09 May 2023 10:25
569
CƏMİYYƏT
A- A+
Böyük Vətən müharibəsində Azərbaycan neftçiləri əsl fədakarlıq göstərmişlər

Böyük Vətən müharibəsində Azərbaycan neftçiləri əsl fədakarlıq göstərmişlər

 

Böyük Vətən müharibəsi illərində faşizm üzərində tarixi qələbənin əldə edilməsində Azərbaycan xalqı istər ön, istərsə də arxa cəbhələrdə qəhrəmancasına  iştirak etmiş, misilsiz fədakarlıqlar göstərmişdir. Keçmiş Sovet İttifaqı və bütün Avropanın alman faşizmi üzərində qələbə qazanmasında Azərbaycan neftçilərinin xüsusi rolu və xidməti olmuşdur. Müharibə illərində neftçilərimizin nümayiş etdirdikləri fədakarlıq əsl qəhrəmanlıq nümunəsi idi və bu sonrakı nəsillər tərəfindən həmişə, o cümlədən bu gün də böyük ehtiramla yad edilir.

Bakı 1941-1945-ci illərin Böyük Vətən müharibəsində keçmiş SSRİ-nin yanacağa olan ehtiyacının 80 faizindən çoxunu ödəyən nadir şəhər olmuşdur. Lakin müharibə tarixi qələbə ilə başa çatdıqdan sonra bu şəhərin rolu və xidməti layiqincə qiymətləndirilmədi. Ona layiq olduğu qəhrəman şəhər adı verilmədi.

 Həmin müharibə illərində neft hasilatı və emalı üzrə əmək cəbhəsində çarpışan Azərbaycan neftçiləri müharibənin bütün çətinliklərinə mərdliklə sinə gərərək misli görünməmiş rəşadət nümayiş etdirmiş və ölkənin yanacağa olan bütün ehtiyaclarını ödəmişdilər. Müharibə illərində Azərbaycanın veteran neftçiləri sağlıqlarında həmin çətin, soyuq və qıtlıq illərini xatırlayaraq qeyd edirdilər ki, o dövrdə Bakının neft mədənlərində üçnövbəli iş tətbiq edilmişdi. İki növbədə işləmək bütün neftçilər üçün mütləq idi. Bir çoxları isə cəbhəyə yola düşmüş yoldaşlarını da əvəzləyərək üç növbədə çalışırdılar.

Bu illərdə əvvəlcə ön cəbhədə döyüşmüş, sonra isə taleyin hökmü ilə arxa cəbhədə neft hasilatı sahəsində çalışmış veteran cəbhəçi-neftçilər xatirələrində xüsusi vurğulayırdılar ki, bəzən insana arxa cəbhədə, neft mədənlərində işləmək ön cəbhədə döyüş əməliyyatlarında iştirak etməkdən daha çətin gəlirdi. Həmin ağır illərdə ön cəbhədə vətənin keşiyində dayanmış əsgərlərə qabaqcadan təyin edilmiş gündəlik ərzaq payı (payok) mütləq ayrılırdı. Arxa cəbhədə alman faşızminə qarşı döyüşən bütün cəbhələri yanacaqla təmin etmək üçün gecə-gündüz çarpışan Azərbaycan neftçiləri əgər tapardılarsa, bir tikə qara çörəklə kifayətlənərdilər, bir çox halda isə o da olmurdu. Amma bütün güclərini səfərbər edib çalışırdılar.

O ağır illərdə Bakı ölkəyə tələb olunan neftin 70-75 faizini, benzinin isə 85-90 faizini verirdi. SSRİ-nin müharibədə iştirak edən bütün motorlu hərbi texnikası əsasən Bakının istehsal etdiyi yanacaqla işləyirdi. Tarixdə misli görünməmiş sayda motorların və texnikanın cəlb edildiyi müharibədə keçmiş Sovet İttifaqının əsas duru yanacaq-neft bazası olan Bakının rolu əvəzedilməz idi. Bakı nefti hərbi strateji əhəmiyyə malik məhsul kimi həyati əhəmiyyət kəsb edirdi.

Müharibə illərində Azərbaycanın təkcə neft sənayesi deyil, iqtisadiyyatının bütün sahələri bu ağır dövrün tələblərinə uyğun qurulmuşdu. Bakı döyüşən ordunun əsas cəbbəxanalarından birinə çevrilmişdir. Şəhərdə neft istehsalı və emalı ilə yanaşı, "Katyuşa" raketi, "Şpakin pulemyotu" istehsal edilir, "YAK-3" qırıcı təyyarəsi yığılırdı. Müharibə illərində Bakıda 130-dan çox silah və onun hissələri hazırlanırdı.

Müharibə dövrünün tanınmış hərbi sərkərdələri Azərbaycan neftinin rolunu və əhəmiyyətini çox yüksək qiymətləndirirdilər. Məsələn, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 25 illiyi ilə əlaqədar 1-ci Belarus cəbhəsi qoşunlarının komandanı, Sovet İttifaqı marşalı G.Jukov 1945-ci ilin aprelində Azərbaycan zəhmətkeşlərinə göndərdiyi təbrik teleqramında neftçilərin ağır zəhmətini yüksək qiymətləndirərək qeyd edirdi: "Azərbaycan zəhmətkeşləri özlərinin qəhrəmancasına fədakar əməyi ilə Vətənimizin müdafiəsi və hərbi müvəffəqiyyətlərin əldə edilməsi işinə son dərəcə mühüm xəzinə daxil etdilər. Bakı neftçiləri düşmən üzərində qələbənin tezliklə əldə edilməsi üçün cəbhəyə və ölkəyə tələb olunan qədər yanacaq verirdilər". Azərbaycan neftçilərinin 1941-1945-ci illər müharibəsindəki rəşadətli əməyi 2-ci Ukrayna cəbhəsi qoşunlarının komandanı, Sovet İttifaqı marşalı R.Malinovski tərəfindən də yüksək qiymətləndirilmişdir. R.Malinovskinin 2-ci Ukrayna cəbhəsi qoşunlarının döyüşçüləri, zabitləri və generalları adından Azərbaycan xalqına göndərdiyi təbrikdə deyilirdi: "...2-ci Ukrayna cəbhəsi qoşunlarının döyüşçüləri Bakı neftçilərinin və bütün Azərbaycan zəhmətkeşlərinin misilsiz xidmətlərini yaxşı bilir və yüksək qiymətləndirirlər. Zaqafqaziyada inqilabi hərəkatın mərkəzlərindən biri olan Bakının, bu neft şəhərinin şöhrəti Böyük Vətən müharibəsi günlərində Azərbaycan xalqının qəhrəmancasına fədakar əməyi sayəsində daha da artmışdır. Sizin əmək fədakarlığınız bizim müqəddəs torpaqlarımızdan qaniçən faşistləri qovmuş Qızıl Ordu döyüşçulərinin ölməz qəhrəmanlıqları ilə daha da artırılmışdır".

Sovet İttifaqı marşalı F.İ.Tolbuxinin 1945-ci il aprelin 28-də "Bakinski raboçi" qəzetində dərc edilmiş "Azərbaycan xalqına eşq olsun!" başlıqlı məqaləsində isə qeyd edilirdi: "Hazırkı müharibə - hərb tarixində indiyə qədər misli görünməyən, həddindən artıq tətbiq edilmiş motor və texnikanın müharibəsidir. Motorlarn fasiləsiz olaraq işləməsini təmin etməkdən ötrü neft və neft məhsulları müstəsna əhəmiyyət kəsb edir... Qızıl Ordu əldə etdiyi bir çox qələbələrinə görə Azərbaycan xalqına, hərbi hissələri vaxtlı-vaxtında əla yanacaqla təmin edən qəhrəman Bakı neftçilərinə borcludurlar. Stalinqrad ətrafinda, Donda və Donbasda, Dneprdə və Dnestrin o tayında, Belqradda, Budapeşt və Vena ətrafında bizim cəbhənin döyüşçüləri - təyyarəçilər, tank və özüyeriyən top avtomobillərinin sürücüləri Azərbaycan neftçilərini minnətdarlıqla yad edir, neft şəhəri olan Bakının qəhrəman zəhmətkeşlərini alqışlayırlar... Bütün qüvvə və bacarığını, təcrübəsini yüksək keyfiyyətli yanacağın istehsal edilməsinə sərf edən Bakı qəhrəmanlarına eşq olsun!"

Böyük Vətən müharibəsi illərində neft mədənlərində fədakarcasına çalışmış on minlərlə azərbaycanlı neftçilərdən biri də Bahadur Umud oğlu Səfərov olmuşdur. O, 1942-ci ilin oktyabrında hərbi komissarlığın çağırışı ilə cəbhəyə yollanmış, Şimali Qafqaz uğrunda gedən döyüşlərdə ağır yaralanaraq hərbi hospitala yerləşdirilmişdir. Müalicədən sonra Bahadur Səfərov arxa cəbhəyə, Bakıya neft mədənlərinə göndərilmişdir. O, 1944-cü il avqustun 2-də "Stalinneft" trestində 2-ci dərəcəli fəhlə kimi işə qəbul edilmiş, 1944-cü ilin oktyabrında "Stalinneft" trest rəhbərinin 120 nömrəli əmri ilə elektrik motorlarının təmiri üzrə 3-cü dərəcəli elektrik montyoru vəzifəsinə təyin edilmişdir. 1944-1954-cü illərdə həmin trestdə çalışmışdır. Fədakar neftçi 1966-cı ildə elektrotəmir emalatxanasında elektromontyor-sarıyıcı və izolyasiyaçı vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.

Bahadur Səfərovun Böyük Vətən müharibəsi illərindəki fədakar əməyi yüksək qiymətləndirilmişdir. O, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il tarixli fərmanı ilə "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə" medalı ilə təltif edilmişdir. Həmin mükafat 1945-ci il dekabrın 20-də l Bakı şəhəri Stalin rayonu icraiyyə komitəsinin sədri tərəfindən şəxsən təqdim olunmuşdur. Bahadur Səfərov neft mədənlərində işlədiyi vaxtlarda təcrübəli və bacarıqlı, zəhmətsevər usta kimi neftçilər arasında böyük hörmət və nüfuz qazanmışdır. O, ayrı-ayrı illərdə iki dəfə - 1965-ci ildə Bakı Şəhər Sovetinə, 1969-cu ildə Bakı şəhəri 26 Bakı komissarı adına rayon sovetinə deputat seçilmişdir. Veteran neftçi müharibədən sonrakı dövrlərdə də sosializm quruculuğu sahəsində xüsusi xidmətlərinə - sosialist öhdəliyi planını artıqlaması ilə yerinə yetirdiyinə görə, 1971-ci və 1974-cü illərdə ölkənin yüksək mükafatlarından sayılan "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Fədakar neftçi ölkə qarşısındakı əməyinə görə, SSRİ-nin digər mükafat və medalları ilə də təltif edilmişdir. Onun fasiləsiz olaraq 58 il davam etmiş rəşadətli əmək yolu 2002-ci ilin mayında başa çatmışdır. Yaşla əlaqədar öz xahişi ilə təqaüdə çıxmışdır.

2005-ci ilin mayında "Bibiheybət" Neft-Qazçıxarma İdarəsində Böyük Vətən müharibəsi veteranlarının şərəfinə təntənəli təbrik şənliyi keçirilmişdir. Həmin tədbirə 20 keçmiş cəbhəçi-neftçi dəvət olunmuşdur. Dəvət olunanlar sırasında Bahadur Umud oğlu Səfərov da yer almışdır. Tədbirdə xüsusi vurğulanmışdır ki, 1941-1945-ci illərdə çıxarılmış 75 milyon ton Bakı neftinin 15 tonu "Bibiheybət" neft mədənlərindən çıxarılmışdır. O vaxtlar rəşadətli neftçilər sutkada 15-16 ton neft təhvil verirdilər. Çox çətin, soyuq və aclıq illərində almanlar fədakar neftçiləri sındıra bilmədilər. Onlar həyatın bütün çətinliklərinə mərdliklə sinə gərərək dözümlük nümayiş etdirdilər.

Bahadur Səfərov öz döğma vətəninə və xalqına, seçdiyi işə sədaqətlə xidmət etmiş və üzün müddət gənc neftçi kadrlara parlaq nümunə olmuşdur.

2007-ci il noyabrın 5-də Azərbaycanın layıqli vətəndaşı, neftçi Bahadur Umud oğlu Səfərov 85 yaşında vəfat etmişdir. Həyatı boyu fədakarcasına çalışmış veteran neftçilərin əməyi indiki gənc nəsil tərəfindən heç vaxt unudulmur, böyük hörmət və ehtiramla yad edilir.

Rafiq SƏFƏROV,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin
baş məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanda tayfalar arasında qarşıdurmalar 35 nəfərin həyatına son qoyub  

23:22
23 Noyabr

"Neftçi" - "Zirə" – 2:1  

23:21
23 Noyabr

ABF prezidenti milli komanda ilə görüşüb  

23:20
23 Noyabr

"Qarabağ" "Səbail"ə qalib gəlib  

23:20
23 Noyabr

Roma Kolizeyində 2000 ildən sonra qladiator döyüşləri keçiriləcək  

23:18
23 Noyabr

COP29-un yekun qərarlarından birində Bakı Qlobal İqlim Şəffaflığı Platforması yer alıb  

23:17
23 Noyabr

COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub  

23:16
23 Noyabr

COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib YENİLƏNƏCƏK

23:15
23 Noyabr

COP29 çərçivəsində təşkil edilmiş “Dinlər pavilyonu” işini yekunlaşdırıb  

23:14
23 Noyabr

COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edilməsi barədə qətnamə layihəsi qəbul olunub  

23:13
23 Noyabr

Özbəkistanın paytaxtında “Daşkənd Beynəlxalq Turizm Sərgisi 2024” davam edir  

23:04
23 Noyabr

NATO-nun baş katibi Floridada Donald Trampla görüşüb   

23:01
23 Noyabr

Misli Premyer Liqası: "Neftçi" "Zirə"yə qalib gəlib  

22:59
23 Noyabr

Braziliyanın ətraf mühit naziri: COP30 bütün ölkələr arasında möhkəmlənəcək əməkdaşlığın nümunəsi olmalıdır  

22:58
23 Noyabr

Muxtar Babayev: Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir  

22:57
23 Noyabr

Belçikalı iştirakçı: Biz iqlim maliyyəsi məqsədinə daha ciddi yanaşmalıyıq  

22:55
23 Noyabr

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçirilir

22:52
23 Noyabr

“Power Shift Africa”nın direktoru: İqlim dəyişmələrinə səbəb olan ölkələrin vurduqları zərərə görə məsuliyyət daşımalarını istəyirik 

22:28
23 Noyabr

COP29-da gənc ictimai ekoliderlərin Beynəlxalq Uşaq İqlim Platforması sazişi imzalanıb  

22:24
23 Noyabr

MWM: “Oreşnik” raketi Avropa və Yaponiyadakı hədəfləri vura bilər  

22:07
23 Noyabr

COP29-un bağlanış plenar iclası keçirilir

20:29
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!