Bioloqlar: İnsan orqanizmi su istehlakında primatlardan xeyli qənaətcildir
“Homo sapiens”lərdə tər vəzilərinin şimpanzedən on dəfə çox olmasına baxmayaraq, onlar oxşar kütləyə malik meymunlardan təqribən iki dəfə az miqdarda su sərf edir. Tədqiqatın nəticələri “Current Biology” jurnalında dərc edilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Dyuk Universitetinin (ABŞ) dosenti German Pontser və onun həmkarları insanın, şimpanzenin, qorillanın və bonobonun normal həyat fəaliyyəti üçün nə qədər su lazım olduğunu araşdırıblar. Tədqiqat müxtəlif məşğulluq sahələrindən (məsələn, ovçuluqla və meyvə toplamaqla, təxminən vəhşi primatlarla eyni şəraitdə yaşayan xadza tayfalarının nümayəndələri də olub), etnik və irqi qruplardan olan 309 insanı, habelə vəhşi təbiətdə yaşayan və zooparkda saxlanılan 72 meymunu əhatə edib.
Eksperimentin bütün iştirakçıları təqribən iki həftə ərzində xüsusi hazırlanmış su içiblər – bu suyun molekulunun bir hissəsini alimlər təbiətdə çox nadir rast gəlinən oksigen–18 izotopu ilə işarələyiblər. Tədqiqat iştirakçılarının orqanizminin hər gün nə qədər su istehlak etdiyini müəyyənləşdirmək üçün bioloqlar onların tərində və sidiyində həmin izotopun miqdarını izləyiblər. Məlum olub ki, orta hesabla, insanların normal həyat fəaliyyəti üçün gündə bir litrədək, primatlar üçün altı litrədək (kütlə fərqindəki əlavə ilə) su lazımdır. Bu nisbət həm oturaq həyat tərzi keçirən insanlara, həm də vaxtının çox hissəsini ovçuluğa və meyvə toplamağa, qida axtarışına sərf edən insanlar üçün xarakterikdir.
Analoji proporsiya insan və primat orqanizmlərində qida ilə əldə edilən hər kilokalori enerji üçün nə qədər su sərf edilməsinə də xas olub. Bu, onu göstərir ki, insan bədəninin “qənaətcilliyi” onun fiziki fəallığının heç də az olması ilə bağlı deyil.
Alimlər bu xüsusiyyətin səbəbini hələ ki tam şəkildə izah edə bilmirlər. Onların fikrincə, insan orqanizminin “qənaətcilliyini” “Homo sapiens”in kiçik burnundan digər primatların tənəffüs orqanları ilə müqayisədə daha az miqdarda su “axması” ilə izah etmək olar. Lakin alimlər insan orqanizmində maddələr mübadiləsinin dəyişə bilməsini istisna etmirlər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!