01 Noyabr 2025 08:25
1333
CƏMİYYƏT
A- A+
Böyük qayıdış: torpaqla qürurun qovuşması

Böyük qayıdış: torpaqla qürurun qovuşması


Qarabağ və Şərqi Zəngəzur torpaqları azad olunandan sonra didərgin düşmüşlər od-ocağı sönmüş doğma yurdlarına dönərək sübut etdilər ki, vətən sevgisi külü soyumuş ocaqları yenidən alovlandırmağa qadirdir. 

Ona görə də bu qayıdışa yalnız torpağa deyil, köklərə, tarixə dönüş, gələcəyə üz tutmaq da demək olar. Hər daşında bir xatirə, hər ağacında bir nəfəs, hər övladının qəlbində bir ümid gizlənən Qarabağ torpaqlarına üz tutmaq Böyük qayıdışdır. Bu qayıdış ruhun  torpağa  qovuşması, doğma yurda  yolçuluqdur. Böyük qayıdış bir millətin mənəvi dirçəlişinin, illərlə sıxılan duyğuların və azadlığının simvoludur.

Böyük qayıdış təkcə evlərin bərpası, yolların çəkilməsi deyil ki! Yurda dönüş insanların ürəyində 30 il sönməyən bir ümidin gerçəkliyə çevrilməsidir. Bu gerçəklikdə hər tikilən evlə bərabər, bir həyat, bir xatirə, bir gülüş fonunda  millətin ruhu yenidən doğulur. Çünki torpaq yalnız üzərində yeridikdə, yaxud da yaşadıqda deyil, seviləndə vətən olur. İnsan həyatında bir yer var ki, nə qədər uzaq olsa da, ruhu daim ora bağlı qalır. Qarabağdan köçən insanların da ürəyi illərlə o torpaqlarda qaldı. Hər bayramda, hər yaz yağışında, hər payız  küləyində  yaddaş yenidən o yollara qayıdırdı. Bu, özünü tapmaq, öz ruhuna qovuşmaq deməkdir.

 İndi isə həmin yollar gerçək qayıdışa aparır. İnsanlar doğma torpaqlara dönərkən sanki iç dünyalarında itirdikləri bir parçanı tapırlar. İndi Böyük qayıdışla bağlı hər tikilən ev, bərpa edilən yol insanların həyatına yeni nəfəs gətirir. Bu qayıdışın dərin mənası ondadır ki, o, xalqın yaddaşını dirildir. İllərlə boş qalan kəndlərdə indi yenidən uşaq səsləri eşidilir, ağaclar insanların nəfəsi ilə canlanır, ocaqlar tüstülənir. Hər tikilən ev, hər əkilən ağac sanki deyir: "Biz burdayıq, Vətənimiz burdadı". Bu torpaqlarda indi həm keçmişin izləri, həm də gələcəyin addımları var. İnsanların gözündə qəribə bir nur var. O həm sevincin, həm minnətdarlığın, həm də vətənə qayıtmağın işığıdır.

Böyük qayıdış, əslində, insanın içindəki vətəni oyadır. İnsan doğma torpağa qayıdanda onunla birgə iç dünyasında sükunət tapır, köklərinə bağlanır, ruhən yenilənir. Qayıdış həm də birliyin, inamın rəmzidir. Hər ailə, ayrılıqda hər insan bu qayıdışın bir hissəsidir. Çünki vətən yalnız torpaq deyil, o həm də insanların ruhundan, sevgisindən və yaddaşından ibarətdir. Böyük qayıdış bu birliyi yenidən formalaşdırır və göstərir ki, heç bir zaman, heç bir güc bir xalqın yaddaşını silə və ümidini qıra bilməz.

Böyük Qayıdışa dair I Dövlət Proqramı artıq  yüzlərlə ailənin həyatına sabitlik, ümid və gələcək gətirib. Bu proqram çərçivəsində tikilən evlər, məktəblər,  çəkilən yollar yurd həsrətinə son qoyulmuş insanların  həyatının bərpası, yaddaşının dirçəlişi deməkdir. İnsanlar illərlə xəyal etdikləri yurd yerlərinə dönərək, o torpaqlarda yenidən həyat qururlar. Artıq Cəbrayılda, Zəngilanda, Füzulidə uşaqlar məktəb yollarına çıxır, ocaqlar tüstülənir, həyətlərdə gül əkilir. Bu mənzərə təkcə sevinc deyil, həm də dözümün, inamın və xalqın birliyinin simvoludur. 

Hər bir kəndin və ailənin  yenidən nəfəs alması, ümidlə dolması Prezident İlham Əliyevin 28 oktyabr səfərində daha da aydın görünürdü. Dövlət başçısının Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində sakinlərlə görüşü, evlərin açarlarını təqdim etməsi  rəsmi mərasimdən çox, insanların xatirələrinə, arzularına qayıdışı və gələcəyə inamı əks etdirirdi.  Prezident ilk olaraq Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edərək, mənzillərin açarlarını sakinlərə təqdim edib. Qeyd edək ki, ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev tikilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi olan su, işıq, qaz, günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib. 

Məlumdur ki, Zəngilanın Ağalı kəndi Şərqi Zəngəzurda ilk dəfə "ağıllı kənd" konsepsiyası ilə inşa olunub. Burada həyat yalnız müasir texnologiyalarla asanlaşdırılmır, eyni zamanda kənd sakinlərinin rifahı, təhsil və sağlamlıq imkanları da müasir dövrün tələblərinə uyğunlaşdırılır. Burada evlər müasir kommunikasiya sistemləri ilə təchiz olunub, kənd infrastrukturu isə gələcəyin standartlarına uyğun qurulub. Layihə həm sakinlərin rahatlığını təmin edir, həm də bölgənin inkişaf potensialını göstərir. Bu baxımdan Ağalı kəndinin ikinci mərhələsinin tikintisinin başa çatması böyük önəm daşıyır. Prezident İlham Əliyevin Ağalı və Məmmədbəyli kəndlərinin açılışında iştirak etməsi dövlətimizin Böyük qayıdış prosesinə verdiyi yüksək önəmi bir daha nümayiş etdirdi. Ağalı və Məmmədbəyli kəndlərində görülən işlər Böyük qayıdış strategiyasının konkret nəticələrini ortaya qoyur. Belə ki, Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103-dür. Tikililərin 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli, ikibloklu "Townhouse" tipli binalarda yerləşən mənzillərdən ibarətdir. Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə kombilər quraşdırılıb, ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Park Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Məmmədbəylidə də 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Evlərdə günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub.

Dövlət başçısı sakinlərlə görüşərək onlara mənzillərin açarlarını təqdim etdi, yeni infrastruktur və yaradılmış müasir şəraitlə tanış oldu. Əslində, Prezident İlham Əliyevin səfərləri yalnız rəsmi mərasim deyil, həm də xalqımızın doğma torpaqlara qayıdışının, ümid və gələcəyə inamının canlı təsdiqidir. Məmmədbəyli və Ağalı sakinləri ilə görüş zamanı dövlət başçısı çıxışında Böyük qayıdışın xoş  məqamlarını  öz sözləri ilə vurğuladı: "Bu gün Böyük qayıdışın növbəti mərhələsidir. Bilirsiniz ki, biz "Böyük qayıdış" proqramının başlanğıcını da Zəngilan rayonunda qoyduq. Birinci kənd - Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır və çox gözəl şərait yaradılmışdır və gözəl də saxlanılır. Mən indi Ağalının içi ilə keçdim və yeni binalarla tanış olarkən gördüm ki, bütün həyətyanı sahələr sanki gözəl bir bağa çevrilib. Biz buranı keçmiş köçkünlərə təhvil verəndə qupquru bir yer idi. Necə ki indi Məmmədbəyli kəndində də hələ ki, o qədər də çox ağac yoxdur. Ancaq illər keçdikcə vətəndaşlar özləri qurub-yaradırlar, əkib-becərirlər. Dövlət nə lazımdırsa edib, sizi gözəl şəraitlə təmin edib və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz".

Prezident İlham Əliyev keçmiş köçkünlərin evlərinin açarlarını təqdim edərkən sanki uzun illərin ayrılığını "xoş gəlmisiniz" sözləri ilə bitirdi.  Çünki hər ailə, hər kənd dövlət başçısının səfərləri fonunda yenidən nəfəs alır, torpaq dirçəlir, həyata yeni ruh gəlir. Böyük qayıdış dövlətin gücünü, xalqın iradəsini və torpaqla insan arasındakı əbədi bağın bərpasını ifadə edir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!