Bişkekdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Mayın 17-də Qırğızıstan Respublikasının Bişkek şəhərində 15-18 may tarixlərində keçirilən "Rəqəmsal əsrdə kitab və mütaliə” mövzusunda Beynəlxalq Konfrans çərçivəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir Qırğızıstan Milli Kitabxanası, Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyi, TÜRKSOY, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutmuşdur.
İlk olaraq Qırğızıstan Milli Kitabxanasının foyesində Azərbaycan Milli Kitabxanasının fondunda olan Nəsiminin əsərlərindən ibarət kitab sərgisinin açılışı olmuşdur.
Tədbiri Qırğızıstan Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin nümayəndəsi Jamankulov Azamat Kaparoviç açaraq beynəlxalq konfrans çərçivəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsinin əlamətdar bir hadisə olduğunu söyləmişdi.
Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı səfiri Hidayət Orucov təşkilati dəstəyə görə Qırğızıstan Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinə, Qırğızıstan Milli Kitabxanasına və TÜRKSOY təşkilatına dərin minnətdarlığını bildirmişdi.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov İmadəddin Nəsiminin yaradıcılığı haqqında geniş söhbət açaraq şairin çox mürəkkəb və ziddiyyətli bir inkişaf yolu keçdiyini, Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoyduğunu, şairin 15-ci əsrdən etibarən bütün türk ədəbiyyatına qüvvətli təsir göstərdiyini, əsərlərinin əlyazma şəklində geniş yayılaraq dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanıldığını söyləmişdi. Direktor qeyd etmişdir ki, Milli Kitabxana da öz növbəsində "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən milli mədəniyyətimizin nümunəsi kimi il ərzində şairin irsinin tədqiqi və təbliği istiqamətində müəyyən işlər həyata keçirir. Kərim Tahirov çıxışında bildirmişdi ki, 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının qeyd edilməsi, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2019-cu ilin "Nəsimi ili” elan edilməsi və 650 illik yubileyinin təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsidir.
Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı çıxış edərək Nəsiminin əsərlərinin hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada geniş şöhrət tapdığını bildirmişdi.
Daha sonra Nəsimi haqqında qısa filmin nümayişi keçirilmişdi.
Qırğızıstanın TÜRKSOY-dakı daimi nümayəndəsi Kojageldi Kuluyev çıxış edərək dahi sənətkar Nəsiminin irsinin geniş araşdırılaraq tədqiq edilməsini və əsərlərinin türk xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmasını vacib bilmişdi.
AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb-yaratmış böyük Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin ərəb, fars və türk dillərində humanist ruhlu əsərlər qələmə alan ən böyük sənətkarlardan biri olduğunu, bizim ana dilində yazan ilk sənətkarlardan olan Nəsiminin əsərlərinin təsiri altında böyük şairlərimizin yetişdiyini söyləmişdi.
Qırğızıstan Milli Kitabxanasının direktoru, professor Jıldız Bakaşova çıxış edərək dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə möhtəşəm tədbirin Qırğızıstan Milli Kitabxanasında təşkil olunmasından qürur duyduğunu bildirmişdi. Professor bildirmişdi ki, türk xalqları hər zaman Nəsimi kimi dahi şəxsiyyətlər yetirib və onlarla fəxr edir.
Daha sonra türk yazıçı-araşdırmaçı Kenan Çarboğa, qazax şairi Dauletbek Baytursunlu, başqırd şairi Hizmətulla Yuldaşev İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında geniş danışmış və onu türk xalqlarının böyük şairi adlandırmışlar.
Sonda Diaspora təşkilatının incəsənət xadimlərinin ifasında Nəsiminin şeirləri və sözlərinə yazılmış mahnılar səslənmişdi.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!