23 Oktyabr 2025 21:31
1707
Mədəniyyət
A- A+
“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” festivalının proqramına 15-dən çox sərgi daxildir!  

“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” festivalının proqramına 15-dən çox sərgi daxildir!  


Oktyabrın 31-dən noyabrın 2-dək incəsənət, mədəniyyət və ekologiyanı bir araya gətirən, Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) incəsənət festivalı zamanı şəhərin müxtəlif qalereyalarında 15-dən çox sərgi açılacaq və bu sərgilər festivalın əsas hissəsini təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, XX və XXI əsrin ən məşhur sənətkarlarından biri, ikonik üslubu ilə insan bədənini, görmə tərzini dəyişdirən kolumbiyalı modern rəssam, heykəltaraş Fernando Boteronun, BMT və IDEA-nın birgə təqdimatı ilə Azərbaycanın qabaqcıl rəssamlarının ekoloji məsuliyyət və davamlılıq mövzusunda əsərlərini əhatə edən “Mənim dənizlərim, Mənim okeanlarım” adlı sərgilərinin oktyabrın 31-də rəsmi açılışı olacaq və noyabrın 1-2-də Heydər Əliyev Mərkəzində sənətsevərlərin ixtiyarına veriləcək.

Digər sərgilərdən 6-sı İçərişəhərdə baş tutacaq. Oktyabrın 31-dən noyabrın 2-dək Yeraltı Hamamda təşkil olunacaq “Axar yaddaş” sərgisi Azərbaycanda hamam mədəniyyətinin çoxqatlı semantikasını - su, yaddaş və təmizlik anlayışları kontekstində araşdırır. Səbinə Şıxlinskaya, Nərgiz Əsgərova Ramizqızı, Aliyə Bayramova və Timur Zaripovun iştirakı ilə təqdim ediləcək çağdaş sənət əsərləri vasitəsilə hamam keçmişlə bu gün arasında axan bir yaddaş məkanı, nəsilləri və təcrübələri birləşdirən kollektiv identiklik sahəsi kimi yenidən yozulur.

Şirvanşahlar Sarayı Kompleksində “Şeh. Heç vaxt olmayan səhər” adlı sərgidə (31 oktyabr-2 noyabr) rəssam Vüsalə Ağarəziyeva Şirvanşahlar Sarayını gecə ilə sübh arasındakı o incə, düşüncəli məqama çevrilən kontemplativ bir məkana bənzədir.

“Əcdadlar” sərgisi Azərbaycanın aparıcı müasir sənətkarlarından olan Faiq Əhməd, Rəşad Ələkbərov, Orxan Hüseynov və Fərid Rəsulovu, bəşəriyyətin ən dərin anlayışlarından birini — bizdən əvvəl yaşayanlarla aramızdakı qırılmaz bağı araşdırmaq üçün bir araya gətirir. Sərgi oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdəki “QGallery Baku”da baş tutacaq.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindəki (noyabrın 1-2-də) “Fıstıq ağacı: Yaddaşın kökləri” ədəbiyyat, sənətkarlıq və ekologiyanı birləşdirən çoxşaxəli bir layihədir. Maqsud İbrahimbəyovun qısa hekayəsindən ilhamlanan monodrama - “Fıstıq ağacı” Azərbaycan nağılçılığı prizmasından yaddaş, aidiyyət və davamlılıq kimi dərin insan mövzularını araşdırır.

İçərişəhərdəki Bakı Fotoqrafiya Evində (2-3 noyabr) “Bakıya uçuş: Axın halı” layihəsi çərçivəsində 8 rəssam tərəfindən şəhər mərkəzində yerləşən fəvvarələrdən ilhamlanaraq ictimai sənət əsərləri yaradılmışdır. Hər bir əsər həmin məkanın şəxsi və ya ictimai hekayəsini danışır. Mövzular Bakıda ictimai məkanlarda fəvvarələrin rolu, şəhərin və icmaların kimliyinin formalaşmasında onların təsiri, həmçinin bu məkanların Bakı üçün yeni baxışlar, təsəvvürlər və ehtimal olunan gələcəyi formalaşdırmaq potensialını araşdırır.

Ramina Səadətxanın “Od, su və öpüşlər” adlı yeni silsilə əsərləri “Nine Senses Art Center”də oktyabrın 31-dən noyabrın 2-dək təqdim olunacaq.

Zəhra Məmmədova tərəfindən kurasiya edilən “Bir zamanlar Xəzər” həm bədii səyahət, həm də suyu və özümüzü yenidən görməyə çağıran bir layihədir. Sərgi YARAT Müasir İncəsənət Mərkəzində noyabrın 2-3-də nümayiş ediləcək.

Abşeron məktəbinin önəmli nümayəndəsi və Azərbaycan realist incəsənətinin ən vacib rəssamlarından olan Tofiq Cavadovun (1925–1985) yüzilliyinə həsr olunmuş “Tofiq Cavadovun 100 illiyi” sərgisi Azərbaycan Milli İncəsənət Muzeyində (31 oktyabr-2 noyabr), “Baku Steel Art” Beynəlxalq Metal Simpoziumunun iştirakçılarının əsərləri isə eyni tarixlərdə Dənizkənarı Milli Parkında sərgilənəcək. Elvin Nəbizadənin “Sonuncu dalğa” kinetik instalyasiyası isə iki gün ərzində Daş Salnamə Muzeyində nümayiş olunacaq.

Sərgilərlə yanaşı, festival proqramına ustad dərsləri, ictimai incəsənət və şəhər turları da daxildir.

Azərbaycan Rəssamlıq Akademiyasında isə noyabrın 1-2-də Cüzeppe Kartanın (Giuseppe Carta) ustad dərsləri keçiriləcək. Eyni zamanda, Azərbaycan Rəssamlıq Akademiyası noyabrın 1-2-də açıq qapı günü elan edir.

Əsmər Babayevanın başçılığı ilə “ABOVE” layihəsi daxilində ziyarətçiləri qalereya divarlarının hüdudlarından çıxararaq Azərbaycanın aparıcı müasir heykəltaraş və rəssamlarının studiyalarına aparır. Bu eksklüziv təcrübə ideyaların doğulduğu və sənətə çevrildiyi məkanlara nadir baxış imkanı təqdim edir. Qonaqlar sənət prosesinə birbaşa şahidlik edəcək, sənətçilərlə şəxsi söhbətlər aparacaq və ənənə ilə innovasiyanın ölkənin inkişaf edən sənət səhnəsini necə formalaşdırdığını kəşf edəcəklər.

3 günlük festivalın zəngin proqramından faydalanmaq, tədbirlərdə iştirak etmək və incəsənət bayramının bir hissəsinə çevrilmək üçün www.bakuartweekend.az  saytından qeydiyyatdan keçmək mütləqdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!