14 Noyabr 2024 18:32
194
COP29
A- A+
“Caspian Energy” jurnalının COP29-a həsr olunmuş xüsusi buraxılışı Bolqarıstan Prezidentinə təqdim olunub  

“Caspian Energy” jurnalının COP29-a həsr olunmuş xüsusi buraxılışı Bolqarıstan Prezidentinə təqdim olunub  

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevə jurnalın COP29-a həsr olunmuş xüsusi buraxılışı təqdim edib.

Bu barədə AZƏRTAC-a “Caspian Energy Club”ın mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, “Caspian Energy” jurnalının xüsusi buraxılışında Rumen Radev ilə eksklüziv müsahibə yer alıb. Bu müsahibədə dövlət başçısı Azərbaycan, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya arasında reallaşması nəzərdə tutulan “Həmrəylik halqası” layihəsi, eləcə də Bolqarıstan ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın geniş imkanları haqqında ətraflı məlumat verib.

Bolqarıstan Prezidenti “Caspian Energy Club”ın dəstəyi ilə nəşr edilən “Caspian Energy” jurnalının qlobal enerji və iqlim problemlərinə dair aktual məlumatların yayılmasında verdiyi töhfəni yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu, “Caspian Energy” jurnalının Xəzər, Qara dəniz və Baltikyanı ölkələrin iş dünyası üçün mühüm məlumat mənbəyi olduğunu bir daha təsdiqləyir. Prezident, həmçinin jurnalda dərc olunan məqalələrin davamlı inkişaf üçün dəyərli fikir və təkliflər təqdim etdiyini bildirib. Sonda Bolqarıstan Prezidenti əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu deyib və jurnalın beynəlxalq aləmdə nüfuzunu gücləndirməsini arzulayıb.

“Caspian Energy Club”ın dəstəyi ilə dünyanın 70 ölkəsində nəşr edilən “Caspian Energy” jurnalının hər buraxılışında müxtəlif ölkələrin prezidentləri və Baş nazirləri, habelə iri transmilli şirkətlərin başçıları ilə müsahibələr, aparıcı ekspertlərin şərhləri və analitik materiallar dərc olunur. Müxtəlif hesablamalara görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının investisiyalar, yaşıl iqtisadiyyat, ənənəvi və yaşıl enerji, sənaye və innovativ texnologiyalar üzrə beş aparıcı nəşr sırasındadır. Jurnal həmin regionlarda öz fəaliyyətini müəyyənləşdirmək istəyən bir çox sərmayədarlar üçün oriyentirdir.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-“networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün yaşıl iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya və yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şimali Makedoniya Prezidenti COP29-un mükəmməl təşkilinə görə Prezident İlham Əliyevi təbrik edib

20:55
14 Noyabr

COP29-un yüksəkvəzifəli nümayəndələri plenar sessiyada çıxış ediblər 

20:54
14 Noyabr

Türkiyə 2050-ci ilədək AES-in gücünü 20 GVt-a çatdıracaq

20:50
14 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb YENİLƏNİB 

20:48
14 Noyabr

Nobel Sülh Mükafatı laureatı: Biz ilk olaraq qalıq enerjini idxal edənləri günahlandırmalıyıq

20:33
14 Noyabr

İzləyərək öyrənən robot  

20:25
14 Noyabr

Qazaxıstanda Xəzər dənizinin sahillərində 1034 ölü suiti aşkar edilib  

20:17
14 Noyabr

MAQATE İranla nüvə sazişinin bağlanmasını mümkün hesab edir  

19:57
14 Noyabr

Mikroblar sayəsində insanın daha öncə harada olduğunu təyin etmək artıq mümkündür  

19:41
14 Noyabr

Emin Mahmudov yenidən zədələnib  

19:34
14 Noyabr

Kök hüceyrə müalicəsi ilə görmə qabiliyyəti bərpa edilib  

19:29
14 Noyabr

Valensiyada 500-dən çox ailə evsiz qalıb

19:23
14 Noyabr

Madaqaskarda torpaq sürüşməsi 16 nəfərin həyatına son qoyub  

19:13
14 Noyabr

Ötən ay ABŞ-nin büdcə kəsiri təxminən dörd dəfə artıb  

18:58
14 Noyabr

Prokurorlar Marin Le Penə 5 il həbs cəzası tələb edirlər  

18:47
14 Noyabr

“Caspian Energy” jurnalının COP29-a həsr olunmuş xüsusi buraxılışı Bolqarıstan Prezidentinə təqdim olunub  

18:32
14 Noyabr

Azərbaycan millisi Monteneqro və Litva ilə görüşəcək

18:32
14 Noyabr

Azərbaycanın 10 şahmatçısı dünya birinciliyində iştirak edəcək  

18:29
14 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb YENİLƏNİB

18:23
14 Noyabr

Şuşa şəhərinin növbəti təqdimatı Lyublyanada keçirilib  

18:22
14 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Nepal Prezidenti ilə görüşüb YENİLƏNİB

18:21
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!