Bir əsrin xəzinəsi
Müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradılan və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümüdür. 100 il ərzində zəngin inkişaf yolu keçən BDU haqqında indiyədək yüzlərlə kitab nəşr edilib.
Bu günlərdə isə AMEA Fəlsəfə İnstitutu Elmi Şurasının iclasında universitetin 100 illik yübileyi ilə əlaqədar olaraq daha bir tədqiqat əsərinin müzakirəsi aparılıb və kitab çapa tösiyə olunub. Fəlsəfə İnstitutunun doktorantı, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin müəllifi olduğu "Bir əsrin xəzinəsi - Bakı Dövlət Universiteti 100 il” kitabında Şərqin ilk ali təhsil ocağı olan BDU-nun 100 illik tarixi dövrü, keçdiyi şərəfli yol araşdırılıb. Bakı Dövlət Universitetinin böyük potensialı, inkişaf istiqamətləri, dünya təhsil sisteminə inteqrasiyası, fakültələri, elmi tədqiqatların və texnologiyaların tətbiqi, məzunları haqqında geniş məlumat verilir.
Tədqiqat əsərində Azərbaycanın Avropa tipli ilk ali təhsil ocağının yaradılması ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin atdığı addımlar, Bakıda universitet yaradılması ilə bağlı parlamentdə aparılan gərgin müzakirələr də yer alıb. Eyni zamanda universitetin rektorlarının taleləri haqqında da məlumat verilir.
Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin universitetlə bağlı dəyərli fikirləri, çıxışları, bu təhsil ocağının yubiley mərhələlərində iştirakları ətraflı göstərilir.
Dahi şəxsiyyət Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin banisi kimi çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq Bakı Dövlət Universitetinin inkişafı, mühüm məqamları təhlil edilir. Prezident İlham Əliyevin həmin siyasi kursu uğurla, yaradıcılıqla davam etdirməsi məsələləri bilavasitə araşdırılır.
Kitab müəllimlər, tədqiqatçılar, doktorantlar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kitabla bağlı fikirlərini bölüşən müəllif yazır: "Yazdığım bu kitab qazandığım bütün uğurlarımda ana nəvazişi kimi əziz saydığım müqəddəs elm məbədimiz olan Bakı Dövlət Universitetinin 100 illik yubileyinə bir övlad borcumdur. Mən də Bakı Dövlət Universitetinin minlərlə məzunlarından biri kimi bu müqəddəs elm məbədi qarşısında bir övlad məhəbbəti ilə baş əyərək deyirəm: 100 yaşın mübarək, şanlı universitetim!”
Azərbaycanın tanınmış yazıçı-publisistlərinin, deputatların, siyasi elmlər doktorlarının Bakı Dövlət Universiteti ilə bağlı xatirələrinin yer aldığı kitabın elmi məsləhətçisi Milli Məclisin deputatı, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur. Rəyçilər isə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, Milli Məclisin deputatı, yazıçı-publisist Hüseynbala Mirələmov və fəlsəfə elmləri üzrə elmlər doktoru, professor İzzət Rüstəmovdur.
R.BAXŞƏLİYEV,
"Azərbaycan”Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!