30 Oktyabr 2025 08:00
1324
CƏMİYYƏT
A- A+
“Bu torpaqların sahibləri bizik..."

“Bu torpaqların sahibləri bizik..."


Qarabağın xilaskarı İlham Əliyev doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin sevinclərini onlarla birlikdə yaşayır 


Şanlı Zəfərimizin beşinci ildönümünü qürurla qeyd etdiyimiz bu günlərdə qalib lider İlham Əliyevin işğaldan azad edilən torpaqlarımıza - Cəbrayıla, Zəngilana səfər etməsi, yurdlarına qovuşdurulan keçmiş məcburi köçkünlərə yeni evlərinin açarlarını öz əlləri ilə təqdim etməsi, vətən həsrətinə son qoyulan bu insanların qayıdış sevinclərini bölüşməsi tarix salnamələrimizin gələcəkdə də fəxrlə vərəqlənəcək parlaq səhifələri oldu. Ümumiyyətlə, son beş il ərzində müzəffər sərkərdə İlham Əliyevin xilas etdiyi Qarabağ və Şərqi Zəngəzura səfərlərinin hər biri rəmzi mənası, daşıdığı tarixi ismarışlarla yaddaşlarda silinməz izlərlə həkk olunub. 


Yurdda dirçəliş zəfəri 


2020-ci ilin noyabrında azad edilən torpaqlarımıza yollanaraq qələbə simvolumuz Şuşaya uzanan Zəfər yolunun təməlini qoyan Qarabağın baş memarı İlham Əliyevin tarixi yurdlarımıza mütəmadi səfərləri bu torpaqların əzəli sahiblərinin qayıtdığının dünyaya qürurlu bəyanını özündə əks etdirir. Bu onu göstərir ki, zirvələrində üçrəngli ay-ulduzlu Azərbaycan bayrağının əbədi dalğalandığı Qarabağda və Şərqi Zəngəzurda artıq həyat qaynayır, ata-baba yurdlarının sakinlərinin qəlbində indi vətən həsrəti qövr etmir, ana torpağa qovuşmağın xoşbəxtliyi yaşanır. O da gerçəklikdir ki, düz birqərinəlik zaman dilimində məcburi köçkünlüyün maddi-mənəvi çətinliklərinə sinə gərən bu insanlar bir an da olsa, doğma torpaqlarına dönəcəklərinə olan ümidlərini itirmədilər. Bu inamı onlara Prezident İlham Əliyevin xalqımızın milli maraqlarının təmini uğrunda həyata keçirdiyi qətiyyətli  siyasət aşılamışdı. Ölkəmizə rəhbərlik etdiyi ilk gündən dövlətimizin başçısı İlham Əliyev işğal altında olan ərazilərimizin azadlığını özünün prioritet vəzifəsi hesab etdi. Ötən illər ərzində diqqəti, qayğısı ilə daim keçmiş məcburi köçkünlərimizin yanında olan dövlətimizin başçısı el-obasından didərgin salınmış vətəndaşlarımızla olan bütün görüşlərində onlara öz torpaqlarına qayıdacaqlarını qətiyyətlə söyləyirdi. 

İndi xalqımız həmin tarixi günlərə şahidlik edir, Qarabağ və Şərqi Zəngəzura ardıcıl olaraq qayıdış karvanları yola salınır.

Bu il oktyabrın 28-də işğaldan azad edilən yaşayış məntəqələrimizdən daha bir neçəsində dirçəliş təntənəsi yaşandı. Həmin tarixdə Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak etdi, rayonun Şahvəlli kəndində "Şəms" və "Üfüq" Günəş-Elektrik stansiyalarının təməlini qoydu,  "Şəfəq" Günəş-Elektrik Stansiyasına gedən avtomobil yolunu açdı. Həmçinin Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin, Cəbrayıl şəhər məscidinin təməlini qoydu. Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edən Prezident İlham Əliyev Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış oldu.


Gözəl həyat qururuq


Həmin tarixdə ölkəmizin rəhbəri Zəngilan rayonunun Məmmədbəyli və Ağalı, eləcə də Cəbrayıl rayonunun Horovlu kəndinin sakinlərini yurda qayıdış münasibətilə təbrik edib onlara mənzillərinin açarlarını verdi. 

"İşğal dövründə ovaxtkı köçkünlərlə çoxsaylı görüşlərimdə mən demişdim ki, torpaqlar işğaldan azad olunandan sonra şəhərlərimiz, kəndlərimiz yenidən qurulacaq, əvvəlkindən daha gözəl olacaq. Bugünkü gün bu sözlərin əyani sübutudur", - deyə, Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev söylədi. 

Ötən üç onillik boyu xalqımız adına yaşanan həssas və fəxarətli məqamlara bir daha vurğu edən dövlətimizin başçısı dedi ki, bu gün sizin həyatınızda yeni dövr başlayır: "Siz uzun illər - 30 il ərzində ağır şəraitdə köçkün, qaçqın həyatını yaşamısınız, mənəvi əzablar çəkmisiniz. Xüsusilə işğalın ilk mərhələsində köçkünlərin mütləq əksəriyyəti çadır şəhərciklərində yerləşmişdir. Ona görə bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir. Ədalətə inanmaq və onu təmin etmək lazımdır. Bax bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq". 

Qayıdış köçləri ilə el-obalarına dönən keçmiş məcburi köçkünlərlə doğma evlərində görüşmək, onlarla söhbət etmək, yurd sevinclərini bölüşmək Prezident İlham Əliyevin adətinə çevrilib. 28 oktyabrda Cəbrayılın Horovlu, eləcə də Zəngilanın Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri ilə görüşün timsalında bu xoş ənənə bir daha təkrarlandı. Həm sevincli, həm də duyğulu anlar yaşanan bu görüşlər, edilən söhbətlər keçmiş məcburi köçkünlərin onları yurda qovuşduran Prezident İlham Əliyevə minnətdarlıqları ilə müşayiət olundu. 

Dövlət başçısının doğma ocaqlarına dönən keçmiş məcburi köçkünləri daim diqqətdə saxlaması, evlərinin qonağı olması, onlarla səmimi söhbət etməsi bu vətəndaşlarımızın sevinclərini daha da artırır. Horovlu sakinləri də bu diqqət və qayğıdan doğan minnətdarlıq hisslərini Prezidentlə görüş zamanı səmimi şəkildə izhar etdilər: "...Sizin sayənizdə hər bir yerdə bizim şəraitimiz yaxşıdır. Allah Sizə cansağlığı versin. Mehriban xanıma da buradan səmimi salamlarımızı, çox-çox istəklərimizi bildiririk".

Horovlu kənd sakini ilə dövlətimizin başçısı İlham Əliyev arasında keçən dialoq həm də işğaldan azad edilən ərazilərdə dövlətimiz tərəfindən aparılan dünyamiqyaslı quruculuq işlərini bir daha gözlər önünə sərdi. 

Kişi sakin: Biz bu gün kəndimizə gələndə həqiqətən də kəndimizi tanıya bilmədik. Sanki İsveçrədir, çox möhtəşəmdir, həddindən artıq möhtəşəmdir.

Prezident İlham Əliyev: Azərbaycan standartları belədir.

Kişi sakin: Bəli, təbii ki, Sizin sayənizdə, cənab Prezident. Biz həqiqətən də inana bilmədik. Yəni bir kənddə bu qədər şərait, bu qədər gözəlliklər. Allah Sizdən razı olsun. Təşəkkür edirik, bu gün bizim sevincimizə sevinc qatdınız. Gəldiniz, bizimlə görüşdünüz, köçməyimiz münasibətilə bizi təbrik etdiniz. Çox sağ olun, Allah Sizdən razı olsun.

Görüş zamanı dövlət başçısı onu da vurğuladı ki, indi gənclər də darıxmamalıdır burada: "Çünki birincisi, doğma torpaqdır. İkincisi, şərait yaxşıdır. Üçüncüsü, bütün bu Qarabağ, Şərqi Zəngəzur ən inkişaf etmiş bölgələrdən biri olacaq - nəinki Azərbaycanda, dünya miqyasında. Belə kəndlər harada salınır?"


Abadlıq-quruculuq, xoşbəxt həyat və sülh ünvanı


Oktyabrın 28-də dövlətimizin rəhbərinin Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşü də yaddaqalan tarixə çevrildi. 

"Xoş gəlmisiniz doğma vətəninizə", - deyə, dədə-baba torpaqlarında keçmiş məcburi köçkünləri salamlayan Prezident İlham Əliyev söylədi ki, bu gün Böyük qayıdışın növbəti mərhələsidir: "Bilirsiniz ki, biz "Böyük qayıdış" proqramının başlanğıcını da Zəngilan rayonunda qoyduq. Birinci kənd - Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır və çox gözəl şərait yaradılmışdır və gözəl də saxlanılır". 

Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilən ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinə başlanılıb. Zəngilan rayonu da yenidən qurulur. Bununla bağlı dövlətimizin rəhbəri söylədi ki, bu bölgənin çox gözəl gələcəyi olacaq: "Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq - qurduğumuz şəhərlər və kəndlər bunu göstərir".

Düşmən düz 30 il boyu işğal etdiyi ərazilərimizdə "yandırılmış torpaq" siyasəti həyata keçirərək bu yerlərdə həyatı "öldürməyə" çalışdı. Ancaq bu gün yenidən yaşıllaşan, meşələri pöhrələyən Qarabağ və Şərqi Zəngəzur düşmənə gözdağıdır.  Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri ilə görüşündə ölkəmizin liderinin  "Mən indi Ağalının içi ilə keçdim və yeni binalarla tanış olarkən gördüm ki, bütün həyətyanı sahələr sanki gözəl bir bağa çevrilib", - deməsi də bu mənada təsadüfi xarakter daşımırdı. 

1990-cı illərin əvvəllərində yurdlarından didərgin salınmış, müsibətlərə tuş gəlmiş, çadırlarda, vaqonlarda, yataqxanalarda maddi-mənəvi məhrumiyyətlərlə yaşamış keçmiş məcburi köçkünlər artıq əbədi bəxtəvər günlərinə qədəm qoyublar.  Qalib lider İlham Əliyevin vurğuladığı kimi, bu gün Qarabağ və Şərqi Zəngəzur abadlıq-quruculuq, xoşbəxt həyat və sülh ünvanıdır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

16:28
08 Noyabr

Şərəf, qürur və inam günü

16:26
08 Noyabr

Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb

16:03
08 Noyabr

ABŞ Suriya liderinin adını qlobal terrorçular siyahısından çıxardı

15:41
08 Noyabr

Nazir Ər-Riyadda Azərbaycan idmançıları ilə görüşüb 

15:21
08 Noyabr

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir YENİLƏNƏCƏK

15:17
08 Noyabr

Ərdoğan: Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılıb  

14:49
08 Noyabr

Müdafiə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin və şəhidlərin məzarlarını ziyarət ediblər  

14:48
08 Noyabr

Məhəmməd Şahbaz Şərif: Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin təntənəsi oldu  

14:47
08 Noyabr

Türkiyə Prezidenti Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirib

14:46
08 Noyabr

Pakistanın Baş naziri: Bu gün burada böyük vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm  

14:46
08 Noyabr

Ərdoğan: Qarabağın azad edilməsi, təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük qürur mənbəyidir 

14:45
08 Noyabr

Türkiyə Prezidenti: Zəfərimiz mübarək olsun

14:44
08 Noyabr

Prezident İlham Əliyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir

14:04
08 Noyabr

Prezident: Enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik  

14:03
08 Noyabr

Azərbaycan Prezidenti: Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir  

14:02
08 Noyabr

Prezident: Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil

14:01
08 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 

14:00
08 Noyabr

Azərbaycan Prezidenti: Bu gün hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür 

13:57
08 Noyabr

Prezident İlham Əliyev: Türkiyə Prezidenti İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana öz dəstəyini göstərirdi 

13:57
08 Noyabr

Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  

13:03
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!