22 Avqust 2025 08:20
8850
Səhiyyə
A- A+
Çikunqunya virusu sürətlə yayılır

Çikunqunya virusu sürətlə yayılır


16 ölkə, 240 mindən çox yoluxma halı, 90 ölüm hadisəsi


Son həftələr dünyanın bəzi ölkələrində daha bir öldürücü virus yayılmağa başlayıb. Rəsmi məlumatlara görə, bu il 16 ölkədə 240 mindən çox çikunqunya virusuna yoluxma halı, 90 ölüm hadisəsi qeydə alınıb. Bu virusda da Çinin adı hallanır. Belə ki, Çinin Foşan şəhəri epidemiyanın episentrinə çevrilib. 

Səlahiyyətlilər çikunqunyanın ölkəyə iyul ayında gətirildiyini iddia etsələr də, virusun haradan gəldiyi dəqiqləşdirilməyib. Ağcaqanadlarla ötürülən virus artıq Çinin cənubundan Tayvan boğazını keçib. Tayvanda ilk çikunqunya qızdırması halı avqustun 8-də Foşanı ziyarət edən və iyulun 30-da oradan qayıdan qadında qeydə alınıb.

"South China Morning Post"un məlumatına görə, Honq Konqun Ətraf Mühit və Ekologiya üzrə katibi Tse Çin-van çikunqunya hadisələrinin artması ilə mübarizə üçün yeni bir addım atacaqlarını bildirib. Katib gələn aydan başlayaraq, nəzarət qruplarının çatmaqda çətinlik çəkdiyi təpələr kimi ərazilərdə pestisidləri səpmək üçün sınaq məqsədilə robot itlərdən istifadə edəcəklərini açıqlayıb. İsti havalarda virusla mübarizə aparan işçilərin yükünü azaltmağı hədəflədiklərini ifadə edən Tse Çin-van bu sınaq müvəffəqiyyətli olarsa, daha çox robot it alacaqlarını bildirib. Bununla bərabər ölkənin bəzi bölgələrində meşəlik ərazilərə PUA-larla dərman səpiləcək.

İnsanlar arasında ciddi narahatlıq doğuran, əsasən, tropik və subtropik bölgələrdə yayılan virus ilk dəfə 1952-ci ildə Tanzaniyada aşkarlanıb və adını yerli dil olan kimakonde dilindəki "ikiqat əyilmiş şəxs" ifadəsindən alıb. Bu, virusun yaratdığı ciddi əzələ və oynaq ağrılarının şiddətini təsvir edir. İnfeksiya "Aedes aegypti" və "Aedes albopictus" növündən olan ağcaqanadlar vasitəsilə yayılır. Onlar Afrika, Asiya, Amerika və Cənubi Avropada yaşasalar da, qlobal istiləşmə əhatə dairəsinin genişlənməsinə səbəb olur. Bu ağcaqanadlar, həmçinin Zika və Dang viruslarını da yayırlar.

 Yalnız ağcaqanad dişləməsi ilə bədənə daxil olan virus tez qana nüfuz edir və həyati təhlükəsi olan sitokin fırtınasına səbəb olur. Sitokin immun sistemi hüceyrələri tərəfindən ifraz olunan və hüceyrələr arası əlaqəni təmin edən kiçik, zülal mənşəli siqnal molekullarıdır. Onlar həm də iltihabi proseslərin tənzimlənməsində və mikroblara qarşı bədənin müdafiə sisteminin formalaşmasında mühüm rol oynayırlar. Sitokin fırtınası zamanı ən çox oynaqlar və sinir sistemi təsirlənir. İnkubasiya dövrü, adətən, 2-7 gün davam edən virusun əlamətləri arasında yüksək hərarət, baş ağrısı, yorğunluq, dəri səpgiləri və ürəkbulanma yer alır. Əksər simptomlar bir neçə həftəyə qədər davam etsə də, bəzi hallarda oynaq ağrıları aylarla uzanır. Böyük Britaniyanın "Wellcome Sanger Institute"nun virusa nəzarət bölməsinin rəhbəri Rocer Hyusonun sözlərinə görə, çikunqunya tarixdə ən yüksək qızdırma ilə müşayiət olunan xəstəlikdir. O, xroniki xəstəliyi olanlar üçün xüsusilə təhlükəlidir.

Çikunqunya virusunun diaqnozu üçün antikorların və virusun genetik materialının aşkarlanması testlərindən istifadə edilir. İnfeksiya hava-damcı yolu ilə yayılmadığı üçün tibbi maskalardan istifadənin heç bir əhəmiyyəti yoxdur. Qorunma yalnız ağcaqanadlarla mübarizə yolu ilə mümkündür. Alimlər deyirlər ki, perspektivli üsullardan biri virusun çoxalmasına mane olan xüsusi bakteriyalarla həşəratları yoluxdurmaqdır. Çikunqunya virusunun qarşısını almaq ağcaqanad dişləməsindən qorunmaq, torlardan istifadə, təhlükəli regionlarda uzunqollu paltarlar geyinmək,  ağcaqanad əleyhinə sprey və losyonlardan istifadə, su qabları və çənlərin üstünün örtülməsi, şəxsi və ətraf mühit gigiyenasına riayət etmək tövsiyə edilir. 

Hazırda çikunqunya virusuna qarşı spesifik bir müalicə mövcud deyil. İctimai maarifləndirilmə və ağcaqanadlara qarşı mübarizə proqramları xəstəliyin yayılmasının qarşısını almaqda əsas rol oynayır. 2023-cü ildə ABŞ-də çikunqunyaya qarşı peyvənd təsdiqlənsə də, digər ölkələrdə araşdırmalar aparılır. Müalicə üçün istirahət, maye qəbulunun artırılması, ağrıkəsici və hərarətsalıcı dərmanların istifadəsi tövsiyə edilir.

 Mütəxəssislər bildirirlər ki, çikunqunya virusunun pandemiya ehtimalı çox azdır. Bunun üçün ağcaqanad daşıyıcılarının diapazonu genişlənməli, onlar soyuq iqlimə uyğunlaşmalıdırlar. Bu isə yalnız virus laboratoriya şəraitində mutasiyaya uğradılarsa, mümkün ola bilər. 

Həkim-infeksionistlər qeyd edirlər ki, sözügedən virus hələ ki, endemik xarakter daşıyır, xüsusi bölgələrdə yayılır. Yoluxma və yayılma halları daha çox Cənubi Amerikada, Asiyanın bəzi yerlərində, Şərqi Asiya, Hindistan və Çində müşahidə edilir. Azərbaycanda çikunqunya virusunun yayılması üçün isə uyğun iqlim şəraiti yoxdur. Amma iqlim dəyişmələri səbəbindən gələcəkdə bunun mümkün olacağı istisna edilmir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

Müstəqil və qüdrətli Azərbaycan Heydər Əliyev siyasətinin ən parlaq təcəssümüdür

14:56
13 İyun

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

14:36
13 İyun

Vəkillər Kollegiyasının təşkilatçılığı ilə hüquq qurumları arasında ilk dəfə “Hüquq Liqası 2026” şahmat turniri keçirilib  

14:25
13 İyun

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb

13:58
13 İyun

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

13:18
13 İyun

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq  

12:59
13 İyun

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

12:49
13 İyun

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər

12:23
13 İyun

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

12:10
13 İyun

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

12:08
13 İyun

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

11:58
13 İyun

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

11:53
13 İyun

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB  

11:13
13 İyun

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir  

11:10
13 İyun

Milli Qurtuluşla başlanan şərəfli tarix: güclü və qalib Azərbaycan

11:08
13 İyun

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir  

11:07
13 İyun

AZAL Naxçıvana uçuşları bərpa edib

11:06
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!