26 Sentyabr 2025 15:51
434
CƏMİYYƏT
A- A+
Baş prokuror Özbəkistanda görüşlər keçirib  

Baş prokuror Özbəkistanda görüşlər keçirib  


Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana rəsmi səfər çərçivəsində bir sıra görüşləri olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şərəfinə Özbəkistanın Daşkənd şəhərində salınmış meydanı ziyarət edib, orada dünya şöhrətli siyasi xadimin abidəsinin önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib.

Daha sonra nümayəndə heyəti ölkəmizin Özbəkistandakı səfirliyinə gələrək, səfirliyin əməkdaşları ilə görüşüb.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının Daşkənddə keçirilən 6-cı iclasında iştirak edib.

Baş prokuror çıxışında ekologiya və ətraf mühitin qorunması sahəsində qanunun aliliyinin təmin olunmasında prokurorluq orqanlarının roluna toxunaraq ekoloji cinayətlərin qlobal problemə çevrildiyini vurğulayıb. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər, xüsusilə də COP29-un Bakıda uğurla təşkil olunması və “Baku Call to Action” təşəbbüsünün qəbul edilməsinin regional və beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətli hüquqi əsas yaratdığı diqqətə çatdırılıb.

Baş prokuror, həmçinin bildirib ki, Azərbaycanın Baş Prokurorluğu dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində ekoloji qanunvericiliyin icrasına nəzarəti həyata keçirir, təbiətə vurulan ziyanın aradan qaldırılmasını təmin edir və bu sahədə beynəlxalq tərəfdaşlarla təcrübə mübadiləsinə xüsusi önəm verir.

Vurğulanıb ki, Xəzəryanı ölkələr kimi, Xəzər dənizinin ekologiyasına qarşı törədilən cinayətlərlə mübarizədə də birgə səylərin gücləndirilməsi vacibdir.

Tədbir çərçivəsində, həmçinin “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 6-cı iclasının Daşkənd Bəyannaməsi” qəbul olunub. Bəyannamədə üzv dövlətlərin prokurorluq orqanlarının cinayətkarlıqla, xüsusilə korrupsiya və ekoloji cinayətlərlə mübarizədə rolunun gücləndirilməsi, kiber və maliyyə cinayətlərinə qarşı regional əməkdaşlığın artırılması, eləcə də, davamlı inkişaf və ətraf mühitin qorunması sahəsində birgə fəaliyyətin vacibliyi vurğulanıb.

Səfər zamanı Baş prokuror tərəfindən xarici həmkarlarla ikitərəfli görüşlər də keçirilib.

Tacikistanın Baş prokuroru Həbibullo Vohidzoda ilə ikitərəfli görüş olub. Görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər, hüquq mühafizə orqanlarının əməkdaşlığı, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunub. Tərəflər transsərhəd cinayətkarlıq və digər çağırışlarla mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

İranın nümayəndə heyəti ilə keçirilmiş görüşdə hər iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və hüquqi yardım mexanizmlərinin səmərəli tətbiqi məsələləri müzakirə olunub. Tərəflər, həmçinin regional sabitliyin möhkəmləndirilməsi, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transmilli cinayətlərlə mübarizə sahəsində birgə addımların əhəmiyyətini xüsusi vurğulayıblar.

İkitərəfli görüşlərdə, həmçinin cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin səfəri başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!