılacaq.
Vətəndaş cəmiyyəti nümayəndələrinin və özəl sektorun COP29-da iştirakından bəhs edən COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai onların mühüm qərarların müzakirəsi və qəbuluna cəlb edilməsinin vacibliyini qeyd etdi.
Gənclərlə bağlı fəaliyyət istiqamətlərinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında önəmli yer aldığını, bu sahədə mövcud təcrübələrin və qlobal layihələrin əhəmiyyətini vurğulayan COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova isə mətbuat nümayəndələrinə gənclərin inkişaf və təcrübə mübadiləsi istiqamətlərinin genişləndirilməsinə, qlobal proseslərdə onların iştirakçılığının təmin olunmasına yönəlmiş tədbirlərdən söz açdı.
Mətbuat konfransı həm də COP29-un loqosunun ictimaiyyətə təqdim edilməsi ilə yadda qaldı. Bildirildi ki, COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub YENİLƏNİB - 3
02 May
Qarabağda və Şərqi Zəngəzurda xüsusi əhəmiyyət daşıyan təxminən 35 mədəni irs nümunəsi mənfi təsirə ...
02 May
Azərbaycan və Argentina arasında işçi qrupunun ikinci iclasının keçirilməsi müzakirə edilib ...
02 May
Yazıçı-dramaturq Hüseynbala Mirələmova Türkiyənin ASES təşkilatının xüsusi mükafatı təqdim edilib - ...
02 May
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib - YENİLƏNİB
02 May
Bakıda mədəni irsin mühafizəsində qanunvericiliyin rolu ilə bağlı parlamentlərarası konfrans keçiril...
02 May
Aİ-nin dərmanlara nəzarət orqanı COVID-19 vaksinini yeniləməyə çağırıb
02 May
Bakıda Şri-Lanka vətəndaşlarından hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb ...
02 May
Azərbaycanın pravoslav xristian icmasına
02 May
Dini liderlərin Şuşa Bəyannaməsi
02 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!