18 Aprel 2024 12:48
138
DÜNYA
A- A+

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir  

 

Çinin xarici işlər naziri Vanq Yi cümə axşamı bildirib ki, ölkəsi Fələstinin BMT-yə tam üzv olmaq istəyini dəstəkləyir.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurası cümə axşamı günü Fələstinin BMT-nin tamhüquqlu üzvü olmasına dair qətnamə layihəsinə səs verəcək.

Qətnamənin qəbul edilməsi üçün BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çindən heç birinin əleyhinə səs verməmək şərti ilə doqquz lehinə səs tələb olunur.

Fələstin hazırda təşkilata qeyri-üzv müşahidəçi dövlətdir və bu status ona 2012-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən verilib.

Çinin xarici siyasət idarəsinin başçısı deyib: “İsrail-Fələstin münaqişəsi humanitar fəlakətə səbəb olub. Dərhal və qeyd-şərtsiz atəşkəs təmin edilməli və gərginliyin daha da artmasının qarşısını almaq üçün humanitar yardım mexanizmi yaradılmalıdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video