12 Noyabr 2025 12:47
306
İQTİSADİYYAT
A- A+
Çin şirkətinin Xəzərdə 200 MVt gücündə külək enerjisi layihəsini icra edəcəyi tarix açıqlanıb 

Çin şirkətinin Xəzərdə 200 MVt gücündə külək enerjisi layihəsini icra edəcəyi tarix açıqlanıb 


Dünyada qlobal dəniz külək enerjisi tutumunun 2030-cu ilə qədər üçqat artacağı gözlənilir. Hədəflər üzrə lider mövqeyini qoruyan Avropada 15 ölkə 2030-cu ilə qədər 99 giqavat dəniz gücü qurmağı planlaşdırır. Azərbaycanda isə dekarbonizasiya və dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq, uzunmüddətli perspektivdə infrastrukturun inkişafı və investisiya cəlb edilməsilə 2040-cı ilə qədər dənizdə 7,2 giqavat ümumi qoyuluş gücündə külək elektrik qurğularını quraşdırmaq potensialı var. Bəs 2030-cu ilədək Azərbaycanın enerji balansına dənizdən neçə giqavat enerji inteqrasiyası gözlənilir və bu istiqamətdə imzalanmış müqavilələrdə irəliləyişlər hansı səviyyədədir?

Mövzu ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Energetika Nazirliyindən bildirilib ki, 2024-cü ilin noyabr ayında Çin Xalq Respublikasının “China Energy Overseas Investment Co., Ltd.” şirkəti ilə Xəzər dənizində külək enerjisi potensialının öyrənilməsi məqsədilə anlaşma memorandumu imzalanıb və bu çərçivədə 2030-cu ilədək ilkin mərhələdə 200 meqavat gücündə pilot layihə olmaqla, ümumilikdə 2 giqavat gücündə dənizdə külək enerjisi layihəsinin icrası nəzərdə tutulur.

“Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavat külək enerjisi potensialı müəyyən olunub ki, bu potensialdan istifadə istiqamətində bir sıra investor şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanıb. Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının qiymətləndirilməsi istiqamətində ölçmə və müşahidə işləri aparılır, müvafiq dəniz akvatoriyalarının bərpaolunan enerji zonaları kimi müəyyənləşdirilməsi üzrə fəaliyyətlər davam etdirilir. Həmçinin “ACWA Power”, “Masdar” və “SOCAR Green” şirkətlərinin birgə yaratdığı “Caspian Breeze” Konsorsiumu, eləcə də “China Energy Overseas Investment Co., Ltd.”, “China Datang Overseas Investment Co. Ltd.” və “PowerChina Resources Limited” şirkətləri ilə əməkdaşlıq edilir.

Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “WindEurope” arasında külək enerjisi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu külək enerjisi komponentlərinin yerli və Avropa mənbələrindən əldə edilməsi imkanlarının araşdırılması, külək enerjisi layihələrinin tətbiqi, istehsal olunan elektrik enerjisini təmin etmək üçün interkonnektorların inkişafı ilə bağlı bilik və qabaqcıl təcrübə mübadiləsinin aparılması, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə imzalanıb”,- deyə nazirliyin açıqlamasında bildirilir.

Həmçinin vurğulanıb ki, Xəzər dənizinin külək enerjisi potensialının yaşıl enerji dəhlizləri vasitəsilə ötürülməsi prioritet istiqamətlərdəndir: “2032-ci ildən etibarən mərhələli şəkildə 4 giqavat gücün “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə ixrac olunması planlaşdırılır. Layihənin texniki-iqtisadi əsaslandırmasının gələn ilin əvvəlində yekunlaşması gözlənilir. Eyni zamanda, COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş imzalanıb. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə qərargahı Bakıda yerləşən “Yaşıl Dəhliz Birliyi” MMC Birgə Müəssisəsi təsis edilib və yaxın zamanda Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankının maliyyə dəstəyi ilə layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanacaq. Eyni zamanda, cari ilin aprel ayında imzalanmış memoranduma əsasən, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsinin Texniki Tapşırıq sənədi hazırlanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!